Mir Cəlal
Paşayevin ömür yolundan bəhs edən videoçarx
nümayiş olunub
Bakı
Dövlət Universitetində (BDU) görkəmli alim və
pedaqoq, yazıçı, ictimai xadim Mir Cəlal Paşayevin
Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca
Academica” – şərqşünaslıq sahəsində
seçilmiş nəşrlər seriyasında çap edilən
“Füzuli sənətkarlığı” kitabının təqdimat
mərasimi olub.
Kitab şərqşünas-alim
Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.
Əvvəlcə Mir
Cəlal Paşayevin ömür yolundan bəhs edən videoçarx nümayiş
olunub.
ADA Universitetinin rektoru
Hafiz Paşayevin, tanınmış alim və mütəxəssislərin
iştirak etdikləri
tədbirdə çıxış
edən BDU-nun sosial məsələlər,
tələbələrlə iş və ictimaiyyətlə əlaqələr
üzrə prorektoru Əliş Ağamirzəyev
Mir Cəlalın elmi araşdırmalarından,
zəngin yaradıcılığından,
ədəbiyyatımıza verdiyi əvəzsiz töhfələrdən danışıb.
Bildirilib ki, Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının
inkişafında Mir Cəlalın müstəsna
xidmətləri olub.
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev görkəmli ədib Mir Cəlalın
"Füzuli sənətkarlığı"
monoqrafiyasının alman
dilinə tərcümə
olunmasının önəmini
vurğulayıb. Qeyd edilib ki, şərqşünas-alim
Mixael Raynhard Hess kitaba yazdığı
“Giriş sözü”ndə
həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi
və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. O, sovet rejimi tərəfindən
ədəbiyyata tətbiq
olunan qadağalara və edilən müdaxilələrə dair
Qərb oxucusu üçün izahlar verərək yazır ki, dövrün ideoloji məhdudiyyətlərinə
baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail olub.
Tədbirdə Mixael
Raynhard Hess görkəmli alim və yazıçı Mir Cəlalın ədəbi irsindən bəhs edib.
BDU-nun Azərbaycan
ədəbiyyatı tarixi
kafedrasının professoru
Təhsin Mütəllimov,
Milli Məclisin deputatı, Şərqşünaslıq
fakültəsinin Türk
filologiyası kafedrasının
professoru Jalə Əliyeva, Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının
baş müəllimi
Mətanət Əliyeva,
Azərbaycan ədəbiyyatı
kafedrasının dosenti
Məti Osmanoğlu çıxış edərək
görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji
fəaliyyətindən, ədəbi
yaradıcılığından danışıb, təqdim
olunan kitabın tariximiz, ədəbiyyatımız
üçün dəyərli
mənbə olduğunu
bildiriblər.
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.12.