Azərbaycana AŞPA lazım deyil

 

 

"AŞPA-nın ölkəmizə qarşı qərəzini haqsızlığını görən Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı.  Burada yaranan ilk sual odur ki, AŞPA-nın fəaliyyətinin əsasları insan haqları, demokratiya qanunun alililiyi çərçivəsində qurulmalı olduğu halda niyə bu təməl prinsiplər tapdalanır?! Deməli, AŞPA-nın təməl prinsipləri, sadəcə, onlar üçün ölkələrdə sabitliyi pozmaq gərginlik yaratmaq məqsədilə istifadə edilən alətdir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, AŞPA özünün təməl prinsiplərindən uzaq olan yalnız bir-iki dövlətin maraqlarına xidmət edən beynəlxalq qurumdur. Ölkəmizə qarşı sərgilənən bu qərəzin kökündə Fransanın Azərbaycanı gözü götürməzliyi dayanır. Yəni qurumun ədalətsiz davranışlarının hər birinin məhz Fransadan qaynaqlandığını hesab edir.

Deputat xatırladıb ki, bir müddət əvvəl Fransa Senatı da əleyhimizə qətnamə qəbul etmişdi: "Azərbaycan Fransanın bütün anti-Azərbaycan addımlarını haqlı olaraq cavablandırır dünya ictimaiyyəti qarşısında onun ləkəli tarixini açıq şəkildə ifşa edir. Azərbaycan haqq yolundadır atdığı bütün addımlar beynəlxalq hüquqa əsaslanır. Azərbaycana qarşı öz parlamentlərində qəbul etdikləri qərarların heç bir gücünün olmadığını, ölkəmiz üçün həmin qərarların kağız parçalarından başqa bir əhəmiyyət kəsb etmədiyini görən Fransa düşmənçiliyini daha geniş miqyasda davam etdirir".

Azər Badamov qeyd edib ki, Paris bu məsələdə almaniyalı deputatın əli ilə AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi təşəbbüsü ilə gündəmə gəldi: "Bu həm onu göstərir ki, vaxtilə Avropa İttifaqında  söz sahibi olan ağsaqqallıq edən Almaniya indi Fransanın əlaltısına çevrilib. Almaniya bu gün Makronun rəhbərlik etdiyi Fransanın göstərişi ilə oturub-durur. Ona görə Makron Fransası bu dəfə ölkəmizə qarşı qərəzini özünün oyuncağına çevirdiyi Almaniya vasitəsilə ortaya çıxardı. Burada növbəti sual yaranır ki, niyə AŞPA Almaniya Fransanın anti-Azərbaycan islamofob hərəkətinə qoşulur? Bu da təsadüfi deyil, çünki Avropa Şurasına üzv olan ölkələrin dini mənsubiyyətinə baxsaq, görərik ki, 46 ölkədən yalnız Türkiyə Azərbaycan müsəlmanların üstünlük təşkil etdiyi ölkələrdir. Ona görə AŞPA bu gün Azərbaycanla bağlı həyata keçirdiyi düşmənçilik siyasətini Türkiyəyə qarşı da kəskin şəkildə aparır".

Deputatın sözlərinə görə, Azərbaycan Türkiyə dünya nizamında baş verən ədalətsizliklərə beynəlxalq hüququn tapdalanmasına qarşı çıxır. Bu səbəbdən   AŞPA-da ölkəmiz əleyhinə qərar qəbul ediləndə həm xristian təəssübkeşliyi nümayiş olunur. Azərbaycan nümayəndə heyəti bu məsələni qabaqcadan bildiyinə görə ölkəmizlə bağlı qərar verilməzdən öncə assambleyanı tərk etdi.

Azər Badamov həmçinin onu da bildirib ki, AŞPA-nın fəaliyyəti şəffaf deyil ədalətə söykənmir: "Azərbaycan torpaqları 30 il erməni işğalı altında qalanda, 1 milyondan çox azərbaycanlının təməl hüquqları pozularaq qaçqın məcburi köçkün həyatı yaşamağa məcbur olanda, Ermənistan bütün mədəni irsimizi, tariximizi dini abidələrimizi məhv edərək vandallıq nümayiş etdirəndə AŞPA niyə susurdu? Axı Azərbaycan nümayəndə heyəti bu məsələləri AŞPA-da dəfələrlə qaldırmış Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün kömək istəmişdi. Halbuki Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olanda erməni işğalının ədalətli həll olunacağına böyük ümidlər bəsləmişdi. AŞPA öz statusundan istifadə edərək pozulmuş beynəlxalq hüququ bərpa etmək üçün Ermənistana təzyiq göstərmək imkanına malik idi, amma bunu etmədi".

Deputatın dediyinə görə, bir sıra Qərb dövlətləri, qurumlar, eləcə AŞPA Azərbaycanın ard-arda qələbə çalmasını həzm edə bilmir. Qərbin bütün qərəzi bundan qaynaqlanır. "Ümumiyyətlə, artıq AŞPA Azərbaycana lazım deyil. Bu qurum ölkəmizə qarşı ciddi qərəz nümayiş etdirir bizə təzyiq göstərməyə çalışırlar. Ümumiyyətlə, AŞPA münaqişələrin həll olunmasında heç vaxt öz imkanlarından istifadə etməyib. Əksinə, demokratiya insan haqları adı altında müxtəlif ölkələrdə sabitliyi pozmağa ictimai-siyasi mühiti gərginləşdirməyə çalışıb. Bütün bunları nəzərə alaraq nümayəndə heyətimizin AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmasını ən düzgün qərar hesab edirəm", - deyə deputat söyləyib.

Azər Badamov yekunda qeyd edib ki, AŞPA-nın qərəzli qərarları ilk növbədə elə öz nüfuzuna böyük zərbədir. Bu qurum belə qərarlar qəbul etməklə sivil dünyəvi prinsiplərdən uzaq olduğunu, xüsusilə Cənubi Qafqazda sülh sabitlik mühitinə qarşı çıxdığını nümayiş etdirir. Bu, AŞPA-nın gələcək fəaliyyətini şübhə altına alır.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 26 yanvar, № 16.- S.8.