Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Hulusi Akarla görüşüb
Yanvarın 29-da Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük
Millət Məclisinin
Milli müdafiə komissiyasının sədri
Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
görüş zamanı
Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi,
habelə parlamentlərarası
və təhlükəsizlik
sahələrində əməkdaşlıq
məsələləri geniş
müzakirə olunub.
Nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında
strateji müttəfiqlik
münasibətlərinin intensiv
inkişafını məmnunluqla
vurğulayıb və
qarşılıqlı səfərlərin
bu əlaqələrin
inkişafı üçün
vacibliyini qeyd edib.
Nazir, həmçinin
Azərbaycanın və
Türkiyənin dövlət
qurumları arasında
intensiv işçi təmasların ikitərəfli
münasibətlərə böyük
töhfə verdiyini diqqətə çatdırıb.
Tərəflər Şuşa
Bəyannaməsi çərçivəsində
bütün sahələr,
xüsusilə də təhlükəsizlik və
ordu quruculuğu üzrə iki ölkə arasında sıx əməkdaşlıq
əlaqələrini, bu
münasibətlərin geniş
inkişaf potensialının
mövcudluğunu vurğulayıblar.
Hulusi Akar ölkələrimizin bütün
platformalarda bir-birinə
göstərdiyi qarşılıqlı
dəstəyin səviyyəsindən,
habelə parlamentlərarası
münasibətlərin perspektivlərindən
məmnunluğunu ifadə
edib. Komissiya sədri, həmçinin Azərbaycanın Türkiyənin
müdafiə sənayesinin
imkanlarından yararlanması
üçün geniş
perspektivlərin mövcud
olduğunu qeyd edib.
Görüş zamanı
qarşılıqlı maraq
doğuran digər ikitərəfli və regional məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.3.