AŞPA aldığı sifarişləri icra edir

 

 

Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə dünyanın bəzi anti-Azərbaycan antitürk güclərinin hazırladıqları həyata keçirdikləri böyük lahiyəni tarixin dərin qatlarına atdı. Həm bunu kiminsə vasitəçiliyi, danışıqlar yolu ilə etmədi. Hərbçilərimiz döyüşərək, qanını tökərək, canını verərək etdilər...

Ölkəmizin hərbi qələbəsi Ermənistanı   Qarabağ problemini yaradan dövlətləri şoka saldı. İnanmadıqları təsəvvür etmədikləri hərbi güc, vətən sevgisi düşmənləri  sarsıtsa da, antiazərbaycançı qüvvələr bədnam niyyətlərindən əl çəkmədilər. Problemi yaradan ondan strateji maraqları üçün indiyə kimi istifadə edən dövlətlər bilirlər ki,  Qarabağ probleminin olmaması qlobal dünya siyasətində ciddi dəyişiklik deməkdir. Bu  çirkin planlarını Qarabağ problemi üzərindən quran dövlətlərin Cənubi Qafqaz siyasətində iflası, qlobal dünya siyasətində zəifləməsi, gücdən düşməsi deməkdir.

Birmənalı olaraq bu, uzun illər regionda bütün çirkin niyyətlərini Qarabağ münaqişəsi üzərindən həyata keçirən Fransanın Cənubi Qafqazdan əlini üzməsidir.

Münaqişə dövründə Fransanın Ermənistanı silahlandırmasının, bu ölkəyə vəkillik etməsinin əsas səbəbi ermənilərə sevgisindən yox, öz çirkin məqsədləri üçün istifadə etmək niyyətindəndir. İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq təşkilatlar vasitəsilə  Azərbaycana qarşı hər cür planlar quran rəsmi Paris diplomatik masalarda  məğlubiyyətin acısını daddıqdan sonra  Ermənistanı yenidən silahlandırıb, revanşa hazırlamağa çalışdı. İllərlə Fransanın digər dövlətlərin fitnəkar planlarının qurbanı olub, əziyyət çəkən Qarabağın erməni əhalisi isə mənasız müharibələrdən, didişmələrdən yorularaq Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı Qarabağda yaradılan qondarma separatçı rejimin rəhbərlərinin təzyiqi ilə Qarabağı tərk etdilər.

Ermənistan təslim olsa da, dünyada bu problemdən öz məqsədləri üçün istifadə edən qüvvələrin sakit durmayacağı məlum idi. Hələ 1915-ci il hadisələrində "genosid" kimi istifadə edib Türkiyəyə təzyiq etməyə çalışan antimüsəlman birliklərinin hücuma keçəcəkləri gözlənilən idi.

Artıq plan işə düşüb. Vətən müharibəsinə kimi Qarabağda separatçıları silahlandırıb iki xalq arasında düşmənçilik toxumu səpən qüvvələr Ermənistanın hərbi məğlubiyyətindən sonra separatçıları yenidən hərbi demarşa hazırlamağa çalışdılar. Bu  cəhdləri nəticəsiz olduğu üçün Fransa digər fitnəkar dövlətlər ermənilərin könüllü olaraq yaşayış yerlərini tərk etmələrindən  ölkəmizə qarşı  siyasi məqsədləri üçün istifadə etmək istəyirlər. Artıq Fransa "B" planını işə salıb. Parisdən siyasi, Almaniyadan maliyyə asılılığı olan, erməni lobbisinin rüşvətlə ələ aldığı AŞPA Aİ, bu təşkilatlarda olan muzdlu, rüşvətxor deputatlara digər antiazərbaycançı qüvvələrə "hücum" əmri verilib. AŞPA-da ölkəmiz əleyhinə qəbul edilən qətnamə birləşmiş antiazərbaycançı qüvvələrin satın aldıqları muzdluları vasitəsilə reallaşdırdıqları məlumdur. 

Erməni   mətbuatı  Avropa Şurasının ölkəmiz haqqında qərəzli  qərarını Azərbaycanın fəlakəti kimi xalqa sırımağa çalışır. Erməni lobbisinin maliyyələşdirdiyi müxtəlif mətbuat vasitələrində ölkəmizin əleyhinə muzdla nökərlik edənlərin yazdıqları cızma-qaraları həvəslə tirajlayırlar.

AŞPA-nın deputatlarının satqın, "qarınqulu" olduqları, rüşvət alaraq tapşırıqları icra etmələri heç təzə mövzu deyil. Bu təşkilata üzv olduğumuz  23 illik bir zamanda bir dəfə olsun Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini, günahsız dinc əhaliyə divan tutularaq zorla yaşayış yerlərini tərk etməyə məcbur edilmələri, əsir girov götürdükləri azərbaycanlılara insanlığa sığmayan üsullarla amansız divan tutmaları haqqında müzakirə apardığının, qınayıcı qətnamə qəbul etdiyinin şahidi olmamışıq. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının intensivləşdiyi, sülh müqaviləsinin imzalanması üçün danışıqların getdiyi bir zamanda AŞPA-nın  avantürist hərəkətini bu təşkilatdan öz məqsədi üçün istfadə edən, Cənubi Qafqaz regionunda qlobal marağı olan Fransanın iki ölkə arasında sülh prosesini pozmaq üçün etdiyi fitnəkarlıq adlandırmaq olar.

 Beynəlxalq aləmdə daha çox "xristian klubu" kimi tanınan AŞPA-da müzakirələr zamanı bir daha xristian həmrəyliyinin şahidi olduq. Təəssüf ki, özümüzə hər zaman dost bildiyimiz, Azərbaycanın iqtisadi imkanlarından yetərincə faydalanan qonşu Gürcüstandan, Ukraynadan Moldovadan olan deputatlar da illərdir ölkələrimiz xalqlarımız arasında formalaşmış dostluq münasibətlərini heçə sayaraq din qardaşlarının yanında durmağa üstünlük verdilər.

Azərbaycan 30 illik işğaldan sonra öz torpaqlarını təkbaşına azad edən bir ölkədir. Azərbaycan Fransanın 30 il vasitəçilik adı ilə qurduğu siyasi oyunlardan qalib çıxan ölkədir. Azərbaycan "Qarabağ Ermənistandır" deyən Ermənistan baş nazirinə dəfələrlə Qarabağın Azərbaycan olduğunu təkrarladan bir ölkədir. İndiyə kimi qarşıya çıxan bütün maneələri uğurla dəf edən Azərbaycan ermənilərə vəkillik edənlərin hücumlarının da qarşısını alacaq. Təəssüf doğuran odur ki, dost bildiyimiz Gürcüstan, Ukrayna Moldova kimi ölkələrin nümayəndələri ölkəmizə zərbə vurmaq istəyənlərin yanındadırlar.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 30 yanvar, ¹ 19.- S.5.