Azərbaycan
qlobal ekoloji tədbiri əliboş qarşılamayacaq
"Yaşıl dünya naminə həmrəylik" ili ölkə ərazisində
5 milyon ağac əkiləcək
Söz yox ki, bu ilin
noyabrında Bakıda
keçiriləcək BMT-nin
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransı (COP29) dünyanın
ən mötəbər
beynəlxalq tədbirlərindən
olacaq. Dövlətlərin
təmçilçiliyi baxımından
BMT Baş Assambleyasından
heç də geri qalmayan bu
tədbirə evsahibliyi
etmək üçün
Azərbaycanın namizədliyinin
yekdilliklə dəstəklənməsi
isə növbəti dəfə ölkəmizə
göstərilən yüksək
etimad və hörmətdir.
Bu həm də xüsusilə Böyük Zəfərdən
sonra yaranmış reallığı həzm
etməyən bəzi
Qərb dövlətlərinin
Azərbaycanın əleyhinə
apardıqları hər
cür qaralama kampaniylarına qarşı
beynəlxalq müstəvidə
verilmiş tutarlı cavabdır. Əslində Azərbaycan hələ işğal illərində
də ən müxtəlif beynəlxalq
tədbirlərə evsahibliyi
etmişdir. Özü
də bu zaman təşkilat işləri cəhətdən
elə bir standartlar qoymuşdur ki, digər ölkələr onunla ayaqlaşmağa çətinlik
çəkdiklərini özləri
etiraf etmişlər.
Beynəlxalq iqlim
məsələlərinin, ekoloji problemlərin müzakirə olunacağı
COP29-un ünvanı olan
Azərbaycanda 2024-cü ilin
"Yaşıl dünya
naminə həmrəylik"
ili elan edilməsi ölkəmizin
qlobal tədbirlərə
necə ciddi yanaşdığının növbəti
sübutudur. Bu il çərçivəsində
Qarabağ və Şərqi Zəngəzurda
böyük layihələr
həyata keçiriləcəyini
deyən ekologiya və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov işçi qrupunun Zəngilanda keçirilən iclasında
fikirlərini belə səsləndirib: "Növbəti
əlamətdar hadisə
bu ilin ölkə
başçısının müvafiq sərəncamı
ilə "Yaşıl
dünya naminə həmrəylik ili" elan edilməsidir. Bu da bizim
üzərimizə böyük
məsuliyyət qoyur.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi bir çox aidiyyəti qurumlarla birgə bununla bağlı tədbirlər planı hazırlayıb. Həmin tədbirlər planında
ölkə miqyasında,
eləcə də Qarabağ və Şərqi Zəngəzurda
həyata keçiriləcək
böyük layihələr
yer alıb".
Vüqar Kərimov
onu da nəzərə
çatdırıb ki,
planda nəzərdə
tutulan layihələrdən
biri "Yaşıl dünya naminə həmrəylik" ilində
5 milyon ağacın əkilməsidir. Nazir müavini həmin ağacların 3 milyondan çoxunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən əkiləcəyini,
qalan 2 milyonunu isə müxtəlif dövlət qurumlarının,
icra hakimiyyətlərinin
həyata keçirəcəyini
deyib.
Bu gün Qarabağ və Şərqi Zəngəzur
yenidənqurma və bərpa işlərindən
dolayı geniş tikinti meydançasına çevrilib. Təkcə ötən il Cəbrayıl, Qubadlı,
Zəngilanda 9 kənd,
1 qəsəbə, 3 şəhər
mərkəzində müxtəlif
yaşayış məhəllələrinin,
məktəb və xəstəxanaların təməli
qoyulub. Ümumilikdə
isə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, ilkin mərhələdə 100 yaşayış
məntəqəsinin (8 şəhər,
8 qəsəbə və
84 kənd) bərpa edilməsi nəzərdə
tutulub. İndiyə qədər işğaldan
azad edilmiş 8 şəhərin baş planı hazırlanıb.
2022-ci ilin 19 iyul tarixindən bugünədək
2 şəhərə (Laçın
və Füzuli şəhərləri) və
3 kəndə (Zəngilan
rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) 1134 ailə (4516 nəfər) qayıdıb. Sadalanan işlər həyata keçirilərkən Qarabağ
və Şərqi Zəngəzurun "yaşıl zona" elan edilməsi də diqqətdən kənarda qalmır. İstər yeni tikililər, istərsə
də bərpa işləri ilə yanaşı, yeni yaşıllıqlar salınır,
meşələr genişləndirilir.
Bunlardan əlavə, məlum olduğu kimi, bu ərazilər "yaşıl
enerji" zonası elan olunub və
həmin istiqamətdə
intensiv işlər görülür. İşçi
qrupun adıçəkilən
iclasında iştirak
edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bu barədə bildirib: "Bu istiqamətdə böyük layihələr
həyata keçirilməkdədir.
Cəbrayılda günəş
stansiyaları tikiləcək.
Biz tikintidən danışırıqsa, bütün
inzibati binalarımız
növbəti kəndlərin
tikintisində "yaşıl
enerji"dən istifadə
edəcək. Ağalı
kəndinin enerji təminatı bərpaolunan
enerji vasitəsilə
aparılır. Ümumilikdə
"ağıllı şəhər",
"ağıllı kənd"
konsepsiyasına innovativ
yanaşmalar tətbiq
olunacaq".
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.11.