Azərbaycanın
Qələbəsi AŞPA-nın
ölkəmizə olan
qərəzli və kinli siyasətini üzə çıxardı
Avropa
Şurası Parlament Assambleyası (AŞPA) insan
hüquqlarının, demokratiyanın və qanunun aliliyinin
müdafiəsi ilə məşğul olan 46 dövlətdən
ibarət beynəlxalq təşkilat olan Avropa
Şurasının parlament qolu kimi təsis edilib. Azərbaycan
isə 2001-ci ildə Avropa Şurasına üzv qəbul
edilib. AŞPA-nın əsas məqsədi müxtəlif
dövlətlərin parlamentariləri arasında
qarşılıqlı hörmət və bərabər
hüquqlara əsaslanan dialoq üçün platforma
olmaqdır. İnsan haqlarını və qanunun aliliyini
müdafiə etmək öhdəliyi olan bu təşkilat 1987-1991-ci
illərdə Qərbi Azərbaycandakı tarixi yurdlarından
soyqırımı yolu ilə deportasiyaya məruz
qalmış 300 mindən çox azərbaycanlının geri
qayıdış hüquqlarını müdafiə etmədi,
onların qaçqınlıq taleyi və aqibəti
haqqında hər hansı bir iş görmədi. Həmçinin
bu istiqamətdə Ermənistan dövlətinə təzyiq və
təsir də göstərmədi.
AZƏRTAC xəbər
verir ki, bu sözləri Qərbi Azərbaycan
İcmasının Ziyalılar Şurasının
üzvü, sosiologiya üzrə fəlsəfə doktoru
Əfqan Vəliyev söyləyib.
O bildirib ki,
AŞPA 1990-1993-cü illərdə Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış ərazilərinin 20
faizinin Ermənistan dövləti tərəfindən
işğal edilməsi nəticəsində hüquqları
pozulmuş 1 milyondan çox azərbaycanlının
qaçqınlıq taleyi və acı aqibətinə görə
Ermənistan dövlətinə hər hansı sanksiya tətbiq
etmədi və təzyiq göstərmədi. Bununla da
hüquqları tapdalanmış, mal-mülkü talan
edilmiş, yandırılmış bir milyondan çox
qaçqın və məcburi köçkünün
insanlıq hüquqlarına hörmətsizlik edildi. Bundan əlavə,
AŞPA-nın münaqişəli məsələlərin
müzakirəsi üçün düzgün format
olmadığı deyildi və ermənilərin cinayətləri
unutdurulmağa çalışıldı.
“AŞPA-nın
keçmiş münaqişəyə bu qədər biganə
yanaşması onlara olan ümid və gözləntiləri də
puç etdi, həmçinin nüfuzuna da xələl gətirdi.
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi
ilə öz torpaqlarını işğaldan azad etməsi ermənidən
daha çox erməni olan Fransa kimi, AŞPA-nın da ölkəmizə
qarşı qərəzli və kinli siyasətini üzə
çıxardı. Avropa Şurası Parlament
Assambleyasının deputatlarının çərşənbə
günü keçirdiyi müzakirədə Azərbaycanın
qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi
və ölkəmizlə əlaqəli ortaya atdığı
əsassız ittihamları sübut etdi ki, AŞPA-nın bu
siyasətinin mərkəzində Azərbaycanofobiya və
islamofobiya durur. Məlum oldu ki, onların məqsədi Azərbaycanın
Qələbəsinə kölgə salmaq, ölkənin
siyasi, hərbi, sosial, iqtisadi və mədəni sahələrdə
əldə etdiyi uğurları ləkələməkdir.
Onları dövlətimizin demokratiya və ədalətin bərqərar
olması istiqamətindəki qətiyyətli uğurları,
həmçinin hər şeydən daha çox Azərbaycanın
güclü dövlətə və liderə malik olması
narahat edir", - deyə Ə.Vəliyev vurğulayıb.
Onun sözlərinə
görə, AŞPA və digər anti-Azərbaycan
ünsürlü qüvvələrinin ayrı-seçkiliyi,
etnik və dini nifrəti, ikili standartları, təkəbbürlülüyü,
şovinist siması Azərbaycanın güclənməsi və
torpaqlarını işğaldan azad etməsi ilə
özünü daha aydın şəkildə büruzə
etdi. Bu onu göstərir ki, Azərbaycan Vətən
müharibəsində Ermənistanla yanaşı, anti-Azərbaycan
ideyalı zehniyyətlərə də qalib gəlib.
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.5.