Uğurlarımızı
həzm edə bilməyən AŞPA
"Avropa Şurası
Parlament Assambleyasının
(AŞPA) ermənipərəst dairələrin sifarişlərini
yerinə yetirdiyinə
şübhə yoxdur.
Beynəlxalq hüququn
norma və prinsiplərinə hörmət
etməyən işğalçı
Ermənistanın qəddarlığına,
bu ölkənin bir
milyondan artıq soydaşımızın hüquqlarını
kobud şəkildə
pozmasına laqeyd yanaşan bir qurumun hazırda Azərbaycana münasibətdə
sərgilədiyi qərəzli
mövqe onun islamofob və türkofob təfəkkürünün
bariz nümunəsidir.
AŞPA illər boyu Azərbaycanın haqlı
mübarizəsini görməzlikdən
gəlib".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Jalə Əliyeva deyib. Deputat bildirib ki, AŞPA-nın qərəzli yanaşmasından sonra Azərbaycan nümayəndə
heyəti haqlı olaraq bu qurumla
əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən
müddətə dayandırmaq
qərarına gəlib.
Sözsüz ki,
AŞPA-nın bu təşəbbüsü Qərbin
anti-Azərbaycan qüvvələrinin
belə qurumlardan ölkəmizə qarşı
təzyiq vasitəsi kimi istifadə etmək niyyətinin ifadəsidir.
Deputat qeyd edib ki, AŞPA-nın və bu kimi digər
qurumların əsas öhdəliklərindən biri
də Qarabağ məsələsinin həllinə
nail olmaqdan, 30 ilə yaxın işğala, vandalizmə
məruz qalan xalqımızın hüquqlarını
bərpa etməkdən
ibarət olduğu halda, bölgədə gərginlik yaratmaları, heç bir əməli addım atmamaları onların erməni lobbisinin diktəsi ilə hərəkət etdiklərindən
xəbər verir. Ədalətsiz mövqe sərgiləyən AŞPA kimi
qurumların susqunluğu
Azərbaycanı ərazi
bütövlüyünü hərbi-siyasi yolla bərpa etmək məcburiyətində qoydu.
Jalə Əliyeva
vurğulayıb ki, dövlətimiz nəinki ölkədə və regionda, eləcə də dünyada sülhün bərqərar
edilməsi üçün
zaman-zaman mümkün
olan bütün addımları atıb.
BMT, ATƏT, AŞPA tribunalarından dəfələrlə bəyan
etdiyimiz sülh çağırışları heç kəsin yadından çıxmayıb.
Bütün dünya
BMT Təhlükəsizlik Şurasının
iclaslarını apararkən,
AŞPA Nazirlər Komitəsinin
sessiyalarına sədrlik
edərkən, Türk
Dövlətləri Təşkilatının
və Qoşulmama Hərəkatının sədri
kimi çıxışlarımızda
səsləndirdiyimiz sülh
çağırışlarından xəbərdardır.
"Lakin Ermənistanın,
ermənipərəst qüvvələrin,
onların havadarlarının
pozuculuq fəaliyyəti
Azərbaycanı Təhlükəsizlik
Şurasının qətnamələrini
təkbaşına icra
etməyə məcbur
qoyub. Azərbaycan məsələnin dinc yolla həll edilməsinin tərəfdarı
olduğunu dəfələrlə
elan etsə də, AŞPA və bu kimi qurumlar
öz vəzifələrini
yerinə yetirmək, Azərbaycanın haqlı
mübarizəsini görmək,
eşitmək və həllinə sülh yolu ilə yardımçı
olmaq istəməyiblər.
Beynəlxalq təşkilatların
fəaliyyətsizliyi qarşısında
başqa seçim yolu qalmayan Azərbaycan
2020-ci ildə Vətən
müharibəsi və
2023-cü ildə antiterror
tədbirləri nəticəsində
öz ərazi bütövlüyünü bərpa
edərək, şanlı
Zəfərə imza atıb və bütün ərazisində
suverenliyini bərqərar
edib", - deyə deputat bildirib.
Jalə Əliyeva
həmçinin Azərbaycanın
özünü regionun
lider dövləti kimi birmənalı şəkildə təsdiqlədiyini
vurğulayıb. Əlavə
edib ki, bu reallıq bizə tərəfdaşlar
qazandırmaqla yanaşı,
anti-Azərbaycan qüvvələrin
fəallaşmasına səbəb
olur. Azərbaycanda keçiriləcək növbədənkənar
prezident seçkilərinə
az vaxt qalmış
AŞPA-nın sərgilədiyi
qərəzli mövqe
onun çirkin niyyətini ifşa edir, əsl mahiyyətini bir daha ortaya qoyur.
Erməni lobbisinin sifarişini yerinə yetirən AŞPA-nın ədalətsiz qərarları
sülh prosesinin yekunlaşması nəticəsində
formalaşacaq sabitlik və firavanlığın
Azərbaycanın inkişafına
verəcəyi töhfələrin
qarşısını almaq,
ölkəmizin beynəlxalq
arenadakı mövqeyini
zəiflətmək məqsədi
güdür. Lakin buna nail ola
bilməyəcək. Bütün
bunlara baxmayaraq, dünya birliyinə gün işığı
kimi aydın olan, təkzibedilməz bir fakt var
- Qarabağ Azərbaycandır!
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-
2024.- 27 yanvar, № 17.- S.5.