Seçkilərə
hazırlıq prosesində
fəallıq müşahidə
olunur
Növbədənkənar prezident seçkiləri otuz ildən sonra işğaldan azad edilmiş ərazilərimizdə - Qarabağımızda,
Şərqi Zəngəzurumuzda
da keçiriləcək. Bu, hər bir azərbaycanlını
fərəhləndirir, qürurlandırır.
Çünki Azərbaycan
xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə
vətəndaşı kimi
seçkilərdə iştirak
edəcək. Uzun illər doğma ocaqları üçün
darıxan, dədə-baba
yurdunun həsrətini
çəkən, böyük
zəfərimizdən sonra
başlanan quruculuq, tikinti, abadlıq işləri nəticəsində
geri qayıdan sakinlərin sevincini təsvir etmək mümkünsüzdür.
Yurdu, evi işğalçı ermənilər
tərəfindən qəsb
edilən və otuz il Ermənistan
silahlı qüvvələri
tərəfindən əsarət
altında saxlanılan,
məcburi köçkün
kimi yaşamaq məcburiyyətində qalan
bu insanların yuxuları çin olub, ən böyük
arzuları gerçəkləşib.
Qəhrəman Azərbaycan
Ordusunun işğaldan
azad etdiyi Qarabağda, Şərqi Zəngəzurda üç
ildir ki, genişmiqyaslı, sürətli
abadlıq, yenidənqurma
işləri həyata
keçirilir. Artıq
dədə-baba yurdunda
tikilmiş yeni evlərinə köçürülüb
yaşayanlar da var, yır-yığış
edib yol gözləyənlər də.
Doğma torpaqlarına
qayıdan keçmiş
məcburi köçkünlər
üçün dövlətimiz
tərəfindən hər
cür şərait yaradılıb.
Yenidən həyatın
canlanmağa başladığı
Şuşada, Laçında,
Cəbrayılda, Qubadlıda,
Ağdamda, Füzulidə,
Zəngilanda, Ağdərədə,
Kəlbəcərdə, Xocalıda,
Xankəndidə, Xocavənddə
də bu il səsvermə keçiriləcək. Böyük
Qayıdışa dair
I Dövlət Proqramı
çərçivəsində əhalinin daimi məskunlaşdırıldığı yaşayış məntəqələrimizdə
seçicilərin yüksək
fəallıq nümayiş
etdirəcəyi gözlənilir.
İşğaldan azad
edilən ərazilərimizdə
artıq 26 seçki məntəqəsi təşkil
olunub. Bu seçki məntəqələrində
22 minə yaxın seçici qeydə alınıb. Seçicilərin
3700 nəfəri qeyd olunan ərazilərə daimi yaşamaq üçün qayıdanlardır.
18 min nəfərdən
çoxu isə tikinti-quruculuq işlərində
çalışan vətəndaşlardır.
Fevralın 7-də keçiriləcək
növbədənkənar prezident
seçkilərində ilk
dəfə səs verəcək ölkə vətəndaşlarının sevinci isə ikiqatdır. Çünki
onlar birinci səsvermə hüquqlarından
qalib ölkə vətəndaşı kimi
istifadə edəcəklər.
Hazırda həmin gənclərin maarifləndirilməsi
üçün də
bir sıra işlər aparılır.
Bunlardan biri də Azərbaycan Respublikası prezident seçkilərində ilk
dəfə səs verəcək tələbələr
üçün seçki
hüququ ilə bağlı təşkil olunan seminarlardır. Bu maarifləndirici seminarlar Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının
təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının
(MSK) dəstəyi ilə
keçirilir. "Secki-2024.az saytının
xəbərinə görə,
seminarların təşkilində
əsas məqsəd tələbə gəncləri
seçki sistemi, seçicinin hüquq və vəzifələri
barədə məlumatlandırmaq,
eləcə də fevralın 7-də keçiriləcək
seçkilərdə ilk
dəfə seçici
kimi iştirak edəcək gənclərin
məlumatlılıq səviyyəsinin
və seçici fəallığının artırılmasıdır.
Bu il yanvarın 12-dən 24-dək təhsil
müəssisələrində keçirilən sessiyalarda
səsvermə hüququna
malik ümumilikdə
15 minə yaxın tələbə iştirak
edib.
Mərkəzi Seçki
Komissiyasının nümayəndələrinin
iştirakı ilə
reallaşan görüşlərdə
gənclərə səsvermə
proseduru, eləcə də seçki gününədək və
seçkilər zamanı
bilməli olduqları
zəruri hüquqi məsələlər çatdırılıb,
onları maraqlandıran
suallar cavablandırılıb.
Məlumatda o da
bildirilib ki, mütəmadi təşkil
olunan sessiyalara ötən ilin dekabrın 27-dən etibarən
başlanılıb. İndiyədək
100-dən çox təhsil
müəssisəsində görüşlər
keçirilib. Genişmiqyaslı
maarifləndirmə proqramı
çərçivəsində baş tutan məlumat sessiyalarının
ölkə üzrə
fəaliyyət göstərən
ali və orta ixtisas təhsili
müəssisələrinin hər birində davam etdirilməsi nəzərdə tutulub.
Fevralın 7-nə təyin
olunmuş növbədənkənar
prezident seçkilərinin
bütün ölkə
ərazisində yaradılmış
hər bir seçki məntəqəsində
demokratik əsaslarla keçirilməsi üçün
işlər aparılır.
Səffaflığın təmin
edilməsində qeyri-hökumət
təşkilatları (QHT) da
yaxından iştirak edir. Seçki müşahidəçisi kimi
onların müraciətlərində
yüksək fəallıq
qeydə alınıb.
"Secki-2024.az" saytının məlumatına görə,
artıq ölkədə
fəaliyyət göstərən
QHT-ləri, vətəndaş
cəmiyyəti institutlarını,
ictimai birlikləri təmsil edən 6045 nəfərə prezident seçkilərini izləmək
üçün müşahidəçilik
vəsiqəsi təqdim
edilib.
Müqayisə üçün
bildirilib ki, seçki günü respublikanın bütün
ərazisində müşahidə
aparacaq QHT-lərin sayı bu dəfə
2018-ci ildə keçirilmiş
prezident seçkiləri
ilə müqayisədə
təxminən 4 dəfə
artıb. Məlumata əsasən, müşahidə
prosesinə qoşulacaq
QHT-lərin sayında
da rekord göstərici qeydə alınıb. Belə ki, hazırkı prezident seçkilərinin
birbaşa izlənilməsinə
qatılan bu kateqoriyadan olan müşahidəçilər ümumilikdə 78 qeyri-hökumət
təşkilatını əhatə
edir.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.8.