"Seçimimiz
qalib Lider İlham Əliyevdir"
YAP
seçkiqabağı təşviqat kampaniyasını
uğurla davam etdirir
2024-cü il fevralın
7-də ölkəmizdə keçiriləcək prezident
seçkiləri ilə
əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi
irəli sürülmüş
İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat
kampaniyası çərçivəsində
Ağcabədi rayonu ərazisində məskunlaşmış
laçınlı seçicilərlə
görüş keçirilib.
Görüşdə
YAP Laçın rayon təşkilatının sədri
İlqar İlyasov, şəhid atası Mehman Nəcəfov, təşviqat
qrupunun üzvləri Şikar Qasımov, Sevinc Əliyeva,
Mikayıl Zeynalov və Abuzər Abuzərov
çıxış ediblər.
Çıxışlarda
bildirilib ki, son 20 ildə cənab İlham Əliyevin rəhbərliyi
ilə xalqımız misilsiz nailiyyətlərə imza
atıb. Həyata keçirilmiş
ardıcıl və məqsədyönlü siyasi
kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını,
güclü iqtisadi potensialın formalaşmasını,
müasir cəmiyyət
quruculuğunu, vətəndaşların
rifahını, təhlükəsizlik
və müasir ordu quruculuğu kimi məsələlərin
effektiv həllini təmin edib, ölkəmizin beynəlxalq
nüfuzu yüksəlib,
dünyada strateji əhəmiyyəti artıb.
2020-ci il sentyabrın
27-də Ermənistanın davamlı
hərbi təxribatlarına
cavab olaraq başlanmış Vətən
müharibəsində əldə
edilmiş tarixi Zəfər və
2023-cü il sentyabrın
19-20-də həyata keçirilmiş
lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın
qarşısında duran
ən mühüm problem - Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün
tam bərpası məsələsi həll
edilib.
Natiqlər seçiciləri
7 fevral prezident seçkilərində fəal
iştirak etməyə
və ölkəmizin
parlaq gələcəyinin
təminatçısı olan
Yeni Azərbaycan Partiyasının namizədi
cənab İlham Əliyevə səs verməyə çağırıblar.
"Seçimimiz qalib
Lider İlham Əliyevdir",- deyə seçicilər vurğulayıblar.
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.6.