Elnur Soltanov COP29 Azərbaycan
üzrə baş icraçı direktor təyin edilib
Qeyd edək
ki, Elnur Soltanov 2004-2009-cu illərdə Texas Texnologiya
Universiteti, Slippery Rock Universiteti və Truman Dövlət
Universitetində pedaqoji fəaliyyətlə məşğul
olub. O, 2000-2003-cü illərdə Türkiyədə Avrasiya
Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı
işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas
Texnologiya Universitetinin siyasi elmlər fakültəsində
aspirantura təhsili alıb.
Həmçinin
o, 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim,
Xəzər Enerji və Ətraf Mühit Mərkəzində
direktor, ictimai və beynəlxalq münasibətlər
fakültəsində dekan vəzifəsində
çalışıb. 2018-ci ildən Azərbaycan
Respublikası energetika nazirinin müavinidir.
Azərbaycan.-2024.-
30 yanvar, № 19.- S.11.