AŞPA Azərbaycanın uğurlarını həzm edə bilmir

 

 

Bu təşkilatın ölkəmizə qarşı nümayiş etdirdiyi ikili standartlar siyasəti faydasızdır

 

 

 

"Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti ünvanı Avropa Şurası Parlament Assambleyası (AŞPA) oldu. Bu dəfə AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklif olundu".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Deputat qeyd edib ki, səbəblər isə olduqca cılızdır.

Onun sözlərinə görə, Qərbin bu təşkilatı da Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbəni həzm edə bilmir: "AŞPA nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışır. Ancaq bu səmərəsiz beynəlxalq təşkilatdakılar unutmamalıdırlar ki, Azərbaycana qarşı nümayiş etdirilən bütün ikili standartlar siyasəti faydasızdır".

 

 

AŞPA heç zaman Azərbaycana qarşı dürüst davranmayıb

 

R.Mahmudov xatırladıb ki, AŞPA-da almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi ilə bağlı qərəzli təklifi dəstəklənib qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Bu təşəbbüslə çıxış edən alman deputat həmkarları məsələni insan haqları baxımından izah etməyə çalışsalar da, bunun insan haqları ilə heç bir əlaqəsi yoxdur. Əslində, 44 günlük Vətən müharibəsinin nəticələri Avropanın bəzi dövlətlərini ciddi narahat edir. Xüsusilə Azərbaycanın separatizmə son qoyaraq ərazi bütövlüyünü bərpa etməsi "köhnə dünya"dakıların geosiyasi ambisiyalarını suya salıb. Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞPA səviyyəsində apardığı müzakirələrdən, qəbul edilən qətnamələrin kağız üzərində qalmasından sonra müstəqil surətdə öz suverenliyini ərazi bütövlüyünü təmin etməsi Qərbin bir çox dövlətinin, beynəlxalq təşkilatının, o cümlədən bu qurumun marağına uyğun gəlməyib.

Deputat qeyd edib ki, AŞPA heç zaman Azərbaycana qarşı dürüst davranmayıb. "Hələ ötən il oktyabrın 12-də bu qurum Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı reallıqdan həqiqi faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz yalanlardan qaynaqlanan qətnamə tövsiyə sənədi qəbul etmişdi. Rəsmi Bakı o zaman həmin sənədi Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürü kimi qiymətləndirmişdi. Ona görə ki, sənədlərdə regionda mövcud olmuş münaqişənin kökündə dayanan problemlər diqqətdənkənar saxlanılmış, AŞPA 19-20 sentyabr hadisələrindən sonra erməni mənşəli sakinlərin könüllü olaraq Ermənistana qayıtmalarına tam başqa don geyindirməyə çalışmışdı", - deyə o əlavə edib.

 Deputat bildirib ki, qurumda fəaliyyət göstərən bəzi avropalı deputatlar vətəndaşları olduğu ölkələrin destruktiv siyasətlərini AŞPA platformasında da yürütməyə çalışırlar. Buna görə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Qərbin siyasi riyakarlığı sifarişi kimi qiymətləndirilməlidir. Təbii sual ortaya çıxır: AŞPA üçün insan vətəndaş hüquqları, ərazi bütövlüyü sərhədlərin toxunulmazlığı prinsipləri önəmlidirsə, niyə 30 il Ermənistanın işğal siyasətini qınamadı? Bu müddət ərzində niyə bir avropalı deputat demədi ki, Ermənistan üzv olduğu təşkilatın digər üzvünün ərazisini işğal edib buna görə erməni nümayəndə heyətinin AŞPA-da fəaliyyəti məhdudlaşdırılmalıdır. İndi Azərbaycanı ittiham etmələri ikili standartlardan irəli gəlmirmi?

 

 

 

AŞPA-nın fəaliyyətində irqçilik, islamofobiya mühitinin varlığı göz önündədir

 

 

 

Deputatın sözlərinə görə, bu gün yüz minlərlə məcburi köçkünün hüquqlarının bərpa edilməsindən AŞPA-nın üzvləri narahatdır. Bəs etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən qorumağa çalışan AŞPA Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası layiqli şəkildə geri qaytarılması ilə bağlı müraciətlərə niyə məhəl qoymur? Bu, ikili standart deyil, nədir?

R.Mahmudov qeyd edib ki, Azərbaycan özünə hörmət edən, milli maraqlarını qoruyan digər ölkələrdən bunu gözləyən dövlətdir: "Bakı Avropa təşkilatları ilə sağlam əməkdaşlıq etmək istəyir bu istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın belə destruktiv siyasəti onu gözdən salır bu quruma olan inamı sıfıra endirir. Azərbaycan ədalətin tərəfindədir. Rəsmi Bakının fəaliyyətində, davranışlarında bu, aydın şəkildə görünür. Ölkəmizə qarşı təhdid, qarayaxma kampaniyası qəbulolunmazdır. AŞPA-nın fəaliyyətində irqçilik, islamofobiya mühitinin varlığı göz önündədir".

Deputat hesab edir ki, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı düzgün yerində atılmış addımdır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 26 yanvar, № 16.- S.8.