Azərbaycan
zirvəsinə alçaqdan
daş atanlar
Təşkilatlanaraq
ölkəmizə hücuma
keçən bəzi
Qərb ölkələri
və qurumları Ermənistan kimi məğlubiyyətə məhkumdurlar
Bu gün Şuşa, Xankəndi Zəfər zirvələrindən
Azərbaycanın dost
və düşmənləri
də aydın görünür. Kimlər
ölkəmizlə səmimi
dostdur, etibarlı tərəfdaşdır, kimlərsə
də düşmən
səfdə dayanaraq çirkin yollarla Cənubi Qafqazın lider ölkəsinin uğurlarına kölgə
salmaq üçün
fitnə-fəsad törədirlər,
hamısı bir-bir aşkara çıxır.
44 günlük Vətən
müharibəsi və
23 saatlıq antiterror tədbirləri onilliklərdir
Azərbaycana qarşı
pərdə arxasından
riyakar siyasət yürüdən başda
ABŞ, Fransa, Almaniya,
Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi qurumların da maskasını cırır, eybəcər
simalarını ortaya
qoyur.
Riyakarlar ittifaqı
Azərbaycan xalqı,
dövləti 30 illik işğal müddətində
də daim erməni təəssübkeşliyi
edən Qərb ölkə və qurumlarının ikili standartları ilə üz-üzə idi. Özlərini dünyada
"ədalətin tərəzisi",
"humanizm"in keşikçisi
sayan qərəzli Qərb siyasətçiləri
ərazilərimizin işğalına,
Qarabağda hökm sürən separatizmə görə təcavüzkar
Ermənistana heç
bir təzyiq göstərmir, ona qarşı qətnamələr
qəbul etmir, bəyanatlar səsləndirmirdilər.
Onlar yurdlarından didərgin salınan yüz minlərlə azərbaycanlının taleyinə
biganəlik nümayiş
etdirərək, zülm-zillət
içərisində çadırlarda,
vaqonlarda, yataqxanalarda acınacaqlı vəziyyətdə
yaşayan insanlarımıza
heç gözlərinin
ucu ilə də baxmırdılar. Həmin dövrdə Avropa və ABŞ-nin korrupsioner siyasətçiləri erməni
lobbisinin pullarını
ciblərinə axıdaraq
bölgədə münaqişə
vəziyyətinin, torpaqlarımızın işğalının
sonsuzadək sürməsi
üçün səy
göstərirdilər.
Buna görədir
ki, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz milli maraqlarını
təmin etməsinə,
BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsini öz
gücünə yerinə
yetirərək torpaqlarını
işğaldan azad etməsinə, bayrağını
Xankəndidə dalğalandırmasına
dözə bilməyən
islamofob, türkofob, azərbaycanofob Qərb ölkə və qurumları təşkilatlanaraq
ölkəmizə qarşı
hücuma keçiblər.
Bu ilin yanvar
ayında Fransa Senatının Azərbaycana
qarşı qətnamə
qəbul etməsi, Avropa İttifaqının
xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə
ali nümayəndəsi
Cozep Borelin ölkəmizə qarşı
əsassız iddialar səsləndirməsi, Avropa
Şurası Parlament Assambleyasının Azərbaycanın
səsini dondurmaq kimi çirkin addımı buna sadəcə bir neçə nümunədir.
Sülh düşmənləri
2020-ci ilin noyabrında,
Vətən müharibəsi
bitdikdən dərhal sonra Azərbaycan Ermənistana sülh müqaviləsinin əsasını
təşkil edəcək
beş prinsipi təqdim edib. Azərbaycan 30 illik işğaldan əziyyət
çəkmiş və
ədaləti özü
bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olması ilə də Cənubi Qafqazda davamlı barışa tərəfdar
olduğunu nümayiş
etdirib. Ancaq nə sirri-hikmətdirsə,
Bakının bölgədə
real sülhə gətirib çıxaracaq
bu addımları Qərbdə böyük narahatlığa, sözün
əsl mənasında
panikaya, qorxuya səbəb
olub. Müstəmləkəçi
Fransanın başçılığı
ilə təşkilatlanan
Qərb təsisatları
əllərindən gələni
edirlər ki, təki Qafqazda sülh olmasın.
Onlar bir tərəfdən təcavüzkar
Ermənistanı silahlandıraraq
onu revanşa həvəsləndirir, Qarabağın
erməni sakinlərinin
olmayan problemlərindən
dəm vurur, digər tərəfdən
də oyuncağa çevirdikləri beynəlxalq
təşkilatlar vasitəsilə
Azərbaycana qarşı
əsassız və heç bir hüquqa dayanmayan qətnamələr qəbul
edirlər, öz aləmlərində ölkəmizə
təzyiq etməyə
çalışırlar.
Heç kimə
sirr deyil ki, Avropa Şurası
müxtəlif Avropa ölkələrinin Avropa
Parlamentinə düşə
bilməyən islamofob
və türkofob təfəkkürlü nümayəndələrinin
düşərgəsinə, təzyiq alətinə çevrilib.
Bu il yanvarın 22-də qış
yarımsessiyasının açılış
günündə AŞPA-da
ölkəmizin nümayəndə
heyətinin etimadnamələri
təsdiq edilmədi. Bu rəzil təşəbbüs
formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən
irəli sürülsə
də, məsələnin
arxasında AŞPA rəhbərliyinin
özünün durduğu
da məlum faktdır.
Eyni zamanda bu fakt Fransanın
Almaniya vasitəsilə
AŞPA-nı Azərbaycana
qarşı vasitə
kimi istifadə etməyə çalışdığının
əyani sübutudur.
Ancaq qoca qitənin ölkəmizdən
qisas almaq istəyi və cəhdləri səmərəsizdir.
Hazırda nəinki dünya səviyyəsində,
heç Avropada da nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın
ehtiyacı yoxdur. Azərbaycan nümayəndə
heyətinin AŞPA-da
fəaliyyətini dayandırması
da onlara daha bir tutarlı
cavabdır.
Dost dosta tən olmazsa...
Baş verən
hadisələrin fonunda
qabarıq görünən
bir ayrı məqam isə özümüzə dost saydığımız bəzi
ölkələrin sərgilədikləri
dosta yaraşmayan mövqeləri oldu.
Azərbaycanın AŞPA-da fəaliyyətini dayandırmasından sonra bu qurum nümayəndə
heyətimizin iştirakı
olmadan ölkəmizin
nümayəndə heyətinin
səsinin dondurulması
barədə qərar
qəbul edib. Təbii ki, mahiyyət etibarilə bu qərarın ölkəmiz üçün
bir qara qəpiklik dəyəri yoxdur.
Ancaq AŞPA-da
həmin bədnam qərarın qəbulu zamanı Gürcüstan, Ukrayna və Moldovanın nümayəndələrinin
qeyri-səmimi mövqe
nümayiş etdirmələri
böyük təəssüf
doğurdu. Nədənsə
bu ölkələrin
nümayəndələri özlərində
həmin sənədin
qəbulunun əleyhinə
səs vermə iradəsi tapa bilmədilər...
Gürcüstan, Ukrayna
və Moldovanın nümayəndələrinin keçirilmiş
səsvermədə tutduqları
mövqe sözün əsl mənasında Azərbaycana arxadan vurulan zərbə idi. Baxmayaraq ki, Azərbaycanın sözügedən ölkələrə
yaxşılıqdan başqa
heç nə etmədiyi də danılmaz reallıqdır.
Təkcə bir neçə fakt gətirək: əgər
bu gün Gürcüstan Ermənistan
kimi dalan ölkə deyilsə, bu məhz Azərbaycanın
sərmayələri sayəsindədir.
Azərbaycan hər
zaman Ukraynanın da, Moldovanın da ərazi bütövlüyünü
dəstəkləyib. Müharibədə
dağıntılara məruz
qalan Ukraynaya yardım əli uzadıb, Moldovanın iqtisadi inkişafına töhfələr verib.
Adıçəkilən bu dövlətlərlə
Azərbaycanı həm
də GUAM təşkilatı
birləşdirir. Onlar
Azərbaycanın tərəfdaşları
sayılırlar və
bütün beynəlxalq
tədbirlərdə bir-birlərinin
hüquqlarını qorumağa
da borcludurlar. Amma reallıqlar göstərdi ki, hər şey göründüyü kimi
deyil və bizə dost görünən qeyri-səmimi
dostlarımız da az deyil.
Gürcüstan, Ukrayna
və Moldova bu davranışları ilə
Azərbaycanın özlərinə
olan inam və etibarını dərindən sarsıtmış
oldular. Və dövlətlərarası münasibətlərimizə
yenidən baxılmasına
ehtiyac olduğunu faktlarla ortaya qoydular.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
31 yanvar, № 20.- S.4.