Başqasına
"əriştə kəsmək"
istəyir
Öz fermerinə sahib çıxa bilməyən
Fransa özgəsinə
"yol" göstərir
Fransada kənd
təsərrüfatı işçilərinin
qəzəbi bütün
ölkəni bürüyüb.
Artıq xeyli vaxtdır fermerlər saman bağlamaları və traktorlarla bir çox şəhərlərdə aparıcı
yolları bağlayaraq
blokadaya alıblar.
Fermerlər istehsal
xərclərinin artmasından,
kənd təsərrüfatı
məhsullarının idxalına,
suvarma suyundan istifadəyə məhdudiyyət
qoyulmasından, dizel yanacağının qiymətinin
artmasından, bürokratik
əngəllərdən, onlara
qarşı edilən
ədalətsizliklərdən narazıdırlar. Hökumət
yollara çıxan fermerlərə əhəmiyyət
vermir, etirazçılar
isə tələbləri
yerinə yetirilməyincə
geri çəkilməyəcəklərini
bəyan edirlər. İş o yerə çatıb ki, onlar dövlət binalarının qarşısına
zibil atır, şəhərlərin ortasında
peyin yandırırlar.
Xoşagəlməyən iy
və tüstü ətrafa yayılır. Beləliklə, az qala bütün Fransa üfunətə qərq olub. Etirazçılar artıq
Tuluza, Strasburq, Lion, Bordo, Kale,
Bove və digər şəhərlərdə
yolları bağlayıblar.
Nümayişçilərin qəzəbi getdikcə daha da artır. Fermerlərin həmkarlar ittifaqı
(FNSEA) böhrandan çıxmaq
üçün hökumətə
yüzə yaxın tələbin siyahısını
göndərib. Bu sorğular 24 bənddə
qruplaşdırılıb. İki kənd təsərrüfatı ittifaqı
tərəfindən xüsusilə
"təcili" yardıma
və ekoloji məhdudiyyətlərin azaldılmasına
çağırış olub. Onlar həmçinin
əməkhaqqı ilə
bağlı məsələlərə
dərhal cavab tədbirlərini tələb
edirlər.
Yollarda olmazın
tıxac yaranır, bəzən qəza, hətta ölümlə,
xəsarətlə nəticələnən
hadisələr baş
verir. Hələ bir neçə gün əvvəl Fransanın cənub-qərbində,
Pamiers kommunasında
RD119 körpüsünün yaxınlığında sürücü
avtomobili sürətlə
təsərrüfatçıların üzərinə sürüb
və etirazçılardan
bir nəfər dünyasını dəyişib,
iki nəfər isə ağır yaralanıb. Onların üçü də bir ailənin üzvləridir. Həlak olan fermer qadındır,
o, təsərrüfatçıların
nümayişinə əri
və qızı ilə birlikdə qoşulubmuş.
Deyilənlərə görə, nümayişçilərin
üstünə "yeriyən"
avtomobildəkilər erməni
millətindən
olublar. Bax, belə! Qoy Fransa dövləti erməniləri nə qədər istəyir dəstəkləsin, əzizləsin,
onlara yersiz olaraq qəhmər çıxsın. Makronun
nə vecinə ki, erməninin maşınının təkəri
altında qalan binəva fransız kəndlisidir. Deyə bilərlər ki, bu , tıxac olan yolda baş
verən bir hadisə, bir təsadüfdür. Olsun.
Amma bu da
bir həqiqətdir ki, erməni onu qoltuğu altında saxlayanı hər an qapmağa,
öldürməyə hazırdır.
Bu, erməni xislətidir...
Kənd Təsərrüfatı
Sahibkarları İttifaqları
Milli Federasiyasının
(FNSEA) prezidenti Arnaud Russo mətbuata bildirib ki, sözügedən
hadisə yerinə fövqəladə hallar və təhlükəsizlik
sisteminin nümayəndələri
gəlib, yanğınsöndürənlər, polis əməkdaşları
və jandarmlar səfərbər
olunublar.
Bu cür hadisələr fermerlərin qəzəbini
daha da artırır.
Bir neçə gün əvvəl fermerlər həmçinin
Parisin İle-de-Frans kommunasında hökumətin
siyasətinə qarşı
milli etiraz hərəkatı çərçivəsində
Parisdə yol blokadası elan ediblər. Bu barədə BFMTV məlumat
yayıb. Nəşr qeyd edir ki,
həmkarlar ittifaqları,
"Jeunes" kənd
təsərrüfatı işçiləri
və fermerlərin hüquqlarının müdafiəsi
üzrə aparıcı
təşkilatlar şəhərin
bütün əsas nəqliyyat arteriyalarını
bağlamağa çağırıblar.
Ötən gün
isə təsərrüfatçılar
ölkələrində üzləşdikləri
böhrana etiraz edərək Nimes bələdiyyəsində
gömrük idarəsini
yandırıblar. "X" sosial şəbəkəsində
Gare departamentinin prefekti Cerom Bonnetin verdiyi məlumata görə, bunun səbəbinin kənd təsərrüfatı
texnikasından istifadə
edən insanların içəriyə girməsi
olduğu düşünülür.
Görəsən, öz
gözündə tiri
görməyən Fransa
niyə başqalarının
gözündə tük
axtarır? Öz vətəndaşının səsinə
qulaq asmayan, özünün zillət
çəkən kəndlisinin
qayğısına qalmayan, küçələrə
çıxmasına rəvac
verən bir ölkə niyə başqalarının işinə
qarışır, haqlı
hərəkətlərinə qara yaxır? Niyə Ermənistanın işğalçılıq siyasətinə daim haqq qazandırmaq üçün dəridən-qabıqdan
çıxır? Suallar
çox, onların cavabları da çoxdur. Belələri
haqqında bizlərdə
deyirlər ki, özünə umac ova bilmir, başqasına
"əriştə kəsmək"
istəyir.
Əlavə etmək
istədiyimiz isə yalnız odur ki, Fransanın mütəmadi böhtanlar
atdığı Azərbaycanda
bircə fermer də öz dövlətindən narazı
deyil. Belə ki, bizim olkəmizdə kənd təsərrüfatı da
dövlətdən böyük
dəstək alır.
Məsələn, bitkiçilik
sahəsində
məhsul istehsalı
üçün sərf
edilən yanacaq və motor yağlarının
dəyərinin 50 faizinin
dövlət tərəfindən
ödənilməsinin təmin
edilməsi məqsədilə
əkin sahələrinin
hər hektarına (o cümlədən təkrar
əkinlərə) görə
50 manat subsidiya verilir. Kənd təsərrüfatı istehsalı
ilə məşğul
olanlara hər min kubmetr suvarma
suyunun qiyməti 0,5 manat müəyyən edilib. "Aqroservis" ASC tərəfindən
satılan müasir suvarma avadanlıqlarının
dəyərinin 40 faizi
büdcədən ödənilir.
Gübrələrin, pestisidlərin
və sənaye üsulu ilə istehsal edilmiş biohumusun dəyərinin 70
faizi də həmçinin. Eləcə
də toxum və ting istehsalına
və satışına
görə subsidiya verilir. Heyvandarlıq sahəsində fəaliyyət
göstərənlərə də dövlətin kompleks dəstək tədbirləri var. Azərbaycan fermeri bu dəstəkdən istifadə edərək tezliklə Qarabağda və Şərqi Zəngəzurda
da torpağı cana gətirəcək.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
28 yanvar, ¹ 18.- S.4.