"Məqsəd gələcək üçün layiqli nəsil yetişdirməkdir"

 

 

Ölkəmizin gəncləri çalışdıqları bütün sahələrdə üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir, işlərinə böyük məsuliyyət həvəslə yanaşırlar. Buna görə zaman keçdikcə böyük nüfuz rəğbət qazanır, getdikcə cəmiyyətdə aparıcı qüvvəyə çevrilirlər.

Gənclərin çalışdıqları ünvanlardan biri "DOST" mərkəzləridir. Bu gün ölkə əhalisi bu xidmət sahəsinə daha çox müraciət edir buradakı işlərin yüksək səviyyədə təşkilindən razılıqla danışırlar. "DOST" mərkəzlərində çalışan gənclər onlara müraciət edənlərə yüksək diqqət qayğı ilə yanaşır, xoş münasibət göstərirlər.

DOST Agentliyində çalışan gənclərdən biri Solmaz Həsənovadır. O, 2019-cu ildən bu qurumda işləyir. Solmaz Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər UNEC insan resurslarının idarə edilməsi ixtisaslarını fərqlənmə diplomları ilə bitirib. Hazırda DOST Agentliyində Könüllülərlə şöbəsinin müdiridir. Əhaliyə göstərilən qayğı diqqətdən söz açan Solmaz Həsənova dedi ki, "DOST" mərkəzlərindəki işimizin əsas məqsədi xidmətlərin daha çevik operativ aparılmasına könüllülərin qüvvəsindən istifadə etməklə dəstək verməkdir. Gənclərlə müxtəlif proqramlar üzrə işləyirik. Hazırda "Könüllü DOST" proqramının tələblərinə uyğun olaraq "DOST" mərkəzlərində vətəndaşlara xidmət həyata keçirilir. "Könüllü DOST" poqramının əsas mahiyyəti "DOST" mərkəzlərinə müraciət edənlərə operativ xidmət göstərilməsindən zəruri məlumatların verilməsindən ibarətdir. "Könüllü DOST" proqramı özündə bir neçə altproqramı da əhatə edir. Bu proqramlardan ilki "Gənc DOST" altproqramıdır. Proqramda əsasən 16-29 yaşı olan gənclər iştirak edirlər. "DOST" mərkəzlərinə müraciət edən gənclər müsabiqədən keçirlər. Müsabiqədən uğurla keçən gənclər könüllülük fəaliyyətinə başlayırlar. Könüllülük fəaliyyəti həftənin beş günü olmaqla, üç saat aparılır. İşlər üçnövbəlidir.

"Könüllü DOST" proqramına cəlb olunan gənclər əsasən vətəndaşların qarşılanmasına, xidmət pəncərələrinə yönləndirilməsinə, onlara düzgün məlumat verilməsinə, ərizələrin yazılmasına, növbələrin idarə olunmasına, vətəndaşlardan rəy sorğularının alınmasına cəlb olunurlar. Bəzən yaşlı adamlar xidmət mərkəzlərində quraşdırılmış bir çox funksiyanı yerinə yetirən müvafiq aparatları işlətməkdə çətinlik çəkirlər. Mərkəzdə çalışan könüllü gənclər belə işlərdə həmin vətəndaşlara yaxından kömək göstərir, onların qayğılarına qalırlar.

Müsbət nəticə verən altproqramlardan biri "Gümüşü DOST" altproqramıdır. Onu da deyim ki, bu altproqram ilk dəfə bizim mərkəzlərdə həyata keçirilmişdir. Adından da göründüyü kimi, altproqram yaşlı insanları, təqaüdçüləri könüllülüyə cəlb edir. Altproqrama uyğun olaraq bu gün "DOST" mərkəzlərində gənclərlə bərabər təqaüdçü könüllülər fəaliyyət göstərir. Bu altproqramın əsas məqsədi yaşlı insanların yenidən cəmiyyətə reinteqrasiyasını təmin etmək, təcrübə mübadiləsi aparmaq onların biliklərindən faydalanmaqdır. Obrazlı desək, bu altproqram gənclərlə yaşlı nəsil arasında körpü rolunu oynayır.

"Distant DOST" altproqramı da çox maraqlıdır. Bu altproqrama əsasən, yaşından asılı olmayaraq hər kəs mərkəzlərə gəlmədən də fəaliyyət göstərə bilər. Könüllü olmaq istəyənlər mikrolayihələrə qoşulur və seçildikləri təqdirdə birbaşa evlərindəki kompüterlərindən, telefonlarından istifadə etməklə müxtəlif istiqamətlərdə fəaliyyət həyata keçirirlər. Onlar daha çox forumların idarə olunmasında, onlayn təlimlərdə, dizayn xidmətlərinin və sair tədbirlərin təşkilində fəallıq göstərirlər.

Gənclərin böyük həvəslə qoşulduqları digər bir proqram isə "İnklüziv DOST" altproqramıdır. Məlumat üçün bildirək ki, bizim DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə altproqramın tələblərindən irəli gələn vəzifələr uğurla həyata keçirilir. Bütün bunlar gənclərin böyük marağına səbəb olur.

"Korporativ DOST" altproqramı isə korporativ sosial məsuliyyət istiqamətində  dövlət və özəl qurumlarla əməkdaşlığın yaradılmasını hədəfləyir. Bu istiqamətdə könüllü gənclərin iştirakı ilə müxtəlif həssas sosial qrupların cəmiyyətə inteqrasiyasına dair müvafiq layihələr və tədbirlər həyata keçirilir.

"Gənc DOST" altproqramı ətrafında 4 minə yaxın gənci birləşdirir. Müraciət edənlərin sayı artıq yüz mini keçib. Könüllü gənclər mütəmadi olaraq müsabiqələrə cəlb edilirlər.

Uğurla həyata keçirilən bütün proqramların əsas məqsədi gənclərin fərdi inkişafına dəstək göstərmək, onların asudə vaxtlarının səmərəli və düzgün təşkilini təmin etmək, həmçinin cəmiyyət üçün faydalı vətəndaşlar hazırlamaqdır.

 

V.MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 27 yanvar, № 17.- S.15.