Qərəzli AŞPA mötəbərlikdən uzaqdır

 

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli qeyri-obyektiv mövqeyi tərəqqipərvər insanlar tərəfindən ikrahla qarşılanır. Çünki 2001-ci ildən başlayaraq Avropa Şurası ilə əməkdaşlığın səmərəli aparılması üçün Azərbaycan istər qanunvericilik, istərsə praktik səviyyədə üzərinə düşən bütün öhdəliklərə əməl edib.

Ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsini, 2020-ci ildə başa çatan 44 günlük Vətən müharibəsinin Zəfərini, 2023-cü ildə Qarabağ bölgəsində 24 saata yaxın müddətdə uğurla başa çatan antiterror tədbirlərini, ən nəhayət, erməni işğalından azad edilən ərazilərdə aparılan möhtəşəm quruculuq bərpa, işlərini həzm edə bilməyən AŞPA, nəhayət, üzünü çılpaqlığı ilə göstərdi. Bütün dünya parlamentarilərinin görə biləcəyi bir şəkildə Avropa Şurası Parlament Assambleyası rəsmi Bakı ilə münasibətləri gərginləşdirdi, Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi daha da kəskinləşdi. Səsvermə hüququmuzu ləğv edən AŞPA-nın bu addımı həmin siyasətin davamı kimi görünür. Elə bu səbəbdən Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı təşkilatda iştirakını haqlı olaraq qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bu, qurumda formalaşmış dözülməz irqçilik, azərbaycanofob islamofob hüquqazidd  davranışın nümunəsi idi.

Görünən odur ki, 23 il ərzində ölkəmizin qaçqın məcburi köçkünlərinin pozulmuş hüquqları, eləcə ermənilər tərəfindən yerlə yeksan edilmiş kənd şəhərlər, məhv edilmiş yüzlərlə tarixi maddi-mədəni irs barədə bir dəfə olsun səsini çıxarmayan bu qurumda başda Avropa Parlamentinin deputatları olmaqla, ölkəmizə qarşı siyasi qarayaxma kampaniyası başladıldı. AŞPA qəbul edilmiş qətnamədə bu mənfur kampaniyanın görünən tərəfidir. AŞPA "insan haqları"nın  pozulması, "seçkilərə AŞPA-nın dəvət olunmaması" kimi əsassız arqumentlər gətirsə , əsas səbəb Azərbaycanın öz suverenliyini bərpa etməsidir.

Qərəzli beynəlxalq qurumların, o cümlədən AŞPA-nın Azərbaycana əsassız hücumlarının baş verdiyi ənənəvi dönəmlərdən biri prezident seçkiləri ilə bağlıdır. Çox qəribə səslənsə deməliyik ki, Avropa Şurası Parlament Assambleyası  bildirir ki, Azərbaycan ona növbədənkənar prezident seçkisini  müşahidə etmək dəvəti göndərsin. Beynəlxalq ekspertlərin qeyd etdiyi kimi, ölkəmizin belə bir öhdəliyi yoxdur. Dünyaya bəllidir ki, ATƏT-in Demokratik Təsisatlar İnsan Hüquqları Bürosu seçkini müşahidə edir. Birmənalı şəkildə qeyd olunmalıdır ki. xalqın iradəsinin ifadəsi sayılan seçkilərin azad şəffaf şəraitdə keçirilməsi ölkəmizin hüquqi, demokratik dövlət quruculuğuna sədaqəti ilə bağlıdır. Seçicilər inandıqları etibar etdikləri namizədə səs verməklə talelərini müəyyənləşdirməli olurlar. Onu da xatırladaq ki, seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən çox müşahidəçi, ATƏT PA-dan isə 100-ə yaxın parlamentari səsvermə prosesini izləyəcək.

Qətnamə müəllifləri şou düzəldərək vurğulayıblar ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir bu istiqamətdə konkret addımlar atmağa çağırılır. "Azərbaycanın yerinə yetirmədiyi öhdəliklər" dedikdə ilk növbədə "LGBT hüquqlarının qorunması" nəzərdə tutulur.  AŞPA-nın ən böyük arzusu istəyi odur ki, Azərbaycanın orta məktəblərində LGBT mövzusu tədris olunsun həmin mövzu ictimaiyyətin şüurunda özünə yer tapsın. Bununla da qurum Azərbaycana yad olan ideologiya həyat tərzini diktə etməyə çalışır. Lakin bu, xalqımızın milli-mənəvi dəyərləri ilə uzlaşması mümkün olmayan cəhddir.

Digər tərəfdən, 30 il ərzində bir milyondan artıq qaçqının köçkünün hüquqlarının pozulmasını görməzliyə vuran, indi isə bütün dünyanın gözü qarşısında Qarabağdan könüllü surətdə köçən erməniəsilli sakinlərlə bağlı AŞPA Azərbaycandan hesabat tələb etməyə cəhd göstərir. Bu biabırçı qurumla əməkdaşlıq öz Zəfər qələbəsi ilə regionda reallıqlar yaratmış qalib Azərbaycanın işi deyil.

AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyi, ikili standartlar nümunəsinə rast gəlindiyi real faktdır. Göründüyü kimi, qərəz kin yuvası olan AŞPA mötəbərlikdən uzaqdır.

Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Ölkəmiz üçün AŞPA-nın qərəzli qeyri-obyektiv qətnamələrinin heç bir əhəmiyyəti yoxdur. AŞPA Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, təbii ki, bu, onun öz seçimidir. Xatırladaq ki, AŞPA-nın bu qərarına görə, Azərbaycanın Avropadan qətiyyən uzaqlaşmaq niyyəti yoxdur. Əksinə, haqqın, ədalətin insan hüquqlarının bərqərarı naminə Azərbaycan əməkdaşlıq etdiyi bəzi Avropa ölkələri ilə iqtisadi-mədəni əlaqələrini bundan sonra da normal beynəlxalq münasibətlərin tələbləri baxımından daha dinamik davam etdirəcək.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2024.- 31 yanvar, № 20.- S.4.