Fransanın bütün cəhdləri boşa çıxacaq

 

 

Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək

 

 

 

Fransanın İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı həyata keçirdiyi qərəzli ikiüzlü siyasətinə diqqətlə nəzər salanda Parisin məğlub olduğu açıq-aydın görünür. Fransanın son vaxtlardakı çığır-bağırları da məğlubiyyət acısından doğan səs-küydən başqa bir şey deyil. Özü təkcə Azərbaycana qarşı deyil, Fransanın, ümumiyyətlə, Cənubi Qafqaza yönəltdiyi siyasəti iflasa uğrayıb. Parisin ürəyini dağlayan bu iflasın səbəbkarı da məhz gündən-günə güclənən, dünyada söz sahibinə çevrilən Azərbaycandır.

Uzun müddət idi ki, Fransa artıq marionetinə çevirdiyi Ermənistan vasitəsilə Cənubi Qafqazda əlverişli mövqe tutub möhkəmlənərək, söz sahibi olmağa çalışırdı. Afrika qitəsində başqa ərazilərdə həyata keçirdiyi kolonist, müstəmləkəçilik siyasətini Cənubi Qafqaza da gətirmək arzusu ilə yaşayırdı. Amma Azərbaycanın həyata keçirdiyi qabaqlayıcı, hərtərəfli düşünülmüş tədbirlər nəticəsində Parisin arzusu elə arzu olaraq qaldı. Yəqin ki, Makron hakimiyyəti belə nəticəni gözləmirdi. Düşünürdü ki, tez bir zamanda Cənubi Qafqaz planlarını gerçəkləşdirəcək. Amma Bakı bir daha sübut etdi ki, heç bir dövlət, hansı mövqeyə, gücə sahib olmasından asılı olmayaraq, onunla təzyiq, təhdid dilində danışa bilməz. Deməli, Fransa Azərbaycanın daim artan gücünü, qüdrətini düzgün hesablamamışdı. Ona görə Bakının qarşısında gücsüz qalaraq məğlub oldu.

Makron Azərbaycana qarşı bu cür yarıtmaz qərəzli siyasəti ilə bir vaxtlar Avropanın aparıcı ölkəsi olaraq böyük nüfuza malik Fransanı tamam gözdən salıb. Bu gün Fransa dünyada beynəlxalq hüququ tapdalayan, dövlətlərin ərazi bütövlüyünə qarşı çıxan, separatizmi dəstəkləyən ölkə kimi ad çıxarıb. Əvvəllər Fransa ilə sıx əməkdaşlıq edən ölkələr indi ona arxa çevirir. Rəsmi Paris bu gedişlə tərəfdaşsız qalacaq daha da dərin uçuruma yuvarlanacaq.

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək beynəlxalq hüququn norma prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Paris təkcə Cənubi Qafqazda deyil, Avropa İttifaqında da separatçı siyasət yürüdür. Onun bu siyasəti təşkilat daxilində böyük narazılıqlara gətirib çıxarır artıq Şərqi Avropa dövlətləri haqlı olaraq bu siyasətə qarşı çıxırlar. Uzun illərdir ki, Fransa Şərqi Avropadakı çirkin əməllərini Azərbaycanda da həyata keçirməyə çalışır. Bu niyyətindən qətiyyən əl götürmək istəmir. Çirkin məqsəd məramına çatmaq üçün ölkəmiz əleyhinə dəfələrlə BMT Təhlükəsizlik Şurasında qətnamə qəbuluna cəhdlər göstərib. İkinci Qarabağ müharibəsi günlərində , ondan sonrakı vaxtlarda da dəfələrlə bu cəhdlərə şahidlik etmişik. Amma yaxşı ki, şərin yanında xeyir qüvvələr var. Təhlükəsizlik Şurasında təmsil olunan haqqın, ədalətin yanında olan dövlətlər Fransanı istəyinə çatmağa imkan vermədilər. Parisi "mat" vəziyyətinə saldılar.

2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrdən sonra rəsmi İrəvan Fransanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının iclasının gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edildi. Lakin Fransa ilə Ermənistan qədər cəhd göstərsələr , hansısa bir sənədin qəbuluna nail ola bilmədilər. Çünki haqsız idilər, ədalətsiz mövqe tuturdular. Fransa Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına çıxardıqları məsələnin müzakirəsi , 2023-cü il 19-20 sentyabr antiterror tədbirlərindən sonra Qarabağdakı vəziyyətlə bağlı müraciətləri nəticəsiz başa çatdı. Nəinki qətnamə, heç bəyanat da qəbul etdirə bilmədilər. Fransa məyusluq girdabına düşərək, bir daha beynəlxalq aləmdə biabır oldu.

Sonralar üstü açıldı ki, sən demə, Azərbaycana qarşı bütün ssenariləri, çirkin planları uğursuzluğa düçar olan Paris agentura şəbəkəsini işə salıbmış. Amma Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı, ayıq-sayıqlığı sayəsində bu şəbəkə ifşa olundu. Casus şəbəkəsinin Azərbaycanda ifşa edilməsi Fransanın tam fiaskosu oldu. Paris Bakıdan ağrısını heç vaxt unutmayacağı daha bir güclü zərbə aldı.

Zaman keçdikcə dünyada gözdən nüfuzdan düşən Fransanın bu gün Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasına mane olmaq cəhdləri, dayanmadan İrəvanı silahlandırması, revanşist əhvali-ruhiyyənin artmasına çalışması da heç bir nəticə verməyəcək. Ermənistanın baş naziri N.Paşinyan feysbuk səhifəsində bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu danışıqların nəticəsindən asılıdır. Ermənistan bunlara hazırdır biz bunu dəfələrlə bildirmişik.

Deyəsən yavaş-yavaş Ermənistan rəhbərliyi Fransanın əlində oyuncaq olduğunu anlayır. Ermənilərin bunu anlaması Fransanın Cənubi Qafqazdakı planlarının tamamilə pozulması deməkdir. İki ölkə arasında bağlanacaq sülh müqaviləsi Fransanın Cənubi Qafqaza gələn bütün yollarını birdəfəlik kəsəcək.

Günümüzün reallıqları da bunu diktə edir. Fransanın bundan sonra necə davranmasından, hansı yeni məkrli, ikiüzlü planlar qurmasından, qərəzli mövqe nümayiş etdirməsindən asılı olmayaraq, Azərbaycan öz qətiyyətli siyasətini ən düzgün bildiyi yolunu uğurla davam etdirəcək. Aydındır ki, Azərbaycanın haqlı mövqeyindən geri çəkilməməsi, qətiyyət iradə nümayiş etdirməsi gec-tez müsbət nəticələr verəcək Paris yanlış mövqedə olduğunu anlayacaq. Anlamasa, getdikcə dünyada bir az da nüfuzdan düşəcək təklənəcək.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 30 yanvar, № 19.- S.6.