"Məhkəmə
ekspertizası fəaliyyəti
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu və 18-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Məhkəmə ekspertizası fəaliyyəti
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 1, maddə 7; 2004, № 2, maddə 57, № 3, maddə
133; 2006, № 11, maddə 928; 2007, № 1, maddə 4, № 3, maddə
211; 2018, № 2, maddə 147; 2019, № 12, maddə 1896) aşağıdakı
dəyişikliklər edilsin:
1. 11-ci maddənin on
beşinci hissəsində
"rütbələr" sözü "və ya hərbi rütbə"
sözləri ilə əvəz edilsin.
2. 23-cü maddənin ikinci hissəsində
"(məhkəmə-psixiatriya)" sözləri
", məhkəmə-psixiatriya"
sözləri ilə əvəz edilsin.
3. 39-cu maddənin ikinci
hissəsində "ixtisas,
xüsusi rütbələrinə"
sözləri "xüsusi
və hərbi rütbələrinə, habelə
ixtisas" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2023-cü il
Azərbaycan.-2024.-
26 yanvar, № 16.- S.6.