Hikmət
Hacıyev Mövlud Çavuşoğlu və
Fəxrəddin Altuna ölkəmizə haqsızlığa
qarşı göstərdikləri
qəti mövqeyə
görə təşəkkür
edib
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Türkiyənin
keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin
NATO-dakı nümayəndə
heyətinin rəhbəri
Mövlud Çavuşoğluya
və Türkiyə Prezident Administrasiyasının
Kommunikasiya İdarəsinin
rəhbəri Fəxrəddin
Altuna AŞPA-da ölkəmizə haqsızlığa
qarşı qəti və birmənalı mövqe göstərdiklərinə
görə təşəkkür
edib.
AZƏRTAC Hikmət Hacıyevin
bununla bağlı X sosial şəbəkə
hesabındakı hər
iki paylaşımını
təqdim edir:
“Dəyərli
Mövlud bəy, PACE-də (AŞPA – red.) Azərbaycana
qarşı olan haqsızlıqla bağlı
ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə
görə Sizə təşəkkür edirəm.
Siz həmişə Azərbaycanın yanında
olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.
Digər paylaşımda
isə Fəxrəddin Altuna müraciətlə deyilir:
“Dəyərli və əziz qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə
görə təşəkkür
edirəm. Hər zaman
şəxsən və
İletişim Başkanlığı olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında
olmusunuz”.
Qeyd edək
ki, Mövlud Çavuşoğlu və Fəxrəddin Altun AŞPA-da ölkəmizə haqsızlığa
qarşı qəti və birmənalı mövqe göstəriblər.
AŞPA-nın Azərbaycana
qarşı qərarının
qeyri-obyektiv və qeyri-konstruktiv olduğunu bildirən Mövlud
Çavuşoğlu yazıb: “Mən çox təəssüf edirəm
ki, AŞPA Azərbaycan nümayəndə
heyətinin üzvlərinin
etimadnaməsini təsdiq
etməyib. Bu, həqiqətən
də, AŞPA-nın
reputasiyasına ağır
zərbədir.
Ümid edirəm
ki, Avropa Şurasının
təsis prinsiplərinə
əsaslanan əməkdaşlıq
və dialoqa üstünlük verməyən,
regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv
ediləcək. AŞPA bu
səhvi tez bir zamanda düzəltməlidir”.
Fəxrəddin
Altun isə sosial şəbəkə hesabında
bildirib ki, Türkiyə
dezinformasiya ilə mübarizə sahəsində
Azərbaycanın haqlı
mübarizəsinə dəstək
verməyə davam edəcək. O qeyd edib ki, bu məsələdə
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevlə
koordinasiyalı şəkildə
çalışır: “Bizim üçün dost və
qardaş ölkə Azərbaycanın haqlı
mövqeyini dünyaya
çatdırmaq və
paylaşılan yalan xəbərləri ifşa
etmək çox vacib, təməl məsələdir. Bu, həm
qardaşlığımızın göstəricisi, həm də həqiqətin təzahürüdür”.
O, Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin
məruz qaldığı
ittihamları şərh
edərək vurğulayıb
ki, həm Azərbaycan,
həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qaralama kampaniyasına məruz qalır.
“Biz bu dezinformasiyaya qarşı və həqiqət uğrunda mübarizə aparmağa birlikdə davam edəcəyik”, - Fəxrəddin Altun əlavə edib.
Azərbaycan.-2024.- 27 yanvar,
¹ 17.- S.3.