Məkkə
I Halal Forumunda Azərbaycan məhsulları
tanıdıldı
Bu il yanvarın 23-25-dək Səudiyyə
Ərəbistanının müqəddəs
Məkkə şəhərində
keçirilmiş "Məkkə
Halal Forumu" Azərbaycanın investisiya
imkanları, milli brendlərimizin təqdimatı
baxımından uğurlu
və yaddaqalan keçib.
Məkkə Halal
forumu bu gün "Halal sənayesində innovasiya"
şüarı altında
Səudiyyə Ərəbistanı
Krallığının ticarət
naziri zati-aliləri
Dr. Məcid bin Abdullah Əl Qəsabinin himayəsi altında beşillik müavinət müqaviləsi
tərəfdaşlarının (Məkkə Palatası, Mədinə palatası, İslam Ticarət və İnkişaf Palatası, Ciddə Palatası, Taif Palatası) təşkilatçılığı,
İslam Palatası Halal Xidmətləri
(ICHS), Səudiyyə Standartları,
Metrologiya və Keyfiyyət təşkilatı
və Səudiyyə Qida və Dərman
İdarəsi ilə strateji tərəfdaşlıq
əsasında işə
başlayıb.
Yüksək səviyyədə
təşkil olunan forum-sərgidə 57 üzvü
olan İslam Ticarət və İnkişaf Palatasına
üzv ölkələrin
nümayəndə heyətləri
daha fəal iştirak edirdi. Məkkə şəhərinin
mərkəzində qurulan
sərgiyə ümumilikdə
100-dən artıq ölkədən 3 min ziyarətçi qatılmışdı.
Ölkəmizi bu
sərgidə Azərbaycan
Sahibkarlar Konfederasiyası
təmsil edib. Konfederasiyanın prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti
forum və sərgidə fəal iştirakı ilə fərqlənib.
Səfər çərçivəsində
Müqəddəs Məkkə
Əl-Mükərrəmə bölgəsinin əmir müavini, şahzadə Səud bin Mişal
bin Əbdüləziz
nümayəndə heyətlərinin
rəhbərlərini qəbul
edib. Konfederasiyanın
prezidenti ölkəmizdəki
investisiya imkanları,
İslam ölkələri
ilə qarşılıqlı
ticarət əlaqələrinin
perspektivləri ilə
bağlı məlumat
verib.
Ümumilikdə 10-dan çox panel, 250 ikitərəfli və çoxtərəfli iclasın
keçirildiyi forumda halal sertifikatlaşdırmanın
əhəmiyyəti, ən
son standartlar, halal məhsul və xidmətlərin, eləcə də halal qidaların təhlükəsizliyini və
orijinallığını təmin etmək üçün normativ bazalar haqqında müzakirələr aparılıb.
Sessiyalarda halal turizmə müsəlman səyahətçiləri cəlb
etmək imkanları, onların mədəni və dini ehtiyaclarına
cavab verən istiqamətlərin təşviqi
ilə yanaşı, İslam bankçılığı
və halal investisiya alətləri ətrafında geniş diskussiyalar qurulub.
Həmçinin halal
kosmetika və fərdi qulluq məhsullarına tələbat
vurğulanmaqla, halal kosmetika və fərdi qulluq mövzuları, inqrediyentlər,
istehsal prosesləri və marketinq strategiyalarına dair təqdimatlar keçirilib.
Forumun qonaqları
müxtəlif sessiyalar
vasitəsilə tədarük
zənciri boyunca bütövlüyü qoruyaraq
halal dərmanlar və səhiyyə, səhiyyə xidmətləri
və tibbi etika problemi halal səhiyyə həlləri, halal logistika və tədarük zəncirinin
əlavə edilməsi,
o cümlədən halal
logistika, nəqliyyat, saxlama və paylama sahəsində mövzulara toxunublar.
Halal rəqəmsal
iqtisadiyyat sahəsində
forumun qonaqları elektron ticarət platformaları, rəqəmsal
marketinq strategiyaları,
blokçeyn tətbiqləri,
halal sənayesində
innovativ rəqəmsal
həllər də daxil olmaqla halal
və texnologiyanın
kəsişməsinin miqyasını,
eləcə də bacarıqlı işçi
qüvvəsini inkişaf
etdirmək, innovasiyaları
təşviq etmək
və halal sahəsində bilikləri
artırmaq üçün
halal təhsil, tədqiqat və təlim proqramlarının
əhəmiyyətini vurğulayıblar.
İslam Ticarət
və İnkişaf Palatasının baş katibi Yusif Xələvi,
Məkkədən başlayan
forumun müxtəlif halal sənayesi istehsalçılarını bir
araya gətirən böyük qlobal tədbirin keçirilməsi
zərurətindən irəli
gəldiyini bildirib və qeyd edib
ki, bu il
"Halal sənayedə
kreativlik və innovasiya" şüarı
altında keçirilən
bu tədbir dünyanın müxtəlif
ölkələrinin dövlət
və özəl sektorlarını bir araya toplayıb.
Forumun ilk panelində Azərbaycan Sahibkarlar Konfederasiyasının
Baş katibi Natəvan Məmmədova çıxış edib.
O, Azərbaycanda halal standartların tətbiqi perspektivləri, bu sahədə görülən
işlər, xüsusən
də İslam Əməkdaşlıq Təşkilatı
ilə qurulan əlaqələrdən danışıb,
ölkəmizin yerləşdiyi
əlverişli coğrafi
mövqeyə toxunaraq,
böyük müsəlman
dövlətləri ilə
həmsərhəd olduğunu
vurğulayıb. Xüsusən
də Orta Asiyada yaşayan 70 milyon müsəlmanla eyni kökə malik olduğunu, həmçinin Rusiya ərazisində yaşayan
30 milyona yaxın müsəlman xalqların
daha çox cəmləşdiyi Cənubi
Qafqazda yerləşdiyini
nəzərə alsaq,
Azərbaycana bu coğrafiyada "Halal təyinat nöqtəsi"
kimi baxmağı təklif edib.
Məkkə Halal
Sərgisindəki Azərbaycan
stendi öz rəngarəngliyi və təqdimat forması ilə böyük maraq doğurub. Azərbaycan bayrağı
altında fəaliyyət
göstərən Azərbaycan
Sahibkarlar Konfederasiyasının
və Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin
stendləri sərgi iştirakçıları tərəfindən
ən çox ziyarət edilən stendlər olub. Stendlərdə qida və qeyri-qida məhsulları sərgilənib.
Azərbaycan iqtisadiyyatı,
ölkəmizin füsunkar
təbiətini əks
etdirən video-çarxlar
böyük diqqət
çəkib.
Qlobal İslam iqtisadiyyatının reallığına
dair hesabata görə, 2024-cü ildə
halal məhsullara dünya üzrə istehlak xərclərinin
2,4 trilyon dollara çatacağı gözlənilir.
İslam maliyyə
sektoru siyahıya liderlik edir, ondan sonra sıralamaya
görə qida və içki sektoru, əczaçılıq
və tibb, sağlamlıq və kosmetika preparatları, həmçinin səyahət
və turizm və digər halal sənaye məhsulları və xidmətləri gəlir. Digər sektorlara təhsil və səhiyyə daxildir.
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.12.