Orta dəhliz ortaq maraqların təminatına hesablanıb

 

 

Azərbaycan bu qlobal beynəlxalq nəqliyyat marşrutunda da açar ölkə olmaq iddiasındadır

 

 

 

İndi dünyada çox şey dəyişib. Texnika texnologiyaların inkişafı bir çox məsələnin həllini asanlaşdırıb, istehsal sahələrinin konveyer üsuluna keçməsi məhsul istehsalının dəfələrlə artmasına səbəb olub.

İstehsalın artması isə məhsulların daha tez satışının həyata keçirilməsini tələb edir. Yəni hazır məhsulların vaxtında bazara çıxarılması vacib məsələyə çevrilir. Buna nail olmağın yeganə yolu isə daşımaların sürətlə yerinə yetirilməsidir. Sürətin təmin edilməsi öz növbəsində nəqliyyat marşrutlarının vasitələrinin hərəkətinin günün tələblərinə cavab verməsi ilə bağlıdır.

Hazırda qlobal ticarətdə mal göndərən onu alan iki mühüm faktora xüsusi diqqət yetirir - sürət maya dəyərinin aşağı olmasına. Son dövr dünyada yeni ticarət marşrutlarının yaradılması uğrunda başlanan mübarizə bununla bağlıdır.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Çin istehsal etdiyi məhsulları dünya bazarına tez təhlükəsiz ixrac etmək üçün milyardlarla dollar xərcləyib, "Bir kəmər, bir yol" layihəsini gerçəkləşdirməyə çalışır. Azərbaycan isə indi Orta dəhliz adlanan bu beynəlxalq əhəmiyyətli nəqliyyat marşrutunun açar ölkəsi olmaq iddiasındadır. Çünki bu yol ən çox ölkəmizdə şaxələnir. Belə ki, Azərbaycana daxil olan yüklər Rusiya bazarı ilə yanaşı, Şimali Avropaya da daşınır. Eyni zamanda yükləri İran vasitəsilə cənubda yerləşən ölkələrə daşımaq mümkündür. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti burada mühüm rol oynayır. Ona görə ki, şərqdən gələn yükləri Gürcüstan üzərindən Türkiyəyə göndərməkdə heç bir problem yoxdur. Qardaş ölkənin inkişaf etmiş nəqliyyat infrastrukturunun yükləri Avropaya, Yaxın Şərqə Şimali Afrikaya çatdırmaq imkanı var. Digər tərəfdən, Gürcüstan üzərindən yüklərin Qara dəniz vasitəsilə Şərqi Avropaya göndərilməsi ən qısa yoldur.

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz ölkəmizə daha bir imkan yaratdı. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhlizin açılması bir yandan nəqliyyatın şaxələndirilməsinə yeni töhfə verə bilər, digər tərəfdən yüklərin göndərilməsinin məsafəsini qısaldar.

Azərbaycan, Ermənistan  Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata görə, indiyəcən bu yol açılmalı idi. Amma Ermənistanın ikili siyasəti nəticəsində bu, hələ mümkün olmayıb. Buna baxmayaraq,  Zəngəzur dəhlizi gec-tez açılacaq. Artıq ermənilər bunu dərk edirlər.

İndi keçək əsas məsələyə. Ölkəmiz  qeyd etdiyimiz kimi, beynəlxalq Orta dəhlizdə açar ölkə olmağa iddialıdır. Lakin gəlin görək, iddiamızla imkanımız üst-üstə düşürmü? Yəni biz "Şərq-Qərb", "Şimal-Cənub" marşrutlarının fasiləsiz işləməsi üçün lazımi addımlar atmışıqmı?

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov bununla bağlı yazır ki, böyük İpək yolunun bərpası istiqamətində davamlı işlər görən, tədbirlər həyata keçirən Azərbaycan, nəhayət, 2005-ci ildə "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşuldu: "Beləliklə, ölkənin "Şərq-Qərb" (böyük İpək yolu) "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilmək imkanları daha da artdı. Onu da qeyd edək ki, Azərbaycan yeganə ölkədir ki, "Şimal-Cənub" "Şərq-Qərb" nəqliyyat dəhlizləri layihələrinin ikisində iştirak edir. Bu gün "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. BTQ-nin başlıca vəzifəsi Çindən Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar vəd edir. Avrasiyanın nəqliyyat xəritəsini yeniləyən BTQ Azərbaycanı əhəmiyyətli tranzit daşımalar mərkəzinə çevirib bu yol ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq".

Ölkəmizdə Orta dəhlizin "Şimal-Cənub" marşrutunun fəaliyyəti üçün çox görülsə , bu istiqamətdə əlavə tədbirlər həyata keçirilib. Xəzər dənizindən yüklərin bir sahildən digərinə qısa zamanda fasiləsiz daşınması üçün güclü donanma yaradılıb, avtomobil yollarımız beynəlxalq standartlara uyğun yenidən qurulub. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı iritutumlu gəmilərin giriş-çıxışının təmin edilməsinə hazırlanıb. Bunlarla yanaşı, ölkəmizdə beynəlxalq tələblərə cavab verən hava limanları fəaliyyət göstərir. Ərazilərimizin işğaldan azad edildiyi qısa zaman kəsiyində Füzuli, Zəngilan Beynəlxalq Hava limanları tikilib. Laçın hava limanında isə inşaat işləri sürətlə davam edir.

Aqil Əsədov Prezidentin 2023-cü il 23 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına tranzit yükdaşınmaların təşviqinə dair 2024-2026-cı illər üçün" Fəaliyyət Planının əhəmiyyətini vurğulayaraq yazır ki, fəaliyyət planında da qeyd edildiyi kimi, bir sıra önəmli üstünlüklərə malik olan Orta dəhliz boyunca vahid tarifli "bir pəncərə" prinsipi tətbiq olunacaq. Əlverişli coğrafi mövqeyin Orta dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirdiyini qeyd edən müəllif Orta dəhlizin əsas üstünlüyünün bütün iştirakçı dövlətlərin bu marşrutun funksionallığının artırılması üçün güclü siyasi iradə nümayiş etdirdiyində görür: "Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da yükdaşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Çindən Avropaya gedən yük qatarı Orta dəhliz ilə 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə dəhlizin qədər sərfəli təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. İstər dəniz, istərsə dəmir yolu üzərindən daşınmalarda Orta dəhliz zaman məsafə baxımından daha səmərəlidir ki, bu da daşınma xərclərinin daha az olması ilə dəhlizin cəlbediciliyini artırır".  Bizə elə gəlir ki, artıq şərhə ehtiyac yoxdur.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 28 yanvar, № 18.- S.8.