Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur

 

 

Həqiqətə "qara eynək"lə baxan təşkilatda təmsil olunmaq ölkəmiz üçün ciddi əhəmiyyət kəsb etmir

 

 

 

"Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli davranışı beynəlxalq riyakarlığın növbəti təzahürüdür. 2001-ci ildə sözügedən təşkilata ölkəmiz üzv olduqdan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edirlər".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, Azərbaycan bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib, amma AŞPA ölkəmizə problem yaratmaqdan başqa heç etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb bu gün eyni siyasət yürüdürlər.

AŞPA-da Azərbaycanla bağlı faktlar təhrif olunmuş formada verilir, reallıqlara, həqiqətlərə "qara eynək"dən baxılır. İddia edirlər ki, Azərbaycanda keçiriləcək növbədənkənar seçkiləri müşahidə etmək üçün niyə Avropa Şurası dəvət edilməyib? Azərbaycan seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün hətta ən sərt mövqeyi ilə tanınan beynəlxalq qurumları da dəvət edib, lakin 23 il müddətində həqiqi üzvü olduğu, buna qədər daim seçki müşahidələri aparan komandalarını məmnuniyyətlə qəbul etdiyi Avropa Şurasından bu dəfə imtina edib. Çünki uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, ara-sıra hüquqi çəkisi olmayan bəyanatlar qərarlar verməklə kifayətlənib. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

K.Bayramov qeyd edib ki, bu gün Avropa Şurası da, onun parlamenti bu addımları ilə öz maraqlarına xidmət edən Fransa, Almaniya kimi dövlətlərin alətinə çevrildiyini göstərməklə, əslində, oyuncaq təsisat olduqlarını bir daha təsdiqləyir: "Avropa Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılış günündə  ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. Deputatların etimadnamələrinin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürüb həmin təşəbbüs təsdiqlənib. Frank Şvabe təşəbbüsü irəli sürərkən həqiqəti əks etdirməyən qərəzli çıxışında "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması" kimi əsassız fikirlər səsləndirib AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib. Qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə , məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə, sosialistləri qabağa verdiyi gün kimi aydındır. Bəllidir ki, Fransa Almaniya tandem şəklində çıxış edirlər".

Deputat diqqətə çatdırıb ki, AŞPA Azərbaycan nümayəndə heyəti etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirsə , əsas səbəb Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələrindən, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir. Azərbaycan Avropa Şurasının da aid olduğu coğrafiyada əhəmiyyətli mövqeyə malik dövlətdir. Ölkəmizə qarşı əsassız ittihamların səsləndirilməsi, məkrli hiyləgər oyunların qurulması, əslində, Azərbaycandan çox Avropa Şurasına zərər verəcək. "Çünki biz bütün təsisatlara, beynəlxalq hüququn subyektləri olan dövlət təşkilatlara bərabər əməkdaşlıq qura biləcəyimiz tərəfdaş kimi baxırıq. Əgər bizim ümummilli maraqlarımıza qələbəmizə kölgə salmaq istəyirsə, Avropa Şurasından çıxmaq Azərbaycan üçün hər hansı ciddi əhəmiyyət kəsb etmir. Ölkəmizdə bu quruma rəğbət onun ümumbəşəri dəyərləri təbliğ etməsindən, insan haqları demokratiyanı təşviq etməsindən, xüsusilə beynəlxalq ədaləti dəstəklədiyini bəyan etməsindən irəli gəlirdi. Azərbaycan Avropa Şurasının onun Parlament Assambleyasının bəyan etdiyi dəyərlərin tətbiqinə, ən kobud şəkildə pozulmuş insan haqlarının müdafiə olunmasına beynəlxalq ədalətin bərqərar olunmasına böyük ümidlər bəsləyirdi. Üzv olduğumuz digər beynəlxalq təşkilatlarla yanaşı, AŞPA-dan da gözləntilərimiz Azərbaycan torpaqlarının işğal faktının rəsmən tanınması işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi. Lakin gözləntilərimizin əksinə olaraq Azərbaycan-Ermənistan münaqişəsinin davam etdiyi 35 il ərzində AŞPA bütün hüquqları vəhşicəsinə pozulmuş bir milyon azərbaycanlının müdafiəsi üçün bir qərar belə qəbul etmədi", - deyə o əlavə edib.

K.Bayramov əlavə edib ki, AŞPA-nın yürütdüyü siyasət Azərbaycanın milli maraqları çərçivəsində apardığı siyasətlə tərs müntənasibdir: "AŞPA qərarını verməzdən əvvəl Azərbaycan nümayəndə heyəti öz sözünü dedi təşkilat çərçivəsində fəaliyyətini dayandırdı. Torpaqlarımız azad olunduqdan, bütün ərazilərimiz üzərində suverenliyimiz tam təmin edildikdən sonra Azərbaycanın AŞPA-ya heç bir ehtiyacı yoxdur. Dünyada 200-ə yaxın müstəqil dövlət var onlardan yalnız 46-sı bu qurumun üzvüdür".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 27 yanvar, № 17.- S.4.