Azərbaycanın
qələbəsi AŞPA-nı
sarsıdıb
Azərbaycanın Ermənistan
ordusu üzərində
qələbəsi keçmiş
münaqişədən öz
qlobal maraqları üçün istifadə
edən dövlətləri
yaman sarsıdıb. Hələ müharibənin
gedişi zamanı Fransa prezidenti Emmanuel Makron baş verən hadisələrin Ermənistanın
xeyrinə olmadığını
anlayıb ölkəmizin
əleyhinə əsassız
ittihamlara start verdi.
Yalan, saxta məlumatlarla məsələni
BMT-nin Təhlükəsizlik
Şurasının müzakirəsinə
çıxararaq bu nüfuzlu beynəlxalq təşkilatın imkanlarından
istifadə edib Azərbaycana təzyiq göstərməyə cəhd
etdi. Faktiki olaraq Azərbaycan öz düşmənləri
ilə iki cəbhədə - Qarabağda
Ermənistan ordusu ilə, diplomatik cəbhədə isə Fransanın üstümüzə
saldığı islamofob
dövlətlərlə vuruşurdu...
Məlum olduğu kimi, hər iki cəbhənin qalibi Azərbaycan oldu.
2020-ci il noyabrın
10-da Rusiyanın vasitəçiliyi
ilə imzalanan üçtərəfli Bəyanat
ölkəmizə qarşı
"diplomatik hücum"ları
təşkil edən dövlətlərin əlini
soyutsa da, ölkəmizə qarşı
etmək istədikləri
pisliklərdən qalmadılar.
Ermənistan üzərindən
Cənubi Qafqaz siyasətində "söz
sahibi" olan, uzunmüddətli münaqişə
dövründə "vasitəçilik"
edən Fransanın planlarının uğursuz
nəticələrini anlayan
Makron hər vasitə ilə sülh danışıqları
prosesinə mane olmağa çalışır.
İstədiyinə nail
ola bilməyən Fransa prezidenti hər cür oyuna əl atır.
Səbəbi də bəllidir. Nə qədər ki Qarabağ problemi var idi, bu
ölkə problemdən
Ermənistan vasitəsilə
öz məqsədi üçün istifadə
edə bilirdi... Problemin olmaması Fransanın Cənubi Qafqaz siyasətində yoxluğu deməkdir. Fransa prezidenti Azərbaycana qarşı qurduğu planlarda təkbaşına bir nəticə hasil edə bilməyəcəyini
dərk edib anti-Azərbaycan koalisiyası
yaradaraq ölkəmizə
qarşı mübarizəyə
başlayıb. İlk
dövrlərdə ermənipərəst,
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Cozef Borel Azərbaycana qarşı qərəzli
və əsassız bəyanatları ilə diplomata yaraşmayan hərəkətləri etdi.
Borel azərbaycanlı
diplomatların Fransadan
çıxarılması ilə
bağlı Fransa ilə həmrəy olduğunu bildirdi.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
prosesində Aİ-nin
rolunu heçə endirməyə çalışan
Borel Qarabağdan köçən ermənilərin
də sayını utanıb-qızarmadan təhrif
edərək "150 min"ə
qədər qaldırdı...
Hər şey əvvəlcədən düşünülmüş
plan əsasında aparılır. Məqsəd
sülh danışıqlarına
mane olmaqdır. Fransa öz çirkin niyyətinə
çatmaq üçün
ölkəmizə qarşı
birmənalı olaraq həmişə qərəzi
və fitnəkarlığı
ilə seçilən
AŞPA-nı da özünə yedək edib. Almaniyalı deputat Frank Şvabeni də öz oyunlarına alət edən Fransa Avropa Şurası Parlament Assambleyasının
qış sessiyasının
ilk iclasında Azərbaycan nümayəndə
heyətinin səsvermə
hüququnun dondurulması
təşəbbüsünü irəli sürüb. Heç şübhəsiz
ki, Fransa prezidenti Emmanuel Makronun anti-Azərbaycan kampaniyasını Almaniyanın
vasitəsilə genişləndirməyə
çalışır. Görünən
odur ki, Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına,
Frank Şvabenin timsalında
isə Almaniyanı muzdlu icraçıya çevirə bilib.
Aİ Azərbaycanı əsasən ermənilərin
hüquqlarını pozmaqda
ittiham edirdisə,
AŞPA "fərqli" olaraq
guya ölkəmizdə
insan hüquqlarının
pozulmasından narahat olub. Yalandır. Əgər 2020-ci il sentyabrın 27-də Ermənistan
təcavüzkar niyyətlə
başladığı müharibədə
yeni ərazilər işğal edə bilsəydi, Fransadan da, Aİ-dən bu gün insan
hüquqlarını maska
əvəzi üzünə
taxan almaniyalı deputat Frank Şvabedən də, onun təklifi
ilə ölkəmizin
əleyhinə qətnamə
çıxaran AŞPA-dan
da səs çıxmayacaqdı. İnsan
hüquqlarının pozulması
adı altında öz abırsızlıqlarını
ört-basdır etməyə
çalışan AŞPA əleyhimizə qəbul etdiyi qətnamədə əsl niyyətini gizlədə bilməyib.
"Dağlıq Qarabağdakı
vəziyyətlə bağlı
assambleya özünün
"Laçın dəhlizi
ilə sərbəst və təhlükəsiz
gediş-gəlişin təmin
edilməsi" adlı
2508 (2023) saylı qətnaməsində
guya Laçın dəhlizi boyunca azad və təhlükəsiz
hərəkətin olmamasını
müəyyən edib.
Bundan başqa, assambleya özünün
"Dağlıq Qarabağda
humanitar vəziyyət"
adlı 2517 (2023) saylı
qətnaməsində və
2260 (2023) saylı tövsiyələrində
Azərbaycan Ordusunun
2023-cü ilin sentyabrında
Dağlıq Qarabağın
bütün erməni
əhalisinin Ermənistana
qaçması və
"etnik təmizləmə"
iddialarının ortaya
çıxmasına səbəb
olan hərbi əməliyyatını pisləyib".
Məsələnin kökündə
də elə bu durur. Əslində
nə Aİ-ni, nə AŞPA-nı Azərbaycan xalqı düşündürmür. Necə
ki 200 min azərbaycanlını öz
dədə-baba yurdlarından
Ermənistan tərəfindən
zorla, vəhşicəsinə
çıxarılmasına görə, yaxud həmin insanlara münasibətdə indiyə
kimi laqeydlik, biganəlik göstərən
Aİ və AŞPA səsini
çıxarmayıb. İndi
bu təşkilatdan ədalətli qərar gözləmək olarmı?!
Erməni lobbisinin
pulu ilə tələyə düşmüş
Fransanın sifarişlərini
kor-koranə yerinə
yetirən muzdlu deputatların, özfəaliyyət
dərnəyinə bənzər
bir qurumun qəbul etdiyi qətnamələr kağız
parçalarından başqa
bir şey deyil. Ədalətli mövqeyi, haqlı olması ilə Azərbaycan həmişə
bütün mübarizələrin
qalibi olub. Sirkə nə qədər tünd olsa, öz qabına
ziyan verər. AŞPA
da əleyhimizə qəbul etdiyi qətnamə ilə özünə balta vurmuş oldu.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.4.