"Zəfər
xəbərini eşidəndə
sevincdən gözlərim
yaşardı"
Getdikcə iqtisadi
və siyasi gücünü artıran
Azərbaycan dövlətinin
qayğısı sayəsində
cəmiyyətimizdə bilikli,
bacarıqlı, vətənpərvər
müasir gənc nəsil yetişməkdədir.
Bu gənclər dövlətimizin, xalqımızın
mənəvi sərvətidir.
Belə bacarıqlı
gənclərdən biri
də Tağızadə
Solmaz Ruhin qızıdır. O, 13 oktyabr
2000-ci ildə Bakı
şəhərində anadan
olub. S.Məmmədov adına 301 saylı məktəbdə oxuyub.
2017-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin
Regionşünaslıq (İran üzrə) ixtisasına qəbul olub. 2021-ci ildə Bakı Dövlət Universitetini yüksək nəticə
ilə (bakalavr) başa vurub. Elə həmin il universitetin Beynəlxalq münasibətlər
və iqtisadiyyat fakültəsinin "Beynəlxalq
münasibətlər və
diplomatiya" ixtisaslaşması
üzrə magistratura
pilləsinə qəbul
olmağın sevincini
yaşayıb. 2023-cü ildə
təhsilini fərqlənmə
diplomu ilə başa vurub. Hazırda müstəqil şəkildə fars dilinin tədrisi ilə məşğuldur.
Solmaz Tağızadə
bacarığı və
biliyi sayəsində başqa sahələrdə
də uğurlar qazanıb. 2017-ci ildə Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin keçirdiyi
"Sabahın əsgəri"
yazı müsabiqəsinin
diplomuna layiq görülüb. 2020-ci ildə
isə S.Tağızadə
İslam Əməkdaşlıq
Təşkilatının Avrasiya
Regional Mərkəzi ilə
Azərbaycan İdman və Gənclər Nazirliyi tərəfindən
birgə təşkil
olunan "Beynəlxalq
Münasibətlər Akademiyası"
onlayn proqramında göstərdiyi bacarığa
görə sertifikatla
mükafatlandırılıb. 2020-ci ildə Dövlət İdarəçilik Akademiyası
tərəfindən təşkil
olunan "Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ"
münaqişəsi adlı
simulyasiya oyununda "Ən yaxşı deleqat" nominasiyasına
layiq görülüb
və diplomla təltif olunub. Bakalavr illərində Tələbə Gənclər
Təşkilatının Şərqşünaslıq
fakültəsi üzrə
sədr müavini, həmçinin "Tələbə problemləri
ilə iş" departamentinin sədri vəzifələrində çalışıb.
Söhbət zamanı
daha çox dövlətin gənclərə
qayğısından, təhsildən,
vətəndaşlıq borcundan,
vətənpərvərlik hissindən danışan Solmaz Tağızadə dedi ki, ölkəmizin
yürütdüyü uğurlu
gənclər siyasəti
qarşımızda geniş
imkanlar açır:
"Biz də bu imkanlardan bacarıqla istifadə edərək ölkəmizin
layiqli vətəndaşı
olmağa çalışırıq.
Arzu və istəklərimizə təhsil
almaqla çatırıq.
Çətin olsa da, sonunda bizi
uğurlar gözlədiyini
yaxşı bilirik. Təhsil gənclərdə
vətəndaşlıq hissinin
formalaşmasında da
mühüm rol oynayır. Vətəndaşlıq
hissi sözlə çətin ifadə olunan qürurlu bir hissdir. Bu,
doğma yurdu, torpağı sevmək, onun uğrunda canından keçmək,
yorulmadan çalışmaq
deməkdir. Azərbaycan
vətəndaşı olmağımla
fəxr edirəm".
Gənc mütəxəssis
hərbçi ailəsində
dünyaya göz açıb. Atası Ruhin Tağıyev, anası Günay Tağıyeva hazırda zabit kimi ordumuzun
sıralarında xidmət
edirlər. Solmaz xanım hərbçi ailəsində
böyüdüyündən qürur duyduğunu dedi. Bildirdi ki, hərbçi ailəsində hər şeydən əvvəl ciddi nizam-intizam hökm sürür. Bu nizam-intizam övladın məsuliyyət
hissini artırır:
"Vətən müharibəsi
başlayanda orduya getməyə can atırdım. Ön sıralarda vuruşmasam da, arxa cəbhədəki
işlərə kömək
etmək istəyirdim.
Bunun üçün
hətta Ali Baş Komandanın elektron poçtuna məktub yazmışdım.
Şükürlər ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində
erməni qəsbkarlarına
qalib gəldi, 30 ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycanın vətənpərvər bir
gənci kimi ordumuzun düşmən üzərində Zəfər
çaldığını eşidəndə sevincdən
gözlərim yaşardı.
Artıq Qarabağımız
azaddır".
Solmaz
xanım fars və ingilis dillərində də yazıb-oxumağı, eləcə
də səlis danışmağı bacarır.
Azərbaycanın böyük
şairi Nizami Gəncəvinin əsərlərini
fars dilində, Şekspirin əsərlərini
isə ingilis dilində oxuyur.
Solmaz Tağızadə
hələ gəncdir,
inanırıq ki, onun uğurları davamlı olacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.15.