"Dost"ların xəyanəti

 

Gürcüstan, Ukrayna, Moldova təəssüf ki, bu dəfə Azərbaycana qarşı səmimi ola bilmədilər

 

Bir neçə gün əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bu qurumla əməkdaşlığını burada iştirakını qeyri-müəyyən müddətə dayandırdı.

Bu addımı ilə dövlətimiz göstərdi ki, heç bir siyasi mərkəz onunla təhdid şantaj dili ilə danışa bilməz. Bu onu da nümayiş etdirdi ki, istənilən riyakarlığın qarşısında Azərbaycan layiqli adekvat cavab verməyi bacaran dövlətdir. 

 

 

Əsl dostluğun sınağı

 

 

Azərbaycanın AŞPA-da fəaliyyətini dayandırmasından sonra bu qurum nümayəndə heyətimizin iştirakı olmadan ölkəmizin nümayəndə heyətinin səsinin dondurulması barədə qərar qəbul edib. Azərbaycan öz yolu, müstəqil siyasəti olan dövlətdir bizim üçün nəinki belə bir qərarın qəbulu, heç AŞPA-nın özü belə əhəmiyyət kəsb etmir.

Bu baxımdan Azərbaycanı belə bir qərarın hazırlanması ya qəbulu qətiyyən narahat etmir. Onsuz da AŞPA Azərbaycana qarşı həmişə qərəzli münasibət göstərmiş, respublikamızın uğurlarına kölgə salmağı, ağa qara deməyi vərdişə çevirmişdi. Torpaqlarımızın azad edilməsindən Qarabağda erməni separatizminə son qoyulmasından sonra isə bu qurumun antiazərbaycançı dairələrin bir həlqəsi olacağı gözlənilən idi. Qəbul etdiyi son qərar da AŞPA-nın öz suverenliyini ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdi idi. 

Amma bir düşündürücü məqam da var. Söhbət Azərbaycana dost deyən bəzi dövlətlərin nümayəndələrinin AŞPA-da həmin bədnam qərarın qəbulu zamanı tutduqları mövqedir. Gürcüstan, Ukrayna Moldovanın həmin qərarın qəbulu zamanı nümayiş etdirdikləri qeyri-səmimi mövqe sadəcə təəssüf doğurur.

 

 

Gürcüstana ən çətin günlərində yalnız Azərbaycan dəstək olub

 

 

Azərbaycan Gürcüstana qarşı hər zaman əsl dost münasibəti göstərib. Gürcüstanın bütün çətin dönəmlərində Bakı Tbilisiyə kömək əlini uzadıb. Bu ölkənin ötən əsrin 90-cı illərindən sonra sosial-iqtisadi xilası inkişafı Azərbaycanın layihələri nəticəsində mümkün olub. Azərbaycanın sərmayələri ilə Gürcüstan dövləti ayaqda durub, gürcülərin sosial rifahı düzəlib. Azərbaycanın enerji layihələri Gürcüstana böyük xeyir verib bu gün verməkdədir. Azərbaycanın yardımı olmasaydı, Gürcüstan da Ermənistan kimi regionun dalanına çevriləcəkdi.

2008-ci ilin avqustunda Rusiya qoşunları az qala Tbilisiyə qədər gəlib çatmışdılar. Gürcüstan həmin çətin günlərində birinci növbədə Bakının köməyini gördü. Azərbaycan dost bildiyi dövləti darda qoymadı. Gürcüstanda enerji böhranı yarananda Azərbaycan dərhal kömək əlini uzatdı. Bunu zaman-zaman gürcü siyasilər etiraf ediblər.

Gürcüstandakı erməni icması separatizmə başlayanda Azərbaycan icması bütöv Gürcüstan amalına sadiq qalıb, Osetiya Abxaziya uğrunda savaşlarda iştirak edib. Osetiya Abxaziya problemləri ilə bağlı Azərbaycan dövləti daim prinsipial mövqe ortaya qoyub, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib.

Amma AŞPA-da Azərbaycana qarşı qərarın səsverməsi zamanı Gürcüstanın davranışı iki dövlət arasındakı strateji münasibətlərlə tamamilə ziddiyyət təşkil etdi. Gürcülər bu münasibətlərə sadiq qalıb sənədin qəbulunun əleyhinə səs verə bilmədilər bununla da münasibətlərə sadəcə xilaf çıxdılar.

 

 

Münasibətlərə xilaf çıxanlar Azərbaycanın dostu ola bilməzlər

 

Eyni sözü Ukrayna barədə demək olar. İki ilə yaxındır ki, Ukrayna Rusiya ilə savaşır. Azərbaycan Rusiya ilə strateji tərəfdaş olsa da, hələ bu savaş başlamazdan əvvəlki dönəmdə Ukraynaya dəstəyini ifadə etmişdi. Savaş başlamazdan əvvəl Azərbaycan vasitəçilik missiyasını yürütmüşdü.

Ötən 2 ilə yaxın dövrdə isə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Bu dövrdə Ukraynanın şəhərləri, iqtisadiyyatı dağıntılara məruz qalıb. Azərbaycan dostluq münasibətlərinə sadiq qalaraq mütəmadi olaraq Ukraynaya kömək göndərib.

O cümlədən Azərbaycan Moldovanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, bu ölkənin iqtisadi inkişafına töhfələr verib.

Adıçəkilən bu dövlətlərlə Azərbaycanı həm GUAM təşkilatı birləşdirir. Onlar Azərbaycanın tərəfdaşları sayılır. 

Lakin AŞPA-dakı səsvermə zamanı Gürcüstan, Ukrayna Moldova nümayəndə heyətlərinin nümayiş etdirdikləri mövqe Azərbaycana qarşı xəyanət idi. Onların mövqeyi Azərbaycana arxadan endirilən zərbə idi. Bu isə Azərbaycanı bir daha düşünməyə vadar edir. AŞPA-da səsvermə zamanı Fransadan Almaniyadan çəkinib gizlənənlər, qorxaqlıq nümayiş etdirənlər, münasibətlərə xilaf çıxanlar Azərbaycanın dostu ola bilməzlər.

Azərbaycan öz torpaqlarında işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Lakin gedişat göstərir ki, Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi bütövlüyü problemi tezliklə bitəcək. Bəlkə bitməyəcək. bundan sonra onların problemləri Azərbaycan üçün maraqlı deyil.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 30 yanvar, № 19.- S.6.