Əl
əməyindən innovativ
iqtisadiyyata qədər
yol gələn Azərbaycan sənayesi
İndi bu sənaye özünün dördüncü
inqilabı ərəfəsindədir
Son 300 ildə əl əməyindən dəzgaha, manufakturadan fabrikə qədər uzun bir inkişaf
yolu keçmiş sənayeni iqtisadi inkişafın mühərriki
də adlandırırlar.
Sənayeləşmə təkcə
maşın və avadanlıqların iqtisadiyyata
tətbiqi ilə istehsalın sürətli
artımına yox, insanların rifahının
yüksəlməsinə də
səbəb olur.
Dünyanın əksər
ölkələrində olduğu
kimi, Azərbaycanda da sənayeləşmə
iqtisadi siyasətin prioritetlərindəndir və
bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir.
Hələ 1848-ci ildə
dünyada ilk dəfə Bakıda sənaye üsulu ilə neft çıxarılıb.
Bu, həm də Azərbaycanda sənayeləşmənin başlanğıcı
hesab olunur. Dünyada ilk neftayırma zavodu və neft tankeri
də Azərbaycanda istifadəyə verilib.
1900-cü ildə Azərbaycan
neft hasilatına görə dünyada birinci olub və
Bakı neft mərkəzi kimi tarixə düşüb.
İkinci Dünya
müharibəsində Azərbaycan
SSRİ-nin neft və neft emalı
məhsullarının 70 faizdən
çoxunu təmin edirdi. Bu, o demək
idi ki, Azərbaycan
sənayesi sürətli
addımlarla irəliləyir.
Belə irəliləyişə
təkan verən addımlardan biri də rayonlarda sənaye obyektlərinin tikilib istifadəyə verilməsi
idi. Müharibədən
sonra respublikamızda sənaye şəhərləri
olan Mingəçevir
və Sumqayıtın
əsası qoyuldu. Həmin dövrdə Daşkəsəndə
filizsaflaşdırma, Gəncə
və Sumqayıtda alüminium istehsalı, Qaradağda sement istehsalı müəssisələri fəaliyyətə
başladı. Bakıda
istehsal olunan sənaye məhsullarının
siyahısı üçünsə
bir qəzet sayı da az
olardı.
Müstəqillikdən sonra müharibə şəraitinin mövcudluğuna
baxmayaraq, ölkənin
hər yerində yeni istehsal sahələri
yaradılır,
sənaye potensialını
gücləndirmək üçün ardıcıl tədbirlər həyata keçirilirdi. Eləcə
də sahibkarlığa
dövlət dəstəyinin
gücləndirilməsi hesabına
ölkədə qeyri-neft
sektorunun inkişafı
sürətlənirdi. Çox keçmədi ki, sənayenin modernləşdirilməsi,
onun innovasiyalar əsasında inkişafı
və qeyri-neft sənayesinin şaxələndirilməsi
əsas istiqamətlər
kimi qəbul olundu və 2014-cü il "Sənaye ili" elan edildi. Qeyd
edək ki, bu münasibət və diqqət iqtisadiyyatın aparıcı
sahələrindən olan
sənayenin inkişafına
xüsusi impuls verdi. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə
əsaslanan müəssisələrin
yaradılması
nəticəsində istehsal
məhsullarının çeşidi
sürətlə artdı.
İndi müəssisələrimizdə
ərzaq məhsulları,
müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş
batareyaları, elektrik
avadanlıqları, mebel
və s. istehsal olunur. Bir çox
sənaye məhsulları
üzrə Azərbaycan həm özünü təmin edir, həm də onları xarici bazara çıxarır.
Rəqabətədavamlı məhsul istehsalı, beynəlxalq standartlara cavab verən markalanma və qablaşdırma ixracın
genişlənməsi üçün yeni imkanlar yaradır.
Son illərin nümunəsi olan sənaye parkları Azərbaycan iqtisadiyyatının,
xüsusilə qeyri-neft
sektorunun inkişafını
sürətləndirmişdir. Bu zonalarda yerli
və xarici investorlar üçün
əlverişli şərait
yaradılmışdır. Hazırda ölkə ərazisində 7 sənaye
parkı (Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ,
Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası") və Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərurda 5 sənaye məhəlləsi
fəaliyyət göstərir.
Adıçəkilən sənaye
zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox
ölkəsinə, o cümlədən
Kanada, ABŞ, BƏƏ, Çin,
Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə,
Brazilyaya ixrac edilir. Son məlumata
görə, sənaye
zonalarında indiyədək
ümumilikdə 11,1 milyard
manatlıq məhsul istehsal edilib və onun 3,6 milyard manatlığı xarici bazarlarda satılıb.
Məlumdur ki, böyük zəfərdən
sonra işğaldan azad edilmiş ərazilərdə
altı əsas - aqrar biznes, ərzaq
sənayesi, dağ-mədən
sənayesi, "yaşıl
enerji", nəqliyyat-logistika
və turizm istiqamətlərində işə
başlanılıb. Hazırda
Qarabağın və
Şərqi Zəngəzurun
bərpası, dirçəldilməsi
və sənaye potensialının inkişaf
etdirilməsi məqsədilə
190 hektar ərazidə
Ağdam Sənaye Parkı, 200 hektar ərazidə isə Araz Vadisi İqtisadi
Zonası Sənaye Parkı yaradılır. Ağdam Sənaye Parkının əsas istiqamətləri kimi tikinti materiallarının
istehsalı, kənd təsərrüfatı məhsullarının
qablaşdırılması, meyvə-tərəvəz konservləri,
ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
Cəbrayıl rayonu ərazisində yaradılan
Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri,
TIR parkı, gömrük,
yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması
planlaşdırılıb.
Hər iki sənaye parkında işləmək istəyən
şirkətlərin sayı
kifayət qədərdir.
Artıq onlardan rezident kimi qeydiyyata
alınanlar da var. Elə hökumət
də həmin parklarda infrastruktur sarıdan öhdəsinə
düşən işləri
sürətlə görür.
Bir sözlə, çox çəkməyəcək
bu sənaye zonaları istehsal etdikləri məhsullarla, göstərdikləri xidmətlərlə
ölkə iqtisadiyyatına
əlavə güc qatacaq.
Qeyri-neft sektorundakı
mütərəqqi modellərdən
biri də aqroparklardır. Aqropark kənd təsərrüfatı
məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətlərini
əhatə edən zənciri özündə
ehtiva edən bir təsərrüfat sistemidir. Ölkə ərazisində 2014-cü ildən
yaradılmağa başlayan
aqroparkların sayının
tezliklə 51-ə çatacağı
gözlənilir. Onlardan
46-sı artlq fəaliyyətə
başlayıb, digərlərində
isə layihələndirmə
və tkinti işlərti aparılır.
Həmin aqroparkların
yaradılmasına indiyədək
sahibkarlar tərəfindən
1,5 milyard manatdan çox investisiya qoyulub. İnnovativ texnologiyaların tətbiqi
nəticəsində aqroparklarda
hər hektara düşən orta məhsuldarlıq
ölkə üzrə
orta göstəricini təqribən 2 dəfə
üstələyir. Aqroparklar
həm məhsuldarlığın
artırılmasını və
saxlama şəraitinə
görə itkilərin
azaldılmasını, həm də "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxışı
təmin edirlər. Ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından da böyük əhəmiyyətə
malik olan belə parkların yaradılması həmçinin
yeni iş yerlərinin açılması
baxımından səmərəlidir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
30 yanvar, ¹ 19.- S.8.