Ölkənin ən yaşlı sakinləri , gəncləri qalibiyyət sevinci ilə səs verəcəklər

 

 

Növbədənkənar prezident seçkilərinə hazırlıq davam edir. Azərbaycan xalqı bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə başqa əhvali-ruhiyyədə gedəcək. Artıq nisgilimiz bitib, gözümüz yollardan yığışıb. Qalib xalq olmağın qürurunu yaşayırıq. Müstəqilliyinə nail olandan bəri ilk dəfə Azərbaycan suverenliyini tam bərpa etmiş ölkə olaraq seçki keçirəcək.

 

 

 

Azərbaycanın ən yaşlı seçicisi

 

 

 

Növbədənkənar prezident seçkiləri işğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzur da daxil olmaqla bütün ölkə ərazilərini əhatə edəcək. Düşmənin əsarətindən qurtulmuş, böyük quruculuq işləri gedən - Laçında, Cəbrayılda, Qubadlıda, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Ağdərədə, Kəlbəcərdə, Xocavənddə, Xocalıda, Xankəndidə qalib xalq dövlət başçısını seçəcək.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi təşkil olunub. Həmin seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Seçicilərin 3700 nəfəri qeyd olunan ərazilərə daimi yaşamaq üçün qayıdanlardır. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.

Seçki bülletenlərinin çapına artıq başlanılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mediaya açıqlamasında seçki bülletenlərinin mətni, forması, sayı hazırlanma qaydasına dair tələblərin Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunduğunu, prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteninin çap edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

Qeyd edək ki, Azərbaycanda ən yaşlı seçicinin 124 yaşı var. O, 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır. Həmin seçicinin adı 93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.

Azərbaycanın uzunömürlü vətəndaşlarından biri isə Laçın rayonunun 107 yaşlı sakini Mülayim Mustafayevadır. Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkilərində yaşı əsri adlamış Mülayim Mustafayeva da illər sonra qalibiyyət sevinci ilə səs verəcək.

 

 

 

"Seçki könüllüləri"

 

 

 

Növbədənkənar prezident seçkilərində gənclərin fəal iştirak edəcəkləri hazırlıq prosesində aydın görünür. Xatırladaq ki, aktiv seçki hüququna malik olan, 18 yaşına çatmış seçki gününə qədər 18 yaşı tamam olan Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə müşahidəçi qismində iştirak edə bilərlər.

Azərbaycan könüllüləri seçki prosesinə töhfə vermək məqsədilə qanunvericiliyə uyğun olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqının təmsilçiləri qismində seçkilərin müşahidəsində iştirak edirlər. Bununla bağlı öncə könüllülərin siyahısı hazırlanıb qaydalara uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Mərkəzi Seçki Komissiyası nümayəndələri "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, onların hüquq vəzifələri" mövzusunda qrup liderləri üçün təlim həyata keçirib, gənc seçicilərdə seçki proseduru səsverməyə hazırlıqla bağlı yarana biləcək suallar ətrafında müzakirələr keçiriblər.

"Seçki könüllüləri" qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliği, xüsusilə seçkilərə ilk dəfə seçici kimi qatılacaq gənclərin məlumatlılıq səviyyəsinin seçici fəallığının artırılmasıdır.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülərin növbədənkənar prezident seçkiləri ilə bağlı fəaliyyətləri Azərbaycanın bölgələrində  davam edir. Belə ki, seçki könüllüləri paytaxtdan başqa, Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir Sumqayıt şəhərlərində fəaliyyət göstərirlər.

Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Seçki könüllüləri" qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən ölkəmizin ümumi inkişafına böyük töhfə verən ilk dəfə səsvermədə iştirak edəcək gənclərimizə seçki prosedurları barədə maarifləndirici bukletlər paylanılır.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 26 yanvar, № 16.- S.10.