Antiazərbaycançı
qüvvələrin “səlib
yürüşü" darmadağın
edilir
Bu ilin elə ilk ayındaca
cəmi bir neçə gün ara ilə Fransa
Senatı Azərbaycana
qarşı qətnamə
qəbul etdi, Avropa İttifaqının
xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə
ali nümayəndəsi
Cozef Borel ölkəmizə qarşı
əsassız iddialar səsləndirdi, Avropa Şurası Parlament Assambleyası heç bir hüquqi əsasa söykənmədən
Azərbaycanın səsini
dondurmaq kimi çirkin təşəbbüs
göstərdi.
Bütün bunlar
isə təsadüf yox, Qərbin bəzi ölkə və qurumlarının Azərbaycana qarşı təşkilatlanmış şəkildə
hücuma keçmələrini
gün kimi ortaya qoyan təkzibolunmaz
faktlardır.
Son üç
il ərzində Cənubi Qafqazda baş verən proseslərin, Azərbaycanın
ard-arda qazandığı
qələbələrin fonunda
islamofob, türkofob siyasət yürüdən
Qərbin ölkəmizə
qarşı "səlib
yürüşü"nə çıxması təsadüfi
deyildi. Çünki
30 ili əhatə edən böyük bir zaman müddətində
bu bölgədə münaqişənin nizamlana
bilməməsinin başlıca
səbəbi də məhz demokratiya libaslı qərəzli Qərb ölkə və qurumlarının daim təcavüzkar Ermənistanın mövqeyindən
çıxış etmələri,
separatizmi dəstəkləmələri,
ərazilərimizin işğalının
sonsuzadək sürməsinə
tərəfdar çıxmaları
ilə bağlı idi.
Buna görə
idi ki, BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsini öz
gücü ilə yerinə yetirərək torpaqlarını işğaldan
qurtaran, suverenliyini bərpa edən və ərazisindəki
separatizm yuvasını
dağıdan Azərbaycana
qarşı Qərbdə
dərhal düşmən
mövqedən çıxış
etməyə başladılar.
Azərbaycanın Qarabağ
zəfərini həzm
edə bilməyən
bu köhnə qitənin bütün bu riyakarlıq oyunbazlığına isə
Fransa başçılıq
edir.
Qərb bölgədə
sülh istəmir
Hadisələrə başqa yöndən nəzər saldıqda aydın olur ki, hazırda Qərbin qarşısına
qoyduğu başlıca
məqsədi Ermənistan
ilə Azərbaycan arasında sülhün əldə olunmasına bədnam yollarla mane olmaqdır.
Azərbaycanın illərdir
"boz zona"ya çevrilmiş Qarabağ
bölgəsində separatizmi
məhv etməsindən
sonra iki ölkə arasında sülh istiqamətində
irəliləyişlər əldə
olunması göz
qabağındadır. Yaxşı
xatırlayırıq, torpaqlarımızın
30 illik işğalı
dövründə cidd-cəhdlə
müharibə variantını
inkar edən Qərb siyasi dairələri bizi işğalla barışmağa
məcbur etmək istəyirdilər. İndi
Azərbaycan bölgədə
tam yeni reallıqlar formalaşdırıb
və hazırda iki ölkə barışa heç bir dövrdə olmadığı kimi yaxındır. Bu Qərbi qane etmir. O, maraqları naminə Cənubi Qafqazda savaşı daha uyğun sayır. Ermənistanı
silahlandıraraq, ona siyasi dəstək verərək revanşa qızışdırmağa çalışması
da buna xidmət
edir.
Təbii ki,
ABŞ, Fransa, Almaniya kimi qərəzli ölkələrin, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi erməni lobbisinin yuvasına çevrilmiş
qurumların da gözündən yayınmayıb
ki, Azərbaycanın siyasi iradəsinin, qətiyyətinin sayəsində
Cənubi Qafqazda sülh əldə olunmasına çox az qalıb. Buna görə də bölgədə yenidən qarşıdurma
yaratmaq, müharibə
ocağını təzədən
alovlandırmaq üçün
meydana atılıblar.
Bu dairələr ikiüzlülüklə demokratiyadan
bəhs edirlər, insan hüquqlarından dəm vururlar, Qarabağın erməni sakinlərinin olmayan problemləri barədə
hay-küy salırlar.
Amma Qərb siyasi dairələri
1990-cı illərin əvvəllərində
Ermənistanın azərbaycanlılara
qarşı soyqırımı,
qətliamlar törətməsinə,
yurdundan didərgin salınan yüz minlərlə vətəndaşımızın
uzun illər acınacaqlı vəziyyətdə
çadırlarda, vaqonlarda,
yataqxanalarda zülm-zillət
içərisində yaşamalarına
erməni təəssübkeşliyi
ilə biganəlik nümayiş etdirdilər.
Bu günün özündə
də həmin azərbaycanlıların insan
haqlarından bir kəlmə belə kəsmirlər.
AŞPA təzyiqetmə alətinə çevrilib
Konkret olaraq
AŞPA-dan danışsaq,
uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı
faktına qarşı
bir dənə də olsa tədbir
görməyib, yalnız
ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki bir quruma üzv
olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs
hüququ əlindən
alına bilərdi, amma biz tamamilə
əks fəaliyyətlə,
ölkəmizə qarşı
ikili standartlarla, qərəzlərlə üzləşdik.
Avropa Şurası
müxtəlif Avropa ölkələrinin Avropa
Parlamentinə düşə
bilməyən islamofob
və türkofob təfəkkürlü nümayəndələrin
düşərgəsinə çevrilib.
2001-ci ildə bu
təşkilata üzv
olandan sonrakı dövrə baxanda görürük ki, ermənipərəst, islamofob
qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı təzyiq etmək aləti kimi istifadə ediblər.
2023-cü il oktyabrın
23-də qəbul etdiyi
"Dağlıq Qarabağda
humanitar vəziyyət"
adlı qətnaməsində
AŞPA açıq şəkildə
Azərbaycanı təhdid
edərək,
19 sentyabrda həyata
keçirilən lokal
xarakterli antiterror əməliyyatlarını hərbi
əməliyyatlar kimi
qiymətləndirərək, "Dağlıq Qarabağın
erməni əhalisinin
humanitar vəziyyəti"ndən
ciddi narahatçılıq
ifadə edib və Azərbaycan nümayəndə heyətinin
etimadnaməsini 2024-cü ilin
ilk iclasında tanımamaqla hədələyib.
Bu il qış
yarımsessiyasının açılış
günündə isə AŞPA-da
ölkəmizin nümayəndə
heyətinin etimadnamələri
təsdiq edilməyib.
Bir sözlə,
AŞPA ölkəmizə "insan hüquqları" bəhanəsi ilə təzyiq etməyə qərar verdi. Qalmaqallı təşəbbüs
formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən
irəli sürülsə
də, məsələnin
arxasında AŞPA rəhbərliyinin
özünün durduğu,
sadəcə, sosialistləri
qabağa verdiyi bilinən faktdır.
AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin
göstəricisidir.
Fransa-Almaniya cütlüyünə
zərbə
Bəllidir ki, Fransa və Almaniya tandem şəklində çıxış
edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa
çalışır.
Bakının müstəmləkəçi
Fransanın neokolonializm
siyasətini dünyada
ifşa etməsi, onu ard-arda siyasi,
diplomatik cəbhələrdə
məğlub etməsi
Parisin beynəlxalq nüfuzunu yerlə bir edib. Elə
buna görə də Fransa indi arxa plana
çəkilərək mənfur
əməllərini Almaniyanın
əli ilə həyata keçirmək istəyir.
AŞPA Azərbaycana qarşı qərəzini,
riyakarlığını ört-basdır
etmək üçün
əsassız bəhanələr
gətirir. Məsələn,
nümayəndə heyətimizin
etimadnamələrinin mübahisələndirilməsi
təşəbbüsünü irəli sürərkən
guya bunu
7 fevralda Azərbaycanda
keçiriləcək seçkiləri
müşayiət etməyə
dəvət edilməməsi,
ölkədə "siyasi
məhbus"ların olması
ilə əlaqələndirir.
Lakin əsl səbəb gün kimi ortadadır. Xristian təəssübkeşliyi,
erməni sevgisi ilə silahlanmış Qərbin bəzi ölkə və qurumları Azərbaycanın
Şuşa, Xankəndi
Zəfərini həzm
edə bilmir və bunun qisasını
bizdən almağa çalışır.
Amma müstəqil
siyasət yürüdən
Azərbaycan riyakar Qərb təsisatlarını
hər zaman qabaqlayır və onları gülünc vəziyyətdə qoyaraq
ard-arda məğlubiyyətlərə
uğradır. Elə
AŞPA-nın son iclasına qatılmayaraq qürurlu şəkildə
riyakar qurum ilə münasibətləri
kəsməsi də buna nümunədir.
Bir sözlə,
Azərbaycan Qərbin
"səlib yürüşü"nü
darmadağın edir.
Yasəmən MUSAYEVA,
Azərbaycan
.-2024.- 28 yanvar, № 18.- S.3.