Azərbaycan şaxələndirilmiş neft-qaz ixrac infrastrukturu yaradıb

 

 

Bu gün Azərbaycan özünün zəngin yataqlarından hasil etdiyi  karbohidrogenləri  dünya bazarlarına çatdırmaq üçün şaxələndirilmiş ixrac  marşrutlarına malikdir. Önəmlisi odur ki, bu ən müasir nəql  infrastrukturu son onilliklərin, bəziləri isə son bir neçə ilin nailiyyətidir.      

"Əsrin müqaviləsi"nin ilk neftini daşıyan  829 kilometrlik Qərb İxrac Boru Kəməri (Bakı-Supsa marşrutu) 1998-ci ildən fəaliyyət göstərir.  Ölkəmizin ərazisində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə eyni dəhliz boyu uzanan  Cənubi Qafqaz  Boru Kəməri (CQBK) isə 2006-cı ilin sonlarında istismara daxil olaraq "Şahdəniz" qazını Gürcüstana çatdırıb. "Cənub qaz dəhlizi"nin birinci seqmentini təşkil edən genişləndirilmiş CQBK-nin isə əsas hissəsi - 420 kilometri Azərbaycandan keçir.

Üçüncü minilliyin nəhəng mühəndis qurğusu, regionun neft ixracı arteriyası - BTC 1768 kilometr məsafə boyu torpağın altı ilə uzanaraq  ahəngdar təhlükəsiz fəaliyyət göstərən, ətraf mühitə ziyan vurmadan, insanlara narahatlıq gətirmədən yükünü səssiz-səmirsiz daşıyan boru xəttidir. Kəmərin təməli 2002-ci il sentyabrın  18-də Səngəçal terminalında qoyulub. 2005-ci il mayın 25-də isə buradan xəttə ilk neft vurulub. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində kəmər tam sistem kimi istifadəyə verilib.

BTC respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz Ağstafadan keçir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. Qalan 249 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.

BTC təkcə Azərbaycana deyil, bütün regiona xeyir-bərəkət gətirən bir kəmərdir. Bu kəmərin əhəmiyyəti həm ondadır ki, o özündən sonra neçə-neçə mühüm layihənin gerçəkləşməsinə yol açıb.  

BTC-nin ardınca Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri istifadəyə verilib. Bu boru xətti Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq ölkəmizin Gürcüstanın ərazisindən keçməklə Azərbaycan qazını Türkiyəyə nəql edir.

Azərbaycan qazı Türkiyədən bir qədər əvvəl Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana çatdırılmışdı. Belə ki, CQBK Bakı-Tbilisi-Ərzurum kəmərinin ön hissəsini təşkil edir. Ümumi uzunluğu 691 kilometr olan CQBK-nin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK- 280 kilometrlik boru kəməri birləşir. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. 2007-ci il iyulun 3-də tam istifadəyə verilərək BTƏ Azərbaycanı həm qaz ixrac edən ölkə kimi tanıtdı.

BTƏ-ni haqlı olaraq "Cənub qaz dəhlizi"nin təməli adlandırırlar. Qeyd olunduğu kimi, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilatı  qəbul etmək, həmin mavi yanacağı  Türkiyəyə Avropaya nəql etmək məqsədilə CQBK sisteminin genişləndirilməsi həyata keçirilib. Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı olaraq yeni xətt tikilib. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası mövcuddur. CQBK-nin Gürcüstandakı genişləndirmə işlərinə isə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan ölçən stansiyaların tikintisi daxil idi. Nəticədə BTƏ-nin mühüm hissəsi olan  CQBK genişləndirilərək "Cənub qaz dəhlizi"nin güclü bir qoluna çevrildi.

Beləliklə, CQBK "Cənub qaz dəhlizi"ni təşkil edən üç kəmərin birincisidir. "Şahdəniz-2" çərçivəsində çıxarılan qaz Türkiyəyə TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) ixrac edilir. Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə Azərbaycan qazını Avropaya çatdırır.

"Cənub qaz dəhlizi"nin açılış mərasimi 2018-ci il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında keçirilmişdir. Bu, Azərbaycan qazının Avropa qitəsinə nəqlini həyata keçirən nəhəng bir layihədir. Bu dəhliz dörd mühüm seqmentdən ibarətdir. Bunlar "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi, CQBK-nin genişləndirilməsi, TANAP-ın TAP-ın çəkilişidir. İki ilk seqmentin -"Şahdəniz-2"dən qazın əldə olunması CQBK-nin genişləndirilməsinin başa çatdırılması layihənin rəsmi açılışını etməyə imkan vermişdir. 

Layihənin nəhəngliyini nəzərə alsaq, onun təməlqoyma açılış mərasimləri arasındakı vaxt çox qısa olmuşdur. Cəmi 4 ilə yaxın bir vaxt ərzində qazanılan böyük uğur - "Cənub qaz dəhlizi"nin tikilib işə düşməsi Azərbaycanın bundan əvvəl həyata keçirdiyi qlobal neft-qaz ixrac layihələrinin təcrübəsinə əsaslanmışdır.

"Cənub qaz dəhlizi"nin uzunluğu 3500 kilometrdir. Dəhliz boyu bir-birinə möhkəm "halqa" ilə bağlanan üç kəmər üç ildən çoxdur böyük ehtiyatlara malik "Şahdəniz" yatağından hasil olunan qazın Avropa bazarına ötürülməsini təmin edir. Avropanın enerji xəritəsini dəyişdirən nəhəng layihə 2020-ci ilin son günündə TAP-ın istismara daxil olması ilə tam sona çatmışdır. "Cənub qaz dəhlizi"nin "onurğa sütunu" adlandırılan TANAP-ın açılışı isə 2018-ci il iyunun 12-də olmuşdur.

İndi zaman bu kəmərlərin genişləndirilməsi məsələsini gündəmə gətirmişdir. Məlumdur ki, Azərbaycan qazına tələbat getdikcə artır. Bu gün Azərbaycan 8 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana Serbiyaya qaz ixrac edir. Azərbaycandan qaz idxal etmək istəyən daha neçə-neçə ölkədən müraciətlər alınır.

Yeni çağırışlar qarşısında qaza tələbatın artması bu ehtiyacın ödənilməsi isə kompleks tədbirlərin görülməsini, o cümlədən ixrac infrastrukturunun şaxələndirilməsini zərurətə çevirir. 2022-ci ildə istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) da məhz bu məqsədə xidmət edir. Keçən il isə Serbiya-Bolqarıstan qaz interkonnektoru işə başladı.

Azərbaycan qazının Balkan ölkələrinə nəql olunması üçün İon-Adriatik qaz kəmərinin tikintisi nəzərdə tutulub. Bu, TAP-ın davamı olacaq, Albaniyadan keçərək Azərbaycan qazını Xorvatiya, Monteneqro, Bosniya Herseqovinaya çatdıracaq. Kəmərin tikintisinin 2025-ci ildə başa çatacağı gözlənilir.

Keçən il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib. Anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün bu 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Azərbaycandan  qaz idxal edən ölkələrin sayı ildən-ilə çoxalır. Buna müvafiq olaraq qaz infrastrukturu da genişləndirilir, təkmilləşdirilir şaxələndirilir.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 31 yanvar, ¹ 20.- S.7.