"Arbitraj
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli
Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Arbitraj haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 26 dekabr tarixli
1077-VIQ nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Arbitraj haqqında"
Azərbaycan Respublikası
Qanununun 11.2-ci maddəsinin
birinci cümləsində
və 11.6-cı maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
11.6-cı maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.3. həmin Qanunun
11.2-ci maddəsinin birinci
cümləsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. beynəlxalq norma
və prinsiplər, habelə mütərəqqi
xarici təcrübə
nəzərə alınmaqla,
"Beynəlxalq xüsusi
hüquq haqqında"
Azərbaycan Respublikasının
yeni qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Arbitraj haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.3. "Arbitraj haqqında"
Azərbaycan Respublikası
Qanununun 11.6-cı maddəsinə
uyğun olaraq, daimi arbitraj təşkilatının akkreditasiyası
və akkreditasiyasının
ləğvi qaydasını
iki ay müddətində
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 391 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, № 4, maddə 323 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı
məzmunda 8.8-2-ci və
9.15-2-ci bəndlər əlavə
edilsin:
"8.8-2. daimi arbitraj
təşkilatı kimi
fəaliyyət göstərmək
üçün qeyri-kommersiya
hüquqi şəxslərini
akkreditasiyadan keçirir;";
"9.15-2. daimi arbitraj
təşkilatı kimi
fəaliyyət göstərmək
üçün qeyri-kommersiya
hüquqi şəxslərini
akkreditasiyadan keçirmək
və onların akkreditasiyasını ləğv
etmək;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
26 yanvar, № 16.- S.6.