AŞPA Fransa Almaniyanın əlində oyuncağa çevrilib

 

 

Otuz il Azərbaycanın iyirmi faiz ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldı. Bütün dünya bunu gördü... O əraziləri işğalçı Ermənistanın qansız-qadasız ələ keçirmədiyi hər kəsin bildiyi faktlar idi.

Təcavüzkar ermənilər Azərbaycanın Qarabağ Şərqi Zəngəzur torpaqlarında 1980-cı illərin sonlarından qanlı cinayətlər, dəhşətli faciələr törətməyə başlamışdılar. Dinc, günahsız soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmuşdular. O vaxt cinayətləri cəzasız qalan erməni vandalları daha da azğınlaşmış, Qarabağ Şərqi Zəngəzur ərazilərində yaratdıqları münaqişə ocağını alovlandırmışdılar. Birinci Qarabağ müharibəsinə başlayıb torpaqlarımızı zəbt etmişdilər. Minlərlə azərbaycanlıya işgəncələr verərək qətlə yetirmiş, ya da ömürlük şikəst etmişdilər. Bir milyon soydaşımız isə canını xilas etmək üçün doğma yurdundan, isti ocağından qaçmaq məcburiyyətində qalmışdı.

O zamanlar Qarabağ Şərqi Zəngəzurda azərbaycanlıların ərşə qalxan nalələrini, fəryadlarını, söndürülən ocaqlarını, talan edilən, yandırılan evlərini, dağıdılan, xarabalığa çevrilən yurdlarını dünyanın aparıcı dövlətləri, insan hüquqlarının, demokratiyanın qanunun aliliyinin müdafiəsi ilə məşğul olmaq məqsədilə yaradılmış Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi böyük təşkilat görmüşdü. Ancaq haqqı müdafiə etməmişdilər.

Ermənistan silahlı qüvvələri otuz il Azərbaycanın ərazilərində sadəcə, qalmadı. Torpaqlarımızda gündən-günə, ildən-ilə möhkəmləndirdiyi mövqelərindən dinc əhalini daim hədəfə aldı. 1994-cü ilin mayında imzalanan atəşkəs haqqında sazişə məhəl qoymayan işğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Ordusunun bölmələrini, azərbaycanlıların yaşayış yerlərini intensiv olaraq avtomatlardan, iriçaplı pulemyotlardan atəşə tutdu. Əsgər zabitlərimiz, dinc sakinlərimiz şəhid oldular. Demokratiyadan, haqdan, ədalətdən dəm vuran ermənipərəst Avropa ölkələri, onların başında dayandıqları AŞPA kimi beynəlxalq təşkilatlar bu cinayətlərinə görə rəsmi İrəvanı sorğu-sual belə etmədilər. İşğalçı, təcavüzkar Ermənistana heç gözün üstə qaşın var deyən olmadı.

Əksinə, ermənipərəst, islamofob qüvvələr bir sıra dünyanın aparıcı dövlətlərinin gücündən, eləcə Avropa Şurası Parlament Assambleyasından daim Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdilər. Əslində, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Ancaq AŞPA uzun illər Ermənistanın Azərbaycana qarşı təcavüzü ərazilərin işğalı faktına qarşı ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar qərarlar verməkdən başqa heç bir tədbir görmədi.

Otuz il dünya birliyinin susduğu ədalətsizliyə Azərbaycan dövləti öz gücü ilə son qoydu. 2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin başladığı İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu qələbə çaldı. Əsgər zabitlərimiz tarixi ərazilərimizi işğalçılardan azad etdilər. Ötən ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin hələ Qarabağı tərk etməmiş tör-töküntüləri separatçılar məğlubiyyətə uğradılar. Azərbaycan suverenliyini tam bərpa etdi.

Bunlar Azərbaycan xalqının XX əsrin sonlarından başlayaraq yaşamalı olduğu çox çətin, faciələrlə dolu, ancaq sonunda haqqın qalibiyyəti, Zəfərlə tamamlanmış tarixinin qısa xülasəsidir. Fransa başda olmaqla ermənisevdalı Qərb ölkələri, Avropa Şurası Parlament Assambleyası kimi qurumlar Azərbaycan xalqının başına qəsbkar ermənilər bu qədər fəlakətlər gətirəndə, soyqırımları törədəndə səslərini çıxarmadılar. Ancaq elə ki, gördülər işğalçılıq mövqeyindən əl çəkməyən Ermənistan silahlı qüvvələrinin qarşısına Azərbaycan güclü ordusu ilə çıxır, qəsbkarlar məğlub olurlar, o zaman narahatlıqlarını büruzə verdilər. Hələ o vaxt - İkinci Qarabağ müharibəsi davam etdiyi günlərdə təlaşa düşən Fransa prezidenti Emmanuel Makron Azərbaycanın əleyhinə əsassız ittihamlar irəli sürməyə başladı. BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardığı saxta məlumatlarla həmin nüfuzlu beynəlxalq təşkilatın imkanlarından istifadə edib ölkəmizə təzyiq göstərməyə çalışdı. Amma bunu bacarmadı.

Bütün haqsızlıqlara, ikili standartlara rəğmən Azərbaycan ədaləti, beynəlxalq hüququn normalarını bərpa edərək suverenliyinə tam nail olduqdan sonra Ermənistanla sülh razılaşmasının imzalanması real göründüyü bir vaxtda bəzi Qərb ölkələrinin beynəlxalq təşkilatların əsl siması daha da aydın göründü.

Avropa Şurası Parlament Assambleyasının 2023-cü il oktyabrın 23-də qəbul etdiyi "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamənin 23-cü bəndində Azərbaycan açıq-aşkar təhdid edildi. Təşkilat 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatçılıq ifadə etdi Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələdi.

Bu il yanvarın 22-də, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarımsessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Deputatların etimadnamələrinin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürdü. O, çıxışında "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirdi". Təşəbbüs təsdiqləndi. Çünki plan əvvəlcədən qurulmuşdu. Almaniyalı deputat Frank Şvabenin yalan, böhtan dolu, qərəzli çıxışı da, irəli sürdüyü təşəbbüs oyunun bir hissəsi idi. Sadəcə, sosialistlər qabağa verildi. Məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu faktdır.

Özü kimi işğalçı olan Ermənistanın məğlubiyyətinin qarşısını almaqda aciz qalan Fransa Avropa Şurası Parlament Assambleyasından Azərbaycana qarşı istifadə etməyə, ölkəmizə təzyiq göstərməyə çalışır. Təəssüf ki, bu qurum Fransanın Almaniyanın əlində oyuncağa çevrilib. Amma bütün bunlara baxmayaraq, heç nəyə nail ola bilməyəcək.

Dünyada nüfuzu gündən-günə artan Azərbaycan isə öz yolu ilə irəliləyir. Regionda, eləcə dünyada sülhün bərqərar olmasına səy göstərir.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 28 yanvar, № 18.- S.3.