Fransa
və Almaniyada etirazlar səngimir
Səbəblər
müxtəlif olsa da, hədəf eynidir - səriştəsiz
hökumətlər
Fransada fermerlərin
etirazları son həftələrdə geniş
vüsət alır. Artıq 3 gündür onlar traktorlar, ot tayaları və peyin qalaqları
ilə əsas magistral yolları bağlayırlar. Tuluza, Strasburq, Lion, Bordo, eləcə də Kale, Bove
və başqa iri şəhərlərin
ərazisində avtomobil
yolları bağlanıb.
Fermerlər həmçinin
prefekturaları və
hökumət binalarını
peyin və digər tullantılarla zibilləyirlər.
Onlar peşələrinin
əhəmiyyətinin tanınmasını
tələb edir və hökumətin kənd təsərrüfatı
siyasətini pisləyirlər.
Fermerlərin fikrincə,
bu siyasət onların rəqabət qabiliyyətini zəiflədir.
Onlar xüsusilə, kənd təsərrüfatı
məhsullarının idxalına,
suvarma üçün
suyun istifadəsinə
məhdudiyyətlərin qoyulmasının,
dizel yanacağının
qiymətinin artırılmasının,
eləcə də ətraf mühitin qorunması üçün
məhdudlaşdırıcı tədbirlərə və
istehsala artan maliyyə yükünün
əleyhinədirlər.
Daha əvvəl
İl-de-Frans bölgəsindəki fermerlər
həmkarlar ittifaqları
hökumət siyasətinə
qarşı milli etiraz hərəkatı çərçivəsində Paris yollarının blokadaya alınacağını elan
etmişdilər. Fermerlərin
hüquqlarını müdafiə
edən aparıcı
təşkilatlar olan
FDSEA və "Jeunes agriculteurs" həmkarlar
ittifaqları giriş
və çıxış
nöqtələrində əsas
magistral yolların blokadaya alınmasını
tələb ediblər.
Parisin yollarını
bağlamaqla həmkarlar
ittifaqları hökumətin vəd etdiyi açıqlamalar öncəsi hakimiyyətə
təzyiqləri artırmaq
niyyətindədir. Onlar
baş nazir Qabriel Attala təsir etmək üçün şəhərin
bütün əsas nəqliyyat arteriyalarını
bağlamağı planlaşdırırlar.
Bu arada Almaniyada
da etiraz aksiyaları səngimir.
Ölkənin bir
neçə şəhərində on minlərlə insan
sağçı ekstremizmə və ifrat sağçı
"Almaniya üçün Alternativ" partiyasına
qarşı etiraz aksiyası keçirib. Bu barədə dpa məlumat
yayıb.
Visbaden şəhərində
nümayişə 12 mindən çox iştirakçı gəlib.
Şimali Reyn-Vestfaliya federal əyalətində ümumilikdə
10 min adamın iştirak etdiyi ən azı üç
böyük mitinq keçirilib. Rostok şəhərində,
polisin ilkin hesablamalarına görə, 6500 nəfər
sağçılara qarşı nümayiş keçirmək
üçün şəhərin mərkəzinə
toplaşıb.
İstirahət
günlərində Almaniyada ifrat sağçılara
qarşı daha çox mitinqlər gözlənilir.
Ötən həftəsonu
etirazlarda 900 mindən çox insan iştirak edib. Münhendəki
aksiya o qədər böyük olub ki, polis insanlara
dağılışmağı əmr edib.
Etirazlara və
"Almaniya üçün Alternativ" partiyasının
qadağan edilməsi ilə bağlı söhbətlərə
təkan verən ifrat sağçıların partiya nümayəndələrinin
iştirakı ilə keçirilən toplantısı
haqqında məlumatın dərc edilməsi olub. Həmin
görüşdə miqrantların ölkədən kütləvi
halda deportasiya olunması müzakirə edilib.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.5.