Vaxt
gələcək ermənilər
Fransaya qarşı da iddia qaldıracaqlar
"Fransa ölkəmizə
qarşı qərəzli
münasibətini riyakar
şəkildə davam
etdirir. Azərbaycan Vətən müharibəsində
və antiterror tədbirlərində qazandığı
zəfərlər nəticəsində
öz suverenliyini və ərazi bütövlüyünü tam
bərpa etdikdən sonra Paris bizə davamlı böhtanlar yağdırır, barəmizdə
mənfi imic formalaşdırmağa çalışır.
Qarabağın Azərbaycan
torpağı olmasını
Ermənistan özü
də etiraf etdiyi halda, sanki
Fransa bununla barışa bilmir, ermənidən daha çox ermənilik edir. Görünür, bunun əsas səbəbi də elə Fransa senatında çoxluq təşkil edən ermənilər, ümumiyyətlə,
bu ölkəni öz çənginə alan erməni lobbisi və diasporudur".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat bildirib ki, vaxt gələcək
Fransada at oynadan ermənilər iddia qaldıracaqlar ki, Marsel birmənalı
olaraq onlarındır.
Fransızlar buna hazır olmalıdırlar.
"Təəssüflər olsun ki, Azərbaycanla
Ermənistan arasında
vəziyyətin normallaşması
üçün əlverişli
tarixi şəraitin yarandığı bir vaxtda Fransa riyakarlığından əl
çəkmir. Azərbaycan-Ermənistan
şərti sərhədində
bir neçə aydır ki, silah səsi eşidilməməsindən Paris narahatdır. Ermənilərə
yardım adı altında özünün
Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə
çalışan Fransa
Hayastanı gecə-gündüz
silahla təchiz edir. Bircə o qalıb ki, iddia etsin ki,
Ermənistanın Azərbaycanla
olan şərti sərhədini Fransa qorusun. Bu ölkə
Ermənistanın Azərbaycanla
sülh müqaviləsi
bağlamaq istəyinə
qarşı çıxaraq,
nəyin bahasına olursa-olsun, bu ərazidə sülhün
təminatını, sülh
müqaviləsinin imzalanmasını
əngəlləməyə çalışır", - deyə
deputat qeyd edib.
Anar İsgəndərov
bildirdi ki, Fransa AŞPA-da da əlindən gələni əsirgəmədi,
lakin etdikləri boşa çıxdı,
iflasa uğradı. Bunun əsas səbəbi odur ki, Azərbaycan öz haqq işindəki
mübarizəsində qalib
gəlib. Güclü
və yenilməz dövlətə, dayanıqlı
iqtisadiyyata sahib olan Azərbaycana qarşı ucuz manevrlər etmək nəticəsiz qalmağa məhkumdur. Deputatın sözlərinə
görə, bu gün erməni Azərbaycan torpaqlarında
yaşamaq istəməyib
çıxıb gedirsə,
bunun Fransaya nə dəxli var?! Sual yaranır
ki, erməniləri müdafiə etmək Fransaya nə qazandırır?! Əslində
Fransanın Azərbaycana
qarşı yürütdüyü
düşmənçilik siyasətidir.
Lakin bu siyasət Fransaya heç nə qazandırmayacaq.
Müsahibimiz onu
da bildirdi ki, Fransanın AŞPA-da çıxardığı
oyunlar hər kəsə bəllidir:
"Azərbaycanın səsinin
dondurulması təklifi
həm də Fransaya aiddir. Bu oyunda Almaniya
ilə əlbir hərəkət edən Fransa qalib gələcəyini
düşünsə də,
yenə məğlubiyyətə
düçar oldu. Azərbaycan nümayəndə
heyətinin təşkilatdakı
fəaliyyətinin qeyri-müəyyən
müddətə dayandırılması
ən doğru qərar idi. İndi Fransa nə qədər bağırırsa bağırsın,
nə qədər ədalətsiz və sərsəm qərarlar çıxarırsa çıxarsın,
bizi maraqlandırmır.
Belə əsassız
davranışlar Azərbaycanı
öz haqq yolundan döndərə bilməz".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.6.