Avstraliya İttifaqının
General-Qubernatoru Zati-aliləri
cənab Devid Con Hörliyə
Hörmətli cənab
General-Qubernator,
Avstraliya İttifaqının
milli bayramı münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram ki, Azərbaycan-Avstraliya
münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq daim dostluq və əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Avstraliya
xalqına firavanlıq
və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 yanvar 2024-cü il
Azərbaycan.-2024.- 27 yanvar,
№ 17.- S.1.