Baş
nazir Əli Əsədov Gürcüstanın
təhsil, elm və gənclər naziri ilə görüşüb
Yanvarın
25-də Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov Gürcüstanın təhsil, elm və gənclər
naziri Giorgi Amilaxvari ilə görüşüb.
Görüşdə
Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və
strateji tərəfdaşlıq münasibətlərinin
bütün sahələrdə uğurlu inkişafından məmnunluq
ifadə olunub.
İki
ölkə arasında humanitar sahədə əməkdaşlığın
səviyyəsi yüksək qiymətləndirilib.
Görüşdə
Azərbaycan ilə Gürcüstan arasında təhsil və
elm sahəsində əməkdaşlığın cari vəziyyəti
və inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan.-2024.-
26 yanvar, № 16.- S.7.