Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına  gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Şirinov Natiq Telman oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Əliyev Vüqar İsmayıl oğlu - Naxçıvan Baş Gömrük İdarəsinin rəisi

Cahangirov  Anar Niyaz oğlu - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Aşurlu Kənan Məhərrəm oğlu - "Azərterminalkompleks" Birliyinin direktoru.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2024-cü il

Azərbaycan.-2024.- 30 yanvar, № 19.- S.2.