Ötən il məhkəmələrə
jurnalistlərlə bağlı
82 iddia daxil olub
Bu gün dünyada ən aktual məsələlərdən
biri insanların hüquq və azadlıqlarının etibarlı
müdafiəsidir. Müxtəlif
dövlətlərdə bu
sahədə vəziyyət
bir-birindən kəskin
surətdə fərqlənir.
Elə ölkələr
var ki, orada
insan hüquqları ilə bağlı durum getdikcə daha acınacaqlı xarakter alır. Məsələn, məğlub
Hayastanda bu istiqamətdə dəhşətli
vəziyyət hökm
sürür. 6 il əvvəl baş tutan inqilabdan sonra bu ölkədə
nəinki demokratiyadan,
hətta qanunun aliliyindən belə bəhs etmək üçün səbəb
yoxdur.
Hayastanda insan hüquqları ilə yanaşı, mətbuat azadlığı sahəsində
də vəziyyət ağırdır. Jurnalistlər
təqib olunur, mətbu orqanlar müxtəlif bəhanələrlə
bağlanılır.
"Joğovurd" nəşri yazıb ki, son beş
ildə ölkədə
jurnalistlərə və
onların fəaliyyətinə
təzyiqlər nəticəsində
söz azadlığının
həddi aşağı
düşüb. Qeyd edilib ki, bu
təzyiqlər çox
vaxt o qədər güclü olur ki, bəzi KİV, informasiya agentlikləri və ayrı-ayrı jurnalistlər özünü
müdafiə etmək
üçün məhkəmə
sisteminə və ya jurnalist təşkilatlarına
müraciət edirlər:
"Nəşrimiz son
illər mediaya və jurnalistlərə qarşı məhkəmə
işlərinin sayının
necə dəyişdiyini
müqayisəli təhlil
edib. 2023-cü ildə
Hayastanda media və jurnalistlərə qarşı 36 məhkəmə
işi olub ki, bu da
2022-ci illə müqayisədə
4 dəfə çoxdur".
Bildirilib ki, son bir neçə
ildə Hayastanın Mülki Məcəlləsinin
təhqir və böhtana istinad edən 1087.1-ci maddəsi jurnalistlərə qarşı
məhkəmə iddialarının
qaldırılması üçün
davamlı fəaliyyətlə
istifadə olunur. Ötən il məhkəmə iddialarının
34-ü məhz bu maddəyə, digər ikisi isə iqtisadi və ya digər mübahisələrə
əsaslanır. 2019-cu ildə
kütləvi informasiya
vasitələri və
jurnalistlərlə bağlı
məhkəmələrə 94, 2020-ci ildə isə 82 iddia daxil olub.
Söz Azadlığının
Müdafiəsi Komitəsinin
2013-cü və 2014-cü illərdə
apardığı əvvəlki
analoji araşdırmalarla
müqayisəsi göstərir
ki, təhqir və böhtanla bağlı işlərin
sayı təxminən
3 dəfə artıb.
İrəvanda nəşr
olunan "4rd.am" saytının
əməkdaşı hesab
edir ki, Hayastan cəmiyyətində
media azadlığı
sahəsində böyük
problemlər mövcuddur.
Ermənistan hökumətinin
mətbuat azadlığı,
demokratiya və insan hüquqlarından danışmağa mənəvi
haqqı yoxdur. Ölkədə addımbaşı
jurnalistlərin hüquqları
pozulur. "4rd.am" saytının
fəaliyyətinə mütəmadi
problemlər yaradılmaqdadır.
Bundan əvvəl
daha iki qəzetin fəaliyyəti
dayandırılıb. Artıq
onlara da əməkdaşlığı dayandırmaq üçün
xəbərdarlıq gəlib.
Saytın əməkdaşları
ötən ilin avqustundan təqib olunduqlarını bildirirlər.
Bununla bağlı dəfələrlə aidiyyəti
qurumlara müraciət
etsələr də, vəziyyət dəyişməyib.
Bildirilir ki, Hayastan hökuməti Avropa Şurası qarşısında söz
azadlığının qorunmasına
dair öhdəlik götürüb. Qurum hakim dairələrdən Hayastanda KİV azadlığının
səviyyəsinin qaldırılmasını
dəfələrlə tələb
edib. Lakin illərdir cəmiyyət bunun əksini müşahidə edir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
26 yanvar, № 16.- S.12.