Səfir
Leyla Abdullayeva OCED-in illik məsləhətləşmələr
iclasında çıxış
edib
Beynəlxalq Nəqliyyat
Forumunun (İTF) gender
və nəqliyyat üzrə 8-ci İllik Məsləhətləşmə iclası keçirilib. Builki iclasda Yaşıl Nəqliyyat Sammiti kontekstində gender, nəqliyyat və iqlim dəyişikliyi
arasındakı qarşılıqlı
əlaqələr diqqət
mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın
Fransadakı səfiri
Leyla Abdullayeva Beynəlxalq Nəqliyyat Forumunun illik məsləhətləşmələr iclasının açılışında
çıxış edib.
İTF-nin nəqliyyat
dialoqunu asanlaşdırmaq
və regional nəqliyyat və kommunikasiya əlaqələrini
gücləndirmək üçün
səmərəli qlobal
platforma olduğunu deyən səfir Leyla Abdullayeva ölkəmizin regionda dayanıqlı və davamlı nəliyyat üçün multimodal nəqliyyat marşurutlarının
inkişafı istiqamətində
konkret addımlar atdığını bildirib.
2025-2026-cı illərdə təşkilata Azərbaycanın
sədrlik edəcəyini
bildirən Leyla Abdullayeva ölkəmizin sədrlik müddətində
İTF-nin məqsəd
və mühüm rolunu təşviq etmək üçün səylərini əsirgəməyəcəyini
diqqətə çatdırıb.
Bu ilin sonunda
Bakının ev sahibliyi edəcəyi
COP29-un, həmçinin nəqliyyat
sahəsinin dekarbonizasiyası
ilə bağlı məsələlərin müzakirəsi
üçün imkan
yaradacağına ümid
ifadə edilib.
Səfir L.Abdullayeva
əlavə edib ki, BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasına
Tərəflər Konfransında
Azərbaycan 2050-ci ilədək
istixana qazlarının
emissiya səviyyəsinin
40 faiz azaldılması
istiqamətində öhdəlik
götürüb, eləcə
də işğaldan azad edilmiş ərazilərin “xalis sıfır emissiya” zonası elan edilməsi, Böyük Britaniyanın təşəbbüsü
ilə həyata keçirilən ZEV (Zero Emission
Vehicles) bəyanatına
qoşulduğumuz iştirakçıların
diqqətinə çatdırılıb.
Bakının ev
sahibliyi edəcəyi
COP29-la bağlı səfir
L. Abdullayeva qeyd edib ki, ümumi
yanaşma əvvəlki
COP konfranslarının uğurlarına
və dövlətlərin
götürdüyü öhdəliklərə
əsaslanmaqdır. Vurğulanıb
ki, məqsədimiz bu öhdəlikləri irəli aparmaqdır.
“COP29-un hazırlanmasında ilk addımlar atılıb, Təşkilat
Komitəsi yaradılıb
və komitədə
12 qadın təmsil olunur. COP29-un mandatlı vəzifələrində mükəmməl
gender balansı təmin edilib, 6 vəzifədən 3-də qadın
təmsil olunur”, - deyə səfir L. Abdullayeva qeyd edib.
Səfir, həmçinin
gender və nəqliyyat, eləcə də nəqliyyat sektorunda gender bərabərliyinin vəziyyəti
ilə bağlı məlumat verib. O, nəqliyyat sahəsinin ənənəvi olaraq kişilərin üstünlük
təşkil etdiyi sektor olduğunu bildirərək, gender bərabərliyinin təşviqi,
nəqliyyat sektorunda qadınların səlahiyyətlərinin,
eləcə də bu sahədə qərarların qəbulu prosesində qadınların
rolunun artırılması
ilə bağlı maarifləndirmənin vacibliyini
qeyd edib.
Səfir iştirakçıların
diqqətinə Azərbaycanın
nəqliyyat sektorunda qadınların məşğulluğu
ilə bağlı statistik məlumatları təqdim edib. Ümumilikdə, ölkəmizdə
nəqliyyat sahəsində
xüsusilə nəqliyyatın
planlaşdırılması və gündəlik işin təmin edilməsində qadınların
səsinin eşidildiyi,
gender bərabərliyinin
təmin edilməsi üçün mühüm
addımların atıldığı,
əlbəttə ki, daha yaxşı nəticələrin əldə
edilməsi üçün
müvafiq işlərin
görüləcəyi vurğulanıb.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının
(OCED) gender və nəqliyyat üzrə
9-cu İllik Məsləhətləşmə
iclası keçirilir.
Builki iclasda Yaşıl Nəqliyyat Sammiti kontekstində gender, nəqliyyat və iqlim dəyişikliyi
arasındakı qarşılıqlı
əlaqələr diqqət
mərkəzində olub.
Azərbaycanın Fransadakı
səfiri Leyla Abdullayeva İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının
illik məsləhətləşmələr
iclasında ölkəmizi
təmsil edir. İclasda Azərbaycanın
regionda dayanıqlı
və davamlı nəqliyyat üçün
multimodal nəqliyyat marşrutlarının inkişafı
istiqamətində atdığı
konkret addımlardan danışılacaq.
Azərbaycan.-2024.-
31 yanvar, № 20.- S.3.