Ölkəmizin dünyada 200 ticarət tərəfdaşı var[П1] 

 

 

Son illərin statistik rəqəmləri göstərir ki, ölkəmizin xarici ticarətdə reytinqi yüksəkdir. Belə ki, bu sahədə saldo ölkəmizin xeyrinədir, yəni ixrac etdiyimiz məhsulların dəyəri idxal mallarının dəyərindən çoxdur.

Sirr deyil ki, həyata keçirilən iqtisadi islahatlar sayəsində xüsusən qeyri-neft sektorunun inkişafında sanballı nəticələr əldə olunmuşdur. Faktlara müraciət edək: 2003-cü ildə ölkə üzrə qeyri-neft-qaz sahəsində istehsalın dəyəri 2 milyard manat olduğu halda, 2022-ci ildə 17,7 milyard manata çatmışdır ki, bu da 4,1 dəfə artım deməkdir. Həmin dövrdə xarici ticarət dövriyyəsinin dəyəri isə 5,2 milyard dollardan 51,2 milyard dollara yüksəlmiş, o cümlədən ixracın dəyəri 2,6 milyard dollardan 38,6 milyard dollara qədər artmışdır.

Qeyri-neft sektorunun inkişafı yola saldığımız ildə davam edib. İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin açıqladığı məlumata görə, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə 2023-cü il ərzində hüquqi fiziki şəxslər tərəfindən 1564 müraciət daxil olub, 3607 sertifikat (2038 fitosanitar sertifikatı, 1373 mənşə sertifikatı, 144 CİTES sertifikatı, 52 baytarlıq sertifikatı) verilib. İl ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 242,9 milyon dollar dəyərində ixrac həyata keçirilib. Mərkəz üzərindən qeyri-neft məhsullarının aylıq ixracında ən yüksək göstərici (42 milyon dollar) noyabr ayında qeydə alınıb. Üstəlik, "Azexport"un xətti ilə 46 adda məhsula birillik "Sərbəst satış" sertifikatı verilib.

Ümumilikdə ölkənin xarici ticarət sahəsi üzrə açıqlanan son rəqəmlərə gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan dünyanın 200 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir, 120 ölkəyə mal ixrac, 190 ölkədən idxal olunmuşdur.

Həmin dövrdə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi başa çatdırılmamış ixrac olunan xam neft təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla xarici ticarət dövriyyəsinin dəyəri 41 milyard 187 milyon, o cümlədən ixracın dəyəri 25 milyard 374,3 milyon, idxalın dəyəri 15 milyard 812,7 milyon dollar olmuşdur. Nəticədə 9 milyard 561,6 milyon dollarlıq müsbət saldo yaranmışdır. 2022-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19,7, real ifadədə 4,8 faiz azalmış, o cümlədən idxal real ifadədə 5,1 faiz artmış, ixrac isə 8,2 faiz azalmışdır. Sözügedən dövr xarici ticarət dövriyyəsində 90,8 paya malik olan əsas tərəfdaşlarımız İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsrail, Yunanıstan, Hindistan, ABŞ, Gürcüstan, İspaniya, Çexiya, Birləşmiş Krallıq, Türkmənistan, Rumıniya, Xorvatiya, Fransa, Vyetnam, Bolqarıstan, İran, Yaponiya, İrlandiya Koreya olmuşdur.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq aparatların, nəqliyyat vasitələrinin, mineral məhsullarının, kimya sənayesi məhsullarının, azqiymətli metallar onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları məmulatlarının, plastik kütlə ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil etmişdir.

İxracın strukturunda isə xam neft, təbii qaz neft-qaz məhsullarının, meyvə-tərəvəzlərin, plastik kütlə ondan hazırlanan məmulatların, pambıq lifi ipliyinin, qara metallar onlardan hazırlanan məmulatların, alkoqollu alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının dəyəri daha çox olmuşdur.

Bir məsələni qeyd edək ki, həmin dövr bir çox mühüm ərzaq məhsullarının idxalı xeyli azalmışdır. Səbəb isə təbii ki, daxildə həmin məhsulların istehsalının artmasıdır. Məsələn, ötən ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı ərzaq məhsullarının ixracı - meyvənin 22, meyvə tərəvəz şirələrinin 38,7, meyvə tərəvəz konservlərinin 23, təbii üzüm şərabları üzüm suslosunun 13,7, marqarin, qida üçün yararlı digər qarışıqların 40,3 faiz, artmışdır. 

Ümumilikdə ötən ilin 11 ayında qeyri-neft-qaz məhsulları ixracının dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,5, real ifadədə 5,2 faiz artaraq 3 milyard 33,7 milyon dollara çatmışdır.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 27 yanvar, № 17.- S.9.


 [П1]