Prezident seçkisi demokratik inkişafın növbəti təntənəsi olacaq

 

 

"Azərbaycanda azad, demokratik şəffaf seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür bu, seçkilərin normal keçirilməsi üçün vacib şərtlərdən biridir. Mövcud olan mükəmməl qanunvericilik bazası da bu baxımdan önəmlidir. Seçki Məcəlləsi, bu sahəni əhatə edən qanun qərarların mövcudluğu Azərbaycanda beynəlxalq standartlara uyğun seçki qanunvericiliyinin olduğunu təsdiq edir. Zərurət yarandıqca isə seçkilərin daha şəffaf keçirilməsinə xidmət etmək üçün qanunvericilik daha da təkmilləşdirilə bilər".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərini demokratik təşkil etmək üçün güclü siyasi iradə mövcuddur. Bu seçkilərdə ölkə vətəndaşları, seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gəlib istədikləri namizədə səs verəcəklər. Bu seçkilər ölkəmizin demokratik inkişaf yolunda növbəti nailiyyəti olacaq.

Sevinc Fətəliyeva qeyd edib ki, Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyaları prezident seçkiləri ilə əlaqədar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Seçki prosesinin uğurlu təşkili həyata keçirilməsi üçün maddi-texniki təminat məsələləri yüksək səviyyədə həllini tapıb. Eyni zamanda, seçkilərə beynəlxalq səviyyədə maraq böyükdür. Çoxsaylı beynəlxalq müşahidəçilərin prosesi izləmək üçün müraciət etməsi bunu təsdiqləyir.

Deputatın sözlərinə görə, ölkəmizdə seçki əhvali-ruhiyyəsi yüksəkdir: "7 nəfər namizədin seçki marafonuna qoşulması fəal kampaniyanın aparılmasından xəbər verir. Şübhə yoxdur ki, növbəti 7 il ərzində xalqın doğru seçimi sayəsində Azərbaycan daha möhtəşəm nailiyyətlər əldə edəcək. Ərazi bütövlüyümüzün suverenliyimizin tam bərpasından sonra Azərbaycanda regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Belə olan halda, növbədənkənar seçkilərin keçirilməsi mühüm qərardır".

Sevinc Fətəliyeva onu da deyib ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək: "Ona görə , bu seçkilər Zəfər seçkisi kimi xarakterizə olunur. Bütün bunların fonunda fevralın 7-də keçiriləcək prezident seçkiləri xalqın etimadına olan əminliyin ən bariz göstəricisidir".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 27 yanvar, № 17.- S.8.