Azərbaycanın Avropa Şurasına ehtiyacı yoxdur

 

 

Fransa Almaniyanın əlində alətə çevrilən bu təşkilat yalnız onların sifarişlərini yerinə yetirir

 

 

 

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ölkəmizə qarşı növbəti qərəzli yanaşmanın nəticəsi idi. Bəzi Avropa dövlətləri son dövrlər Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etməsi, suverenliyinin, konstitusiya quruluşunun bütün ölkə üzrə bərqərar olması bəzi Qərb ölkələrini təşkilatlarını ciddi narahat edir. Bu da sözsüz ki, həmin ölkələrin qurumların erməni lobbisinin asılılığında olduğunu göstərən faktdır".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O bildirib ki, indiki halda Fransa Almaniyanın Ermənistan üçün bu qədər canfəşanlıq etməsi heç təsadüfi deyil. Erməni lobbisinin, diasporunun maliyyə dəstəyi ilə hakimiyyətə gələn Fransa Almaniya siyasətçiləri fundamental dəyərləri belə ayaqlar altına atırlar. Almaniyalı deputat Frank Şvabenin AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiqlənməməsi ilə bağlı təklifinin "dəstəklənməsi" məhz bu acı reallığın təzahürü hesab edilir. AŞPA-da sərgilənən bu mövqe Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmağa hesablanıb. Bəzi Qərb dövlətləri siyasətçiləri ermənidən daha çox erməni olmağa çalışır. Fransa prezidenti Emmanuel Makron kimi bəzi Qərb siyasətçiləri anti-Azərbaycan, islamofob, anti-Türkiyə mövqeyindən əl çəkmirlər. Azərbaycanın 30 il pozulmuş hüquqları, ərazi bütövlüyü suverenliyi ilə bağlı susmuş Qərb dövlətləri bu gün Ermənistan ermənilər üçün dəridən-qabıqdan çıxırlar. Qarabağdan ermənilərin könüllü şəkildə çıxıb getmələrini belə Azərbaycana "etnik təmizləmə" ittihamı kimi sırımağa çalışırlar. Xocalı soyqırımına, azərbaycanlıların "etnik təmizləmə" zorla deportasiyasına susan, biganə qalan, bunu görməzdən gələn, Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına reaksiya verməyən Qərb onun ikiüzlü təşkilatlarının indiki mövqeyi sadəcə olaraq riyakarlıqdır.

S.Hüseynova qeyd edib ki, Azərbaycanın 2001-ci ildə AŞPA-ya üzvlüyündən sonra ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan ölkəmizə qarşı vasitə kimi istifadə ediblər: "AŞPA uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar qərarlar verməklə kifayətlənib. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Bununla kifayətlənməyən AŞPA 23 oktyabr 2023-cü il tarixində "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat Azərbaycanı açıq-aşkar təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatlıq ifadə edib".

Deputat vurğulayıb ki, AŞPA-nın əsassız olaraq "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması məruzəçilərinin Laçın yoluna buraxılmaması"nı Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirməsi riyakarlığın təzahürüdür. Bu mənada Avropa İnsan Hüquqları Məhkəməsi Qərbin "5-ci kolon"unu müdafiə edir sifarişli qərarlar çıxarır. Sözsüz ki, Avropanı narahat edən Azərbaycanın əldə etdiyi tarixi qələbədir.

AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi olmadığını qeyd edən deputat deyib ki, qəbul olunmuş qərar öz suverenliyini ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu, artıq bu problem həll edilib hazırda nəinki dünya səviyyəsində, Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər.

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 30 yanvar, № 19.- S.5.