Azərbaycan:
rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı
Azərbaycan dövlətinin
2030-cu ilə qədər
qarşıya qoyduğu
milli inkişaf prioritetlərindən biri də rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı olmaqdır. Digər milli inkişaf prioritetləri sırasında
bu istiqamətin də özünə mühüm yer tutması qətiyyən təsadüfi deyil.
Son onilliklərdə
dünya iqtisadiyyatında
böyük texnoloji dəyişikliklər müşahidə
olunur. Ölkələr
arasında rəqabət
getdikcə güclənir.
Rəqəmsal həllər
həyatımızın ayrılmaz
tərkib hissəsinə
çevrilir. Getdikcə
əksəriyyət fərqindədir
ki, yaxın gələcəkdə perspektiv
həyat dərin rəqəmsallaşma, yeni
texnologiyaların aktiv
tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı
ilə xarakterik olacaq. Ona görə
də gələcəyi
indidən görməyi
bacaran ölkələr,
bu ölkələrin
liderləri dünyada
artan rəqabətə
hazırlıq üçün
yüksəksəviyyəli insan kapitalının formalaşdırılması barədə
düşünürlər. Müasir təhsil, innovasiyaları təşviq
edən münbit şərait və insanların sağlamlığı
isə bu məsələdə ən
başlıca şərtlərdəndir.
Azərbaycan dövləti
də 2030-cu ilə qədər bu istiqamətdəki strateji hədəflərə nail
olmaqdan ötrü əsrimizin tələblərinə
uyğun təhsil sisteminin formalaşdırılmasını,
yaradıcı və innovativ cəmiyyət quruculuğunu, vətəndaşların
sağlam həyat tərzinin təmin edilməsini qarşıya
məqsəd qoyur.
50 ildən sonra
yenidən Bakıda
Gələcək dövrdə
ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal
cəmiyyətin inkişafın
aparıcı qüvvəsinə
çevriləcəyini nəzərə
alaraq dövlətimiz
ölkəni rəqabətdə
irəli aparmaq üçün onun innovativliyini stimullaşdıran
ekosistemin yaradılmasına
çalışır. Bu
ekosistemin iqtisadiyyatın
texnoloji tutumluluğunun
artırılmasına yönləndirilməsi
üçün müvafiq
tədbirlər həyata
keçirilir. Dünyada
gedən sürətli
texnoloji tərəqqiyə
çevik uyğunlaşmaq,
texnoloji ixrac məkanına çevrilmək
üçün perspektivlər
yaradılır. Bu məqsədlə emal sənayesinin inkişafının
dərinləşdirilməsi, elmtutumlu və yüksək gəlir yaradan orta və
yüksək texnoloji sahələrin inkişafı
istiqamətində addımlar
atılır. Nəticəyönümlü
elmi tədqiqatların
təşviqi üçün
rəqabətli maliyyələşdirmə
mexanizmlərinin formalaşdırılmasına
səy göstərilir.
İnsan kapitalı
və müasir innovasiyalar məkanına çevrilmək, yaradıcı
və innovativ cəmiyyət qurmaq istiqamətində aparılan
proseslərdə Azərbaycanın
bu hədəflərin
əldə olunmasına
dəstək verən
tədbirlərə evsahibliyi
də mühüm yer tutur. Ötən
il 74-cü Beynəlxalq
Astronavtika Konqresinin Bakıda keçirilməsi
bu baxımdan əlamətdar oldu. Xatırladaq ki, konqres 50 il əvvəl,
1973-cü ildə də
Azərbaycanda təşkil
olunmuşdu. Kosmonavtikanın
dünyada, demək olar ki, ən
populyar sahə sayıldığı həmin
illərdə sovet Azərbaycanının belə
bir tədbirə evsahibliyi, dünyanın ən məşhur simalarının Bakıda
toplaşması, o dövrdə
ölkəmizə rəhbərlik
edən Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyinin,
müdrikliyinin təzahürü
idi.
50 ildən sonra
paytaxtımızda yenidən
təşkil olunan Beynəlxalq Astronavtika Konqresinə 100-dən artıq
ölkəni təmsil
edən 5000-dən çox
iştirakçı qatılmışdı.
Bu konqresin əsas məqsədlərindən
biri də aparılan faydalı müzakirələrdən başqa,
qonaqlara Azərbaycanı,
xalqımızı, tariximizi,
mədəniyyətimizi daha
yaxından tanımaq imkanı da qazandırdı.
Beynəlxalq konqresin
açılış mərasimində
son illərdə gücləndirilən əməkdaşlıq
əlaqələrindən, milli-mədəni irsimizdən,
qazanılan uğurlardan
geniş danışıldı.
Qeyd olundu ki, ölkəmizin qitələrarası körpü
olması cəmiyyətimizin
inkişafında mühüm
rol oynamışdır.
Azərbaycan əsrlər
boyu çoxmədəniyyətli
və çoxkonfessiyalı
cəmiyyətə malik
olmuşdur. Otuz ildən artıq müstəqillik dövründə
biz həyat tərzimizin bu faktorunu gücləndirmişik.
Bu, sabitliyin, proqnozlaşdırmanın və
Azərbaycanda yaşayan
bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı
üçün əhəmiyyətli
faktordur. "BMT Azərbaycanın
multikulturalizmin təşviqi
sahəsindəki səylərini
tam dəstəkləyir.
...Ölkəmizin təşəbbüsü
ilə mütəmadi
olaraq keçirilən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu müxtəlif sivilizasiyaların
nümayəndələri arasında
təmasların daha nəticəyönümlü olması
üçün unikal
platformadır. Azərbaycan
on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır". Mərasimdə o da qeyd olundu ki,
müstəqilliyimizin əvvəlində
üzləşdiyimiz böyük
çağırışlardan biri yoxsulluq idi. 20 il əvvəl
yoxsulluq şəraitində
yaşayan insanların
sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və bu, o deməkdir
ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər
lazımi qaydada idarə olunur. Ölkə dayanıqlı
vəziyyətdədir. Siyasi,
iqtisadi və sosial sabitlik inkişafımızın mühüm
meyarıdır.
Çıxışlarda üç il əvvəl təxminən
30 il ərzində pozulmuş ərazi bütövlüyümüzün bərpasına da geniş yer verildi. Xüsusi vurğulandı ki,
1990-cı illərin əvvəlində
torpaqlarımız işğal
olunanda bir milyondan çox azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə
düşdü və
o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm
hər hansı ölkə ilə müqayisədə, bəlkə
də adambaşına
olan ən yüksək qaçqın
sayı idi. Həmin vaxt, respublika yoxsulluq şəraitində idi. Təbii sərvətlərimizin
istismarına hələ
başlanmamışdı.
Lakin xalqımız
güclü siyasi iradəsini nümayiş etdirdi. Bu, konqresdə
də səsləndi:
"Biz uzun illər münaqişənin
sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa
çalışdıq. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək
mümkünsüzdür. Biz
özünümüdafiə hüququmuzdan istifadə etdik. BMT nizamnaməsinin hər bir ölkəyə
verdiyi hüquqdan, özünümüdafiə hüququndan
istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. ...Ölkəmizin suverenliyini tam bərpa etdik". Zorakılıqla üzləşdiyimiz
münaqişəyə son
qoyduq. Bugünkü gündəliyimiz Qafqazda sülhün, əməkdaşlığın
qurulmasıdır.
Kosmik ailənin
üzvü
Azərbaycan artıq
beynəlxalq kosmik ailənin üzvüdür.
Ölkəmizin kosmosda
öz peykinə sahib olması ilə bu statusu
qazanmasından 10 ildən
də çox vaxt keçir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer
səthinin müşahidəsi
peykinə malik dövlət kimi Azərbaycan kosmik sənayenin inkişafını
davam etdirir. Bu üç peykin məhz azərbaycanlı mütəxəssislər
tərəfindən idarə
olunması, onların
təkcə Azərbaycana
deyil, 45-dən artıq
ölkəyə xidmət
göstərməsi böyük
uğurumuzdur. Belə
bir nailiyyət ölkəmizin bu sahədə lazımi kadr potensialına malik olduğunu, istedadları yetişdirərək
inkişaf etdirmək əzmini göstərir. İntellektual potensial əhəmiyyətinə və
gətirdiyi dividendlərə
görə hətta zəngin təbii sərvətləri belə
üstələyir. Müasir
dünyada rəqabətə
tab gətirmək üçün ilk növbədə geniş
biliklərə, bacarıqlara,
səriştə və
vərdişlərə, informasiya
texnologiyalarına, innovasiya
iqtisadiyyatına arxalanmaq
lazımdır. Dövlətlərin
liderləri məhz bu reallıqdan çıxış edir və böyük yüksəlişin təmin
olunmasına çalışırlar.
Beynəlxalq Astronavtika
Konqresinin Bakıda keçirilməsi Azərbaycan
dövlətinin kosmik
sənayenin inkişafı
istiqamətində qarşıya
qoyduğu hədəflərə
sadiqliyindən, qlobal səviyyədə bu prosesə töhfələrindən
xəbər verirdi. Bakıda keçirilən
konqres bu istiqamətdə yeni üfüqlər açdı.
Ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının
inkişafı, müasirləşdirilməsi
üçün yeni imkanlar yaratdı.
Coğrafiya fürsətdir
"Hesab edirəm
ki, dünyanın hər bir ölkəsi
üçün coğrafi
yerləşmə böyük
əhəmiyyət kəsb
edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə
malik qonşularımız
ilə yaxşı münasibətlər sayəsində
biz coğrafi yerləşməmizi müsbət
ssenariyə çevirə
bilmişik. Bu gün biz üfüqlərimizi
genişləndiririk. Bu
mühüm beynəlxalq
tədbirin keçirilməsinin
bizə həvalə olunmasını ölkəmizə
olan etimadın və fəaliyyətimizə
dəstəyin göstəricisi
hesab edirik" - konqresin açılış
mərasimində belə
bir fikrin səslənməsi Azərbaycanın
geostrateji mövqeyinin,
qitələrarası körpü
rolunu oynamasının
cəmiyyətimizin inkişafında
nə qədər mühüm əhəmiyyət
kəsb etdiyini bir daha göstərdi.
Beynəlxalq tədbirdə
Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətlərə
xüsusi diqqət yetirildi. Bildirildi ki son 20 il
ərzində, ümumi
daxili məhsul dörd dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən,
xarici ticarət dövriyyəsi isə on dəfədən çox artıb. Xarici borcumuzun həcmi azalmış və hazırda o, ümumi daxili məhsulun təxminən
10 faizini təşkil
edir. Ölkəmiz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər
sektorlarda yaratmışdır.
Beləliklə, son 20
il ərzindəki sərmayələrin ümumi
həcmi 300 milyard
ABŞ dollarından çoxdur
və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.
Bütün bu
proseslərlə, tədbirlərlə
Azərbaycan qlobal əhəmiyyətini daha da gücləndirir. Dünyada baş verənlərə müsbət
təsir imkanlarını
genişləndirir. Tarix
boyu qazanılmış
nailiyyətləri qorumaqla
onların formalaşdırdığı
möhkəm təməllər
üzərində yeni
uğurlarını yaradır.
Beynəlxalq Astronavtika
Konqresi də bu baxımdan səciyyəvi idi. Bir tərəfdən ölkəmiz 50 ildən sonra növbəti dəfə belə bir mühüm tədbirə evsahibliyi edir, bunun tarixi
hekayəsi böyük
sevgi və rəğbət hissi ilə xüsusi vurğulanırdı. Eyni
zamanda bütün dünya onu da görürdü ki, bu Azərbaycan
50 il əvvəlki Azərbaycan, bu Bakı 50 il əvvəlki Bakı deyil. Müstəqillik neməti 30 ildən də çox müddət ərzində
bu ölkənin həyatında misilsiz inkişaf dəyişiklikləri
yaradıb.
Azərbaycana daxil
olan inkişaf axını
Bu gün rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı prioriteti ilə bağlı inkişaf axınlarının
mühüm bir qisminin Azərbaycana Türkiyə vasitəsilə
bu qardaş ölkədən daxil olması da çox önəmlidir. Məlum olduğu kimi, Türkiyə müasir dünyamızda Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzi sayılır. Böyük
bir coğrafiyada bu ölkənin önəmi, rolu gündən-günə artır.
Türkiyənin güclü
sənayesi onun özü ilə yanaşı, bu ölkənin müttəfiqlərini,
o cümlədən strateji
müttəfiqi olan Azərbaycanı da gücləndirir. Türk Ordusu bu gün
dünyada ən irəlidə gedən ordulardandır. Ölkənin
müdafiə sənayesi
bütün dünyada
qəbul olunur. Onun texnologiyalar sahəsində əldə
etdiyi nailiyyətlər,
yaratdığı güclü
təsirlər Azərbaycanda
da innovativ cəmiyyətin inkişafına,
ekosistemin qurulmasına
böyük təkan verir.
Bu baxımdan Aviasiya, Kosmik və Texnologiya Festivalının - "TEKNOFEST"in
rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan
son onillərdə bu festivala fəal
şəkildə dəstək
verir. Məlum olduğu kimi, 2022-ci ildə "TEKNOFEST" Azərbaycanda
keçirildi və ölkəmizin evsahibliyi etdiyi tarixi tədbirlərdən
biri kimi yadda qaldı. Ötən ilin aprelində Türkiyədə
keçirilən "TEKNOFEST" festivalında da Azərbaycan ən yüksək səviyyədə
təmsil olundu.
Bütün bunlar
Azərbaycan və Türkiyə münasibətlərini
daha da yaxınlaşdırır,
ölkəmizdə texnologiyalar
ekosisteminin inkişafına
böyük təkan verir, elmi tədqiqatlara
maraq yaradır, startaplara meydan verir, xüsusilə gənc istedadları motivasiya edir, cəmiyyətimizdə texnoloji
təcrübələr formalaşdırır
və bütün cəhətləri ilə
bizi milli hədəflərimizə yaxınlaşdırır.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.9.