Yeni islahatlar dövrünün başlanğıcı

Rəqabət Məcəlləsinin qəbulu əhalinin gəlirlilik səviyyəsini yüksəldəcək

 

Prezident İlham Əliyev yanvarın 23-də "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiq edib. Xatırladaq ki, Rəqabət Məcəlləsi ötən il dekabr ayının 8-də Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub 2024-cü ilin iyul ayının 1-dən qüvvəyə minəcək.

 

Yeni məcəllə sağlam rəqabətə xidmət edir

 

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc qəzetimizə Rəqabət Məcəlləsinin əhəmiyyəti, ütünlükləri və gətirəcəyi yeniliklər barədə danışıb. Bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətimiz tərəfindən həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən biridir özəl sektorun inkişafı aspektində çoxsaylı proqram sənədlər qəbul edilib. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda iqtisadi inkişafa dair mütərəqqi məqamlar yer alır. Yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərinin bərpa edilməsinin, hər bir Azərbaycan vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olunmasının, özəl təşəbbüslərə, keyfiyyətli sağlam insan kapitalına söykənilməsinin yer aldığı sənəddə inklüziv inkişafı təmin edən özəl təşəbbüslər rəqabətqabiliyyətli açıq iqtisadiyyat modelinin tətbiqinin müasirləşmə strategiyasının əsas qüvvəsi olması öz əksini tapıb. Daha bir məqam isə iqtisadi rəqabətliliyin yüksəldilməsi ilə bağlıdır. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatı keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoyur bu xüsusda Rəqabət Məcəlləsinin qəbul edilməsi labüd idi.

Vüqar Orucun sözlərinə görə, Rəqabət Məcəlləsi liberal bazar iqtisadiyyatı şəraitində sağlam rəqabətin formalaşması,  süni haqsız rəqabətin aradan qaldırılması istiqamətində hüquqi qaydaları müəyyən edir. Eyni zamanda statusundan asılı olmayaraq, biznes subyektlərinin inkişafını hədəfləyir. "Bu da öz növbəsində Azərbaycana investisiya artımını şərtləndirməklə yanaşı, daxili bazarda da canlanmaya səbəb olacaq. Nəticədə bəzi strateji məhsulların qiymətlərində azalmalar baş verəcək, məşğulluq imkanları artacaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında çoxalma baş verəcək. Yeni tənzimləmə mexanizmlərinin formalaşması, iqtisadiyyatın "ağarması" baş verəcək, hansı ki son illərdə bu istiqamətdə ciddi addımlar atılırdı. Bu da öz növbəsində bazarda yeni iştirakçılıq qaydalarını müəyyənləşdirəcək. Yerli istehsalın artırılması, ixracın "Made in Azerbaijan" brendinin təşviqi baxımından da Rəqabət Məcəlləsi geniş imkanlar yaradacaq", - deyə o bildirib.

 

Qanunvericilik bazası dövrün tələblərinə uyğunlaşdırılır

 

 

Rəqabət Məcəlləsinin bir neçə dəfə Milli Məclisin plenar iclaslarının gündəliyinə çıxarılmasından danışan Vüqar Oruc deyib ki, bununla bağlı ilkin müzakirələrin başlamasından 25 ildən artıq zaman keçir: "Hazırkı şəraitdə gələcəyə yönəlmək, bu mühüm qanunun gətirəcəyi pozitiv yeniliklərdən bəhs etmək, buna hazırlaşmaq daha məqsədəuyğundur. Mahiyyətində vətəndaşların rifah halının yüksəldilməsi, yeni nəsil idarəetmə sisteminə fəlsəfəsinə keçidin təmin edilməsi kimi mütərəqqi məqamlar dayanır. Dövlət tərəfindən  həyata keçirilən ardıcıl, çoxvektorlu institusional islahatların nəticəsində ölkəmiz yeni mərhələyə keçid edib. Bütün hakimiyyət qolları idarəetmə sistemi ilə yanaşı, idarəetmə fəlsəfəsi yenilənir. Qanunvericilik bazası da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Hesab edirəm ki, mövcud şəraitdə Rəqabət Məcəlləsinin qəbul edilməsi 44 günlük Vətən müharibəsi antiterror tədbirləri nəticəsində əldə edilən tarixi zəfərdən sonra Azərbaycanda həyata keçiriləcək növbəti islahatlar, eləcə iqtisadi islahatlar dövrünün başlanğıcıdır. 7 fevral seçkilərindən sonra yeni növbəti uğurlu başlanğıclar dönəminə qədəm qoyacağıq ki, bu da Azərbaycanımızın sabit dayanıqlı inkişafını təmin edəcək".

Müsahibimiz onu da qeyd edib ki, qanunvericilik bazasının təkmilləşdirilməsində, hüquqi mexanizmlərin formalaşmasında beynəlxalq təcrübəyə istinad olunması mütləqdir. Onun sözlərinə görə, Azərbaycan da dünyanın ayrılmaz tərkib hissəsi olduğuna görə qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni qanun layihələrinin qəbulu zamanı beynəlxalq protokollardan standartlardan istifadə labüddür: "Rəqabət Məcəlləsinin hazırlanması zamanı Avropa İttifaqı, Çexiya, qardaş Türkiyə  digər ölkələrin təcrübələrindən istifadə edilib. Təbii ki, yekunda yerli bazarın xüsusiyyətləri nəzərə alınaraq qəbul edilib çox mütərəqqi qanundur. Onu da qeyd edim ki, dünyanın inkişaf etmiş ölkələrində Rəqabət Məcəlləsi ən vacib qanunlardan biridir Azərbaycanda da bu, belə olacaq".

Vüqar Orucun dediyinə görə, məcəllənin qəbulu özəl sektor tərəfindən süni qiymət artımlarının qarşısını almaqla yanaşı, iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradacaq. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Burada məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi daha da gücləndirilməsidir. Buna görə Rəqabət Məcəlləsi iqtisadiyyatın sağlamlaşdırılması şəffaflaşdırılması baxımından önəmli qanunlardan biridir.

 

 

 

2024-cü il ölkəmizin iqtisadi həyatında əlamətdar il olacaq

 

 

 

Vüqar Oruc 2024-cü ilin ölkəmizin iqtisadi həyatında əlamətdar il olacağını vurğulayaraq söyləyib ki, bu il işğaldan azad edilən torpaqlarımızda bərpa işləri sürətlənəcək: "Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi genişlənəcək. İl ərzində Azərbaycanda inflyasiyanın səviyyəsinin azalacağı gözlənilir. Azərbaycan hökumətinin antiinflyasiya tədbirlərini gücləndirməsi nəticə etibarilə ölkəmizi birrəqəmli inflyasiya hədəfinə yaxınlaşdırır. Eyni zamanda beynəlxalq münasibələr sistemində baş verən hadisələr, qlobal faktorlar fonunda, regionda dünya bazarında inflyasiya səviyyəsinin azalması müşayiət olunmaqdadır ki, bu da Azərbaycanda idxal inflyasiyasını səngidir. Ölkəmizdə 10 faizlik inflyasiyanın təxminən 3 faizi yerli istehsaldan daxili tələbdən formalaşır. Bu isə o deməkdir ki, 10 ayda qeydə alınmış 11 faizə yaxın ərzaq inflyasiyasının tərkibində idxal inflyasiyasının payı 70-75 faiz təşkil edir. Bunun da əsas səbəbi ərzaq mallarının xaricdən idxalının çox olması ilə yanaşı, həm yerli qida istehsalında tələb olunan xammal komponentlərinin idxalının çox olması ilə bağlıdır".

Müsahibimiz bildirib ki, inflyasiya səviyyəsinin azalması Rəqabət Məcəlləsinin qəbulu əhalinin gəlirlilik səviyyəsini yüksəldəcək. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", Rəqabət Məcəlləsinin qəbulu qeyd etdiyim məqamlar 2024-cü ilin iqtisadi mənzərəsi ilə bağlı nikbin proqnozlar verməyə zəruri əsaslar yaradır.

Vüqar Oruc "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi barədə fikirlərini bildirib. Xatırladıb ki, ötən il "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında qəbul edildi. Bu qanun layihəsinin müzakirəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yaxından iştirak edirdi: "Qanun layihəsində bir çox mütərəqqi məqamlar yer alıb ki, onlardan da biri Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşması ilə bağlıdır. Palata qiymətləndiricilərin özünütənzmiləmə mexanizmlərinin formalaşmasını, qiymətləndirmə fəaliyyəti üçün lisenziyalaşmanı təşkil edəcək. AQC olaraq bu prosesdə yaxından iştirak etmək niyyətindəyik İqtisadiyyat Nazirliyi ilə intensiv müzakirələrimiz davam edir. Şübhəsiz ki, 2024-cü il ölkə qiymətləndiriciləri üçün əlamətdar il olacaq".

Vüqar Oruc yekunda deyib ki, AQC dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti insitutları, kütləvi informasiya vasitələri ilə sıx təmaslarını davam etdirir: "Yola saldığımız ildə bu qəbildən olan bir çox təşkilatlarla əməkdaşlıq müqavilələri imzalamışıq. Ötən ilin iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis olunan, 5 türk dövlətinin daimi, 2 türk dövlətinin isə assosiativ qaydada üzvü olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin may ayında Bakıda növbəti Zirvə görüşü keçiriləcək. İqtisadiyat Nazirliyi digər aidiyyəti qurumlarla birgə tədbirə yüksək səviyyədə hazırlaşırıq. Bu tədbirin daha bir özəlliyi isə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidentliyinin AQC sədri olaraq mənim şəxsimdə Qazaxıstandan Azərbaycana, vitse-prezidentliyinin isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin sədri Yaşar Bahçecinin timsalında Azərbaycandan Türkiyəyə keçməsidir. Zirvə görüşündə türk dövlətləri qiymətləndiriciləri arasında vahid məlumat bazasının yaradılması, birgə tədris sertifikasiya imtahanlarının təşkili digər istiqamətlərdə mühüm razılaşmaların əldə olunması gözlənilir".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 30 yanvar, № 19.- S.8.