AŞPA nüfuzdan
düşən təşkilata
çevrilib
"Növbədənkənar prezident seçkiləri ərəfəsində Avropa
Şurası Parlament Assambleyasının Azərbaycana
qarşı qərəzli
davranışı məqsədli
xarakter daşıyır.
AŞPA seçki dövründə
respublikamızı hədəfə
almaqla ənənəvi
riyakarlığını davam
etdirir. Buna görə nümayəndə
heyətimizin AŞPA ilə
əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən
müddətə dayandırması
ən doğru qərar idi. Bunun ölkəmizə heç bir mənfi təsiri yoxdur. Çünki
AŞPA-nın nüfuzu
hazırda nəinki dünyada, elə Avropanın özündə
də aşağıdır".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan
30 il işğalda qalmış torpaqlarını
azadlığa qovuşdurduqdan,
suverenliyini və ərazi bütövlüyünü
tam bərpa etdikdən sonra Qərbin bəzi siyasi dairələri, eləcə də AŞPA
ölkəmizə qarşı
çirkin planlarını
intensivləşdiriblər: "Bu, onların Azərbaycana qarşı qərəzli olduğunu sübut edir. Bütün bunlar məqsədli şəkildə
ölkəmiz əleyhinə
atılmış addımlardır.
Necə olur ki, biz AŞPA-ya üzv olduğumuz
uzun illər ərzində bu qurum bir dəfə
də olsun Ermənistanın törətdiyi
soyqırımlarla bağlı
hər hansı bir fikir bildirməyib?!
Amma bu gün
Azərbaycana qarşı
qərəzli addımlar
irəli sürəndə
utanmırlar".
Ceyhun Məmmədov
deyib ki, Azərbaycanın AŞPA-ya
ehtiyacı yoxdur. Ona görə də Azərbaycan nümayəndə heyətinin
addımını yüksək
qiymətləndirirəm. "Son vaxtlar Avropa təsisatlarının Azərbaycana
qarşı qərəzli
yanaşmaları və
qərarları ən
pik həddə çatıb. Həm Cozep Borelin açıqlamaları,
həm AŞPA-da Azərbaycanın ünvanına
səsləndirilən fikirlər,
həm də ölkəmizlə bağlı
qəbul edilən qərarlar Bakının bu istiqamətdə sərt addımlar atmasını zəruri edirdi", - deyə o bildirib.
Azərbaycanın müstəqil
və qürurlu dövlət olduğunu vurğulayan deputat əlavə edib: "Ölkəmizi hədəf
alan əsassız ittihamları heç vaxt qəbul etmərik. Qurum daxilində fəaliyyətini
qeyri-müəyyən vaxta
qədər dayandırmağımız
da buna əsaslanır.
Azərbaycan öz
haqlı mövqeyini qətiyyətlə müdafiə
edir. Özünü Avropanın əsas aparıcı qurumlarından
biri kimi təqdim edən AŞPA bu gün, əslində,
Fransanın və Almaniyanın oyuncağına
çevrilib. Elə bunun nəticəsidir ki, onların sifarişi ilə bu qurum tərəfindən
Azərbaycana qarşı
əsassız qərarlar
qəbul edilir. Lakin unudurlar ki, Azərbaycan özünə hörmət
edən dövlətdir,
ölkəmizə qarşı
belə riyakarlıq nümayiş etdirəcəklərsə,
sərt etirazımızla
qarşılaşacaqlar".
Ceyhun Məmmədov
hesab edir ki, AŞPA müəyyən
müddətdən sonra
bu yanlış qərarına yenidən baxa bilər. Çünki Azərbaycan
regionun lider dövlətidir və Avropanın enerji təchizatında mühüm
rol oynayır. O cümlədən ölkəmiz
Avropa ilə Mərkəzi Asiya arasında vacib tranzit körpüdür.
"Şərq-Qərb", "Şimal-Cənub" dəhlizləri
Azərbaycanda kəsişir.
Bütün bunlar diqqətdən qaçırıla
bilməz. Əlaqələrin
yenidən bərpa olunması qurumun bizə münasibətindən,
eləcə də proseslərin hansı formada davam etməsindən
asılıdır.
Deputat yekunda bu məsələ ilə bağlı Gürcüstan, Ukrayna və Moldovanın münasibətinə də
toxundu. Bildirdi ki, Azərbaycanın üzləşdiyi bu haqsızlıqla sabah digər dövlətlər
də üzləşə
bilər: "Ona görə də məsələyə hər
bir dövlətin reaksiyası önəmlidir.
Gürcüstan, Ukrayna
və Moldova nümayəndə
heyətlərinin AŞPA-da
keçirilmiş səsvermədə
nümayiş etdirdikləri
mövqe ölkələrimiz
və xalqlarımız
arasında formalaşmış
münasibətlərin ruhuna
ziddir. Bu davranış bütün dövlətlərlə
münasibətlərini qorumaqda
və əlaqələrini
gücləndirməkdə maraqlı olan Azərbaycana qarşı haqsızlıqdır".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-
2024.- 31 yanvar, № 20.- S.4.