Fransa sülh tərəfdarı deyil

 

 

İkinci Qarabağ müharibəsindən üç ildən bir qədər çox vaxt keçsə , Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Vaxtaşırı sülh sazişi imzalanmasından sonra regionda sülh olacağını təkrarlayan Ermənistanın baş naziri müxtəlif bəhanələrlə Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan yayınır. Görünən budur ki, Ermənistan özünü sülh tərəfdarı kimi göstərsə , Fransa kimi ölkələr buna mane olur.

Sual oluna bilər: hərbi cəhətdən ağır məğlubiyyətə uğrayıb ordusu tar-mar olan, iqtisadi cəhətdən dalana dirənib, xarici borc girdabında çabalayan bir respublikanın belə bir vəziyyətdə sülh müqaviləsini imzalamamasının səbəbi nədir? Gizli deyil ki, Cənubi Qafqaz həmişə beynəlxalq güclərin, böyük dövlətlərin marağında olub. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə bölgədə yeni reallıqların yaranması ilə nəticələndi. Qarabağ münaqişəsi başlayan gündən problemin həllinə "vasitəçi" olmağa çalışan Fransa qərəzli mövqeyinə, etdiyi riyakarlıqlara görə Azərbaycanın sərt reaksiyası ilə qarşılaşmalı oldu. Hadisələrin gedişi Cənubi Qafqazda Ermənistanın vasitəçiliyi ilə möhkəmlənməyə can atan Fransanı oyundankənar vəziyyətə saldı.

Fransanın Cənubi Qafqaz planı əlçatmaz bir xəyala döndükcə Emmanuel Makronun Vətən müharibəsi zamanı ölkəmizə qarşı qərəzli mövqeyi, beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təyziq göstərmə cəhdləri müharibədən sonrakı proseslər zamanı özünü daha qabarıq şəkildə göstərdi. Buna görə sülh danışıqları prosesindən kənarda qalan Fransa prezidenti özünü davakar birisi kimi apardı.

Ermənistanın bu gün belə bir misgin duruma düşməsinin əsl səbəbkarı üzdə özünü ona dost kimi göstərən Fransadır. Fransa geosiyasi maraqları naminə Cənubi Qafqazda sülhə mane olan ölkədir. Bu ölkənin atdığı bütün addımlar, etdiyi hərəkətlər sülh müqaviləsinin imzalanmasına əngəl törətdiyini açıq şəkildə sübut edir. Sülh sazişinin imzalanması üçün israrla vasitəçilk təklif edən rəsmi Paris digər tərəfdən Ermənistanı silahlandırıb revanşa hazırlayır.

Makronun bacarıqsızlığı, apardığı səhv siyasət nəticəsində Afrika ölkələrindən sıxışdırılıb çıxarılmaqda olan Fransa Cənubi Qafqazda da hələlik özünə yer tapa bilməyəcək.

Afrikada Türkiyə ilə maraqları toqquşan, Cənubi Qafqaz planlarının Azərbaycan tərəfdən pozulduğunu görən Fransa ölkəmizə qarşı daha qərəzli, daha riyakar hərəkətlər edir. Aİ-, AŞPA-da, eləcə müxtəlif KİV- "muzdluların" ölkəmizin əleyhinə apardıqları bədnam kampaniyaya birmənalı olaraq Fransanın dəstəyi inkarolunmaz faktdır.

İstədiklərinə nail ola bilməyən Fransa ölkəmizə qarşı aparılan qara piarın, feyk xəbərlərin mərkəzinə çevrilib. Dünyanın müxtəlif KİV-ində ölkəmizə qarşı iftira böhtandolu məlumatlar əsasən bu ölkənin rəsmi qurumlarının yaydıqları xəbərlərdən istifadə edirlər.

Azərbaycandan "Dağlıq Qarabaq Respublikasının" tanınmasını iddia edən fransız senatorları nədən özləri ərazisi 8,7 min km2, əhalisi 349.465 nəfər olan Korsikanın nəinki müstəqilliyini tanımaq, hətta öz dilində danışmağa, milli adət-ənənələrinə əməl etməyə, hətta milli rəqslərini oynamağa icazə vermirlər? Öz gözlərində tiri görməyən fransızlar özgə gözündə tük axtarsalar da, bunu görə bilməyəcəklər.

Bütün bunlar göstərir ki, Fransa sülh tərəfdarı deyil. Öz çirkin maraqlarına yetişə bilməyən bu neokolonialist ölkə Azərbaycanın uğurlarını həzm edə bilmədiyinə görə riyakarlığını davam etdirir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 31 yanvar, № 20.- S.5.