"Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 387 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
54-1.2-ci maddəsinin birinci
cümləsində və
54-2.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Məcəllənin
54-1.4-cü və 54-4-cü maddələrinin birinci cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.3. həmin Məcəllənin
54-1.6-cı maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
həyata keçirir.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
54-1.2-ci maddəsinin birinci
cümləsinə uyğun
olaraq, cinayət mühakimə icraatında
prosessual sənədin
verilməsi barədə
qəbzin formasını
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.1.2. həmin Məcəllənin
54-2.2-ci maddəsinə uyğun
olaraq, cinayət prosesini həyata keçirən orqana çağırış vərəqəsinin
formasını təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.2. "Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
3. "Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 387 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 8 (III kitab), maddə
610 (Cild I); Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 19 yanvar tarixli 2448 nömrəli Fərmanı) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. beşinci abzasda
"131-1.4-cü maddəsində" sözləri "54-1.2-ci maddəsinin
birinci cümləsində,
54-2.2, 131-1.4-cü maddələrində"
sözləri ilə əvəz edilsin;
3.2. doqquzuncu abzasa
"438.3" rəqəmlərindən əvvəl "54-1.6," rəqəmləri
əlavə olunsun və həmin abzasda "müvafiq icra hakimiyyəti orqanları"nın" sözləri
"müvafiq icra hakimiyyəti orqanının"
sözləri ilə əvəz edilsin;
3.3. səkkizinci - iyirmi
ikinci abzaslar müvafiq olaraq doqquzuncu - iyirmi üçüncü abzaslar
hesab olunsun və aşağıdakı
məzmunda səkkizinci
abzas əlavə edilsin:
"həmin Məcəllənin
54-1.4-cü və 54-4-cü maddələrinin birinci cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.3.