Prezidentliyə namizəd Fuad Əliyev seçkiyə bu şüarla gedir: “Varlı vətəndaş, varlı ölkə!”

 

 

Prezidentliyə namizəd Fuad Əliyev bildirdi ki, 7 fevral 2024-cü il tarixi Azərbaycan dövlətçilik tarixində yeni mər­hələnin başlanğıcı kimi əlamət­dar olacaq:

“Bu günü Azərbaycan ta­rixinə qızıl hərflərlə yazmaq, gələcək nəsillər üçün suveren Azərbaycanı qoruyub yaşat­maq, ata-babalarımızdan bizə əmanət qalan dövlətçiliyimi­zi əmin dövlət başçısına eti­bar etmək xalqımızın əlində­dir. Müstəqil ölkənin müstəqil vətəndaşları olaraq seçkiyə gəlmək və layiq bildiyiniz na­mizədə səs vermək seçki günü ölkəmiz adına görə biləcəyiniz ən şərəfli iş və böyük vəzifə­dir. "Vətəndaş Birliyi" seçki qərargahı vətəndaşlarımızın gələcək rifahı, dövlətimizin əbədi müstəqilliyi və suve­renliyimizin qorunması üçün təsis olunmuş və prezident seçkisində mənim namizədli­yimi irəli sürüb. Vətəndaşları­mızın şəxsimə olan etimadını və inamını doğrultmaq üçün prezident seçkisində namizəd olmağı qəbul etmiş və bu mə­suliyyəti dərindən dərk edərək seçkilərdə iştirakı şərəfli vəzifə hesab etmişəm. Bu gün nəin­ki bizim dostlarımız, hətta bizi sevməyən bədxahlar belə ölkə­mizin qazandığı uğurlardan və qələbələrdən heyranlıqla bəhs edirlər. Azərbaycanın bugün­kü inkişafının davamlılığını tə­min etmək, onu məkrli təsirlər­dən qorumaq hər bir vətəndaşın və dövlətə rəhbərlik edən şəx­sin çiyinlərinə ali və böyük mə­suliyyət qoyur".

Seçicilərlə görüşlərdə prezi­dentliyə namizəd Fuad Əliyev bir neçə məsələlərə toxunub. Onun sözlərinə görə, həkim və müəllimlərin 5 ildən bir əlavə sertifikasiya imtahanları ləğv olunmalıdır:

“Buna ehtiyac yoxdur. Minlər­lə təhsil və tibb işçisinə işgən­cə verilir. Bu imtahanlar formal xarakter daşıyır. Üstəlik, imta­hanlar insanların işlədiyi və ya­şadığı yerə yaxın ərazidə təşkil olunmalıdır. Amma bölgələrdən təhsil və tibb işçiləri əlavə xərc çəkərək Bakıya gəlmək məcbu­riyyətində qalır”.

Fuad Əliyev qeyd edib ki, dövlət bu istiqamətdə real ad­dımlar atmalıdır. Onun fikrincə, sertifikasiya imtahanları keyfiy­yət artımına səbəb olmur:

“Çünki 58-60 yaşlı tibb işçi­sini yenidən yoxlamağa ehti­yac yoxdur, onun kifayət qədər təcrübəsi var. Bu məsələ böyük narazılıq doğurur”.

Prezidentliyə namizəd Fuad Əliyev hesab edir ki, seçki günü hər bir vətəndaş seçki məntəqə­sinə gələrək səsinə sahib çıx­malıdır:

“İnsanlar gəlib səs versinlər. Görüşlərdə də çağırış edirik ki, səsverməyə gəlməkdən imtina etməyin”.

 

Azərbaycan.-2024.- 27 yanvar, ¹ 17.- S.6.