Paşinyan-kilsə
qarşıdurması böyüyür
Hayastanda katolikos II Qareginə qarşı yeni hərəkat yaradılıb
Ermənistanda ictimai-siyasi
vəziyyətin daha böyük sürətlə
gərginləşməsi müşahidə
olunur. Belə ki, son günlərdə
Azərbaycanla sülh
müqaviləsinin imzalanması
ilə bağlı gedən müzakirələr
fonunda sosial narazılıqlardan istifadə
edən keçmiş
hərbi xuntanın yenidən revanş istəyi vəziyyətin daha da qarışacağını
göstərir. Sarkisyan-Koçaryan
tandemi kilsəni
də siyasi proseslərə cəlb edərək ölkədəki
xaosu daha da dərinləşdirməyə
cəhd göstərir.
Yəni görünən
odur ki, Hayastanda kilsə və hakimiyyətin qarşıdurması açıq
müstəviyə keçir.
Artıq ölkədə
yeni etiraz aksiyasının keçirilməsi
planlaşdırılır. Bu dəfə hədəfdə ümumerməni
katolikosu II Qaregindir.
"4rd.am" nəşrinin yazdığına görə,
Nikol Paşinyanın tərəfdarları fevralın
24-də katolikos II Qareginin
istefası tələbi
ilə mitinq keçirməyi planlaşdırırlar.
Bildirilib ki, aksiya bu yaxınlarda
Hayastana köçmüş
ABŞ vətəndaşı Andranik Dovlatyanın təşəbbüsü ilə
keçiriləcək. Bu
məqsədlə "Vardanank"
("Şükranlıq") adlı yeni hərəkat yaradılıb.
O, Hayastan hökumətinin
fəal tərəfdarından
sayılır. Mətbuatda
baş nazir Nikol Paşinyan və hakim "Mülki müqavilə"
partiyasının müdafiəsi
ilə bağlı yazılar dərc edir. Andranik Dovlatyan Hayastan vətəndaşlarını II Qareginə qarşı aksiyaya qoşulmağa çağırıb.
Bildirilib ki, baş nazir Nikol Paşinyan Hayastanda iki istiqamətdə islahatlar planlaşdırır. Bunlar
yeni konstitusiyanın hazırlanması, Eçmiadzin
kilsəsində kadr dəyişikliyi, yaxud II Qareginin istefasına nail olmaqdan ibarətdir.
Qeyd edək ki, 6 il öncə
hakimiyyətə gələn
Paşinyan II Qareginə
qarşı çıxmışdı. Lakin sonradan o, münasibətləri
yaxşılaşdırmağa məcbur olub. Çünki başqa çıxış yolu yox idi. Paşinyan
II Qaregin və onun rəhbərlik etdiyi Eçmiədzin kilsəsi ətrafında yaranan problemli vəziyyəti həll etmək üçün Kilikiya böyük kilsəsinin katolikosu I Arama bütün ermənilərin katolikosu olmağı təklif etmişdi. Lakin I Aram bu təklifdən
imtina edərək Paşinyana bildirmişdir ki, kilsə ilə münasibətlər
bu üsulla tənzimlənmir. I Aram təklifi qəti rədd etdikdən sonra Paşinyan II Qareginlə münasibətlərini
yaxşılaşdırmağa məcbur olmuşdur.
Hayastanda din amili böyük əhəmiyyət kəsb
etdiyindən hakimiyyətə
gələnlər mütləq
kilsənin də dəstəyinə nail olmağa çalışırlar.
Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adamı olan II Qaregini vəzifədən uzaqlaşdırmağa
çox cəhd etsə də, səriştəsizliyi üzündən
bütün səyləri
nəticəsiz qalıb.
Paşinyan hökuməti
kilsə başçısına
qarşı mübarizəsini
Qareginin mühafizəçilərinin
dövlətdən maliyyələşdirilməsini
dayandırmaqla başlayıb.
Bundan sonra proses kilsənin fırıldaqla məşğul
olması, dələduzluğu,
12 milyon dollar məbləğində ianənin
mənimsənilməsi, Qareginin
hökumətə qarşı
çıxışları ilə davam edib.
Hayastanda kilsə
ilə hökumət münasibətləri 44 günlük
müharibədən sonra
daha da kəskinləşib.
Onda Qaregin Nikol Paşinyanın istefasını tələb
etmişdi. O, kilsə
ilə hökumət arasında əməkdaşlığın
yetərli olmadığını
da vurğulamışdı.
Bir neçə
il bundan öncə Eçmiədzin
rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum etmişdi. "Yeni Ermənistan, yeni patriarx" devizi ilə başlayan aksiyanın iştirakçıları
II Qareginin kilsəyə
layiq olmadığını
demişdilər. Aksiya
iştirakçılarının iddialarına görə,
o, agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür.
Ali patriarx "məxməri" inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunmuşdu.
Hər halda proseslərin gedişi Hayastanı qarşıdakı
dövrdə daha çətin günlərin
və qarşıdurmaların
gözlədiyini göstərir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
27 yanvar, № 17.- S.16.