"Azərbaycan
Respublikasında iqtisadi
siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması
və "Azərbaycan
Respublikasının Maliyyə
Sabitliyi Şurasının
yaradılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 iyul tarixli 995 nömrəli Fərmanının
ləğv edilməsi
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasında
iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin
yaradılması və
"Azərbaycan Respublikasının
Maliyyə Sabitliyi Şurasının yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, № 9, maddə 1141 (Cild
I) 2-ci hissəsində (birinci
halda) "Respublikasının
Birinci vitse-prezidentinin"
sözləri "Respublikası
Prezidentinin sosial-iqtisadi
məsələlər üzrə"
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
26 yanvar, № 16.- S.6.