Özbək
xalqı Azərbaycanın
ərazi bütövlüyünü
tam təmin etməsini və qazandığı uğurları
qürur hissi ilə izləyir
Ölkəmizdə səfərdə
olan Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq
etdiyi nümayəndə
heyəti ilə Qafqaz Müsəlmanları
İdarəsində (QMİ) görüş keçirilib.
QMİ-nin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
şeyxülislam Allahşükür
Paşazadə nümayəndə
heyətinin belə geniş və nüfuzlu tərkibdə ölkəmizə səfərini
iki dost və qardaş ölkə arasında əlaqələrin yüksək
səviyyədə olmasının
daha bir göstəricisi kimi dəyərləndirib. “Tarixi
köklər, ortaq dini-mədəni dəyərlər
üzərində formalaşan
bu münasibətlərin
davamlı inkişafı
və xalqlarımızın
rifahı üçün
Allah-Taalaya dualar edirəm. Qonaqların mühüm hadisə - seçkilər ərəfəsində
təşrif buyurmaları
xüsusilə əlamətdardır”,
- deyə Allahşükür
Paşazadə qeyd edib.
Şeyxülislam Azərbaycan
Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında səmimi dostluğa və qarşılıqlı etimada
söykənən münasibətlərin
dövlətlərimizin tərəqqisinə
vəsilə olacağına
inandığını bildirib.
Azərbaycanın haqlı
mövqeyini beynəlxalq
müstəvidə daim
dəstəklədiyinə görə Özbəkistan
dövlətinə minnətdarlığını
bildirən QMİ sədri
Qarabağ Zəfərindən
sonra erməni işğalından azad edilən Füzuli şəhərində Mirzə
Uluqbəy adına 1 saylı tam orta məktəbinin inşasını və açılış mərasimində
Özbəkistan dövlət
başçısının şəxsən iştirakını
qardaş özbək
xalqının mənəvi
dəstəyi kimi dəyərləndirib. Qeyd
edib ki, Azərbaycan xalqı üçün dostların
mənəvi dəstəyi
hər zaman qiymətlidir.
Ölkəmizdə əsası
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan
din-dövlət münasibətlərinin
yüksək səviyyədə
olduğunu diqqətə
çatdıran şeyxülislam
Allahşükür Paşazadə
bu sahədə atılan addımlardan, həyata keçirilən
işlərdən danışıb,
Azərbaycanın dünyada
dinlər, məzhəblər
və mədəniyyətlərarası
dialoqa çox mühüm töhfələr
verdiyini qeyd edib. O, QMİ ilə Özbəkistan Müsəlmanları
İdarəsi arasında
əlaqələrin səviyyəsindən
razılığını bildirib, son illər
bu münasibətlərin
daha bir ciddi platformada - Türk Dövlətləri
Təşkilatının Müsəlman
Dini İdarə Rəhbərləri Şurasında
davam etdiyini vurğulayıb, bu qurumun xətti ilə mühüm addımların atıldığını
deyib.
Özbəkistan Ali
Məclisinin Qanunvericilik
Palatası sədrinin
birinci müavini Akmal Saidov səfər
çərçivəsində keçirdiyi görüşlər
barədə məlumat
verib. Qonaq vurğulayıb ki, özbək xalqı Azərbaycanın ərazi
bütövlüyünü tam təmin etməsini, siyasi, iqtisadi, o cümlədən
dini dözümlülük
və multikulturalizm sahəsində qazandığı
uğurları sevinc və qürur hissi ilə izləyir.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Özbəkistanla parlamentlərarası
dostluq qrupunun üzvləri, Özbəkistanın
Azərbaycandakı səfiri
Bahrom Aşrafxanov da iştirak ediblər.
Azərbaycan.-
2024.- 27 yanvar, № 17.- S.10.