Azərbaycan
ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq
yüksələn xətlə
inkişafdadır
Azərbaycanın
müdafiə naziri general-polkovnik Zakir Həsənov
yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin
deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri,
Türkiyə Respublikasının sabiq milli müdafiə
naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, general-polkovnik Z.Həsənov sabiq həmkarını
yenidən ölkəmizdə görməkdən məmnunluğunu
bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin
dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz
arasında bütün sahələrdə olduğu kimi hərbi
sahədə də əməkdaşlığın yüksələn
xətlə inkişafında mühüm rol
oynadığını xüsusi vurğulayıb.
H.Akar isə
öz növbəsində hər zaman olduğu kimi Azərbaycana
bugünkü səfərindən də məmnunluq ifadə
edib və göstərilən qonaqpərvərliyə görə
minnətdarlığını bildirib. Ölkələrimiz
arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə
çatmasının xüsusi əhəmiyyətə malik
olduğunu bildirən deputat belə səfərlərin əhəmiyyətini
diqqətə çatdırıb.
Görüşdə
regional təhlükəsizlik, həmçinin
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
müzakirə edilib.
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.3.